Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. == Coğrafiyası == Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir.
Tüp Canköy yarımadası
Tüp Canköy (krımtat. Tüp Canköy) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. == Coğrafiyası == Yarımadanın səthi hamardır. Canköydən şimal-şərqdə Sivaş körfəzinə doğru uzanır. Cənubdan şimala uzanır. Tüp-Tərxan yarımadasından Roqaçinski körfəzi ilə ayrılır. Onun uzunluğu 20 km, eni 2-4 km arasında dəyişir. Maksimal hündürlük 18,6 metrdir. == Əhalisi == Yarımadada yerləşən yaşayış məntəqələri: Ermakovoe (1945-ci ilə qədər - Totou), Medvedevka, Turqenev və Peredmestnoe.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. == Geomorfolji termin == Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Tur
Tur (şəhər)
Turp
Turp (lat. Raphanus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı halda Avropada və Asiyanın mülayim qurşaqlarında bitir. == Dərman bitkisi kimi istifadə olunan növləri == Becərilən turp, ağ turp, qara turp (lat.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
UTP
UTP <yu-ti-pi>( ekranlaşmamış sarınmış cütlük) – ekranlaşdırıcı metal hörgüsü olmayan plastik örtüyə salınmış bir neçə sarınmış cüt naqildən ibarət nazik elastik kabel növü. 10Base-T tipli lokal şəbəkələrin kabel sistemlərində istifadə olunur. == Unshielded və shielded twisted pair kabel standartları == Cat 1: Hal-hazırda TIA(Telecommunications Industry Association)/EIA(Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi. Cat 2: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu. Cat 3: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır. Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb.
TCP
TCP (Transmissiya İdarəetmə Protokolu) - etibarsız bir şəbəkə üzərində, etibarlı end-to-end bayt axınını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bir internet şəbəkəsi başqa bir şəbəkədən fərqlənir, çünki müxtəlif hissələr müxtəlif növ topologiyalara, bant genişliklərinə, gecikmələrə, paket ölçülərinə və digər parametrlərə malik ola bilər. TCP, şəbəkənin xüsusiyyətlərinə dinamik şəkildə uyğundur və bir çox növ uğursuzluq qarşısında sağlam olmaq üçün nəzərdə tutulmuşdur. UDP sadə bir protokoldur və müştərilərin qarşılıqlı təsirləri və multimediya kimi çox əhəmiyyətli istifadələrə malikdir, lakin əksər internet proqramları üçün etibarlı, ardıcıl çatdırılma tələb olunur. UDP bunu təmin edə bilməz, buna başqa bir protokol tələb olunur. Bu TCP adlanır və internetin əsas işçi protokollarndandır. İndi buna ətraflı nəzər yetirək. == TCP ilə tanışlıq == TCP 1981-ci ilin sentyabrında RFC 793-də rəsmən müəyyənləşdirilmişdir. Bu müddət ərzində bir çox səhvlər aşkarlanmış və düzəlişlər edilmişdir. TCP'yi dəstəkləyən hər bir maşın bir TCP nəqliyyat obyektinə, ya kitabxana prosedurasına, istifadəçi prosesinə və ya ən çox qismən kernelin bir hissəsinə malikdir.
1UP.com
1UP.com — kompüter oyunları haqqında rəylər toplayan veb-saytdır. Əsası Ziff Deyvis tərəfindən 2003-cü ildə qoyulmuşdur. Bu saytın digər resenziya saytlardan fərqi istifadəçilərin oyunlar haqqında çit-kodları və skrinşotları bura yazmasıdır. Sayt bununla bir çox istifadəçilərə kömək edir.
Adi turp
Raphanobrassica (lat. Raphanobrassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Ağ turp
Ağ turp (lat. Raphanus sativus subsp. acanthiformis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinin qırmızı turp növünə aid bitki yarımnövü. Dadı tünd, acıtəhər-şirindir. Əsasən salatların hazırlanmasında istifadə olunur. == Tərkibi == Tərkibindəki 0,03-0,05% efir yağı ona xüsusi dad verir. Eyni zamanda tərkibində 7%-ə qədər karbohidrat, o cümlədən 6,2%-ə qədər şəkər, 2%-ə qədər zülal, 29 mq% C vitamini, fosfor, dəmir və kükürd duzları vardır. == Növləri == Növlərindən Krayvoronskaya, Odessa-5, yumru ağ qış sortu, yumru qara qış sortu, ağ may, Dunqan və Abşeron ağ turpu və s. göstərmək olar. Azərbaycanda ən çox 2 sort: yumru ağ qış sortu və Abşeron ağ turpu yayılmışdır.
ИХП-234 aşqarı
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
Barnaul-Т