Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. == İştirak == İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
TAKM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. == Tarixi == 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
TAQM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. == Tarixi == 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
TBMM
Türkiyə Böyük Millət Məclisi (türk. Türkiye Büyük Millet Meclisi) və ya TBMM — Türkiyə Respublikasının 23 aprel 1920-ci ildə qurulan qanunvericilik orqanı. Türkiyə Konstitusiyasının 108-ci maddəsinə görə, qanunvericilik səlahiyyəti Türk Milləti adından TBMM Millət vəkili ümumi seçkiləri, beş ildə bir, sərbəst, bərabər, tək dərəcəli, ümumi səs əsaslarına görə, məhkəmə orqanlarının ümumi rəhbərlik və nəzarəti altında həyata keçirilir. Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildiyi dövrdə toxunulmazlıq statusuna malikdirlər.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Ödəm
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Şişin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli şiş === Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
T90M
T90M "Prorıv" (Obyekt 188M "Prorıv-3") – T-90 tankının modernləşdirilmiş növü. Rusiya Silahlı Qüvvələrinə 2020-ci ildə qəbul edilmişdir.
Açem
Ahem, həmçinin açim və ya akim — Qanada yaşayan xalq, akanların subetnik qrupu. Onlar dörd qrupa bölünürlər: açem aşanti, açem abvakva, açem kotoku, açem bosom. Onlar ənənəvi inanclara sadiqdirlər, bəziləri protestant və katolikdir. Rəvayətə görə, açemlər indiki Qana ərazisində firavan və nisbətən müstəqil dövlət qurmağı bacaran cəsur döyüşçülər idi.
Tium
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib.
Adem Lyaiç
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir. Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu. Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Adəm Heydərov
Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cu ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir.
Adəm Umalatov
Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR – 5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994–1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998–2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs. == Bioqrafiyası == Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur. Milliyətinə görə çeçendir. Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır. 1992–1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir. Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994–1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Adəm peyğəmbər
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.