Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Neoseiulus ulatei
Neoseiulus ulatei (lat. Neoseiulus ulatei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır. Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ülfət (qəzet)
"Ülfət" — Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı. == Məlumat == "Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.
Ülfət Abbasov
== Həyatı == Abbasov Ülfət Yaqub oğlu 1963-cü il dekabr ayının 27-də Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Ülfət Abbasov Kənd Təsərrüfatı Akademiyasında uzun illər müəllim işləmişdir. == Hərbi xidməti == Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yollanan baş leytenant Ülfət Abbasovun ilk döyüşü Şuşa şəhərində olmuşdur. Ağır gedən döyüşlərdə gənc döyüşçü böyük fədakarlıq göstərmişdi. O, döyüşlərin birində mühasirəyə düşdüyü dəstəni böyük atışmadan sonra xilas edə bilmişdi. Xüsusi təyinatlı zenit-raket bölməsinin komandiri kimi Laçın, Cəbrayıl, Ağdərə döyüşlərində fədakarlıq göstərmişdir. 1993-cü il may ayının 13-də Sərsəng Su Anbarı istiqamətində gedən ağır döyüşlərin birində şəhid olmuşdur.
Ülfət Babazadə
Ülfət Qabil oğlu Babazadə (28 fevral 2001; Lənkəran rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülfət Babazadə 2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Ülfət Babazadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Babazadə noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülfət Badalbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005). == Həyat == 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır === Təhsili və elmi dərəcə və elmi adları === 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur === Vəfatı === Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru. === İctimai fəaliyyəti === 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
Ülfət Bədəlbəyli

Ülfət Kərimov
Ülfət Ələkbər oğlu Kərimov (23 fevral 1971, Kəlbəcər – 27 mart 1993, Ağdaban, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı. == Həyatı == Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur. == Birinci Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır. === Ağdaban döyüşü === Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur. Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir. === Döyüşlərdəki nailiyyətləri === Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd "PDM-2", 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir. == Təltif və mükafatları == (1993) — "Azərbaycan Bayrağı" ordeni. === Milli Qəhrəman fəxri adına layiq görülməsi təklifi === Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R. A. Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.
Ülfət Rzayev
Ülfət Novruz oğlu Rzayev (11 fevral 2000; Tərtər rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülfət Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Rzayev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülfət qəzeti
Ülfət — 1905-ci ildə da nəşr olunmuş qəzet. == Tarixi == Naşiri və redaktoru tatar jurnalisti və ictimai xadimi Əbdürrəşid İbrahimov idi. İstanbulda təhsil almış, bir sıra Şərq ölkələrinə səyahət etmiş Ə.İbrahimov səfərləri barədə "Ülfət"də və müxbiri olduğu digər qəzetlərdə çoxlu yazılar çap etdirmişdi. Öz yazılarında o, bütün müsəlmanları, o cümlədən türk soyundan olan millətləri inqilabi hərəkatdan istifadə edərək "ittihadi-islam" bayrağı altında birləşməyə çağırırdı. Bir tərəfdən dini birliyi, digər tərəfdən isə türk birliyini təbliğ edən "Ülfət" qəzeti və onun redaktoru "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov", "Qəzetlərdən", "Bəzi işlər", "Helmi paşa", "Biz" və b. felyetonlarında, digər mətbu yazılarında dəfələrlə kəskin tənqid olunmuşdur. == Həmçinin bax == Azərbaycan mətbuatı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.289.
Lənət mətnləri
Lənət mətnləri və ya qadağan siyahıları ironun düşmənlərini, əksər hallarda Misir dövlətinin düşmənlərini və ya narahat törədən xarici qonşuları sadalayan qədim Misir ieratik mətnlər. Bu mətnlər ən çox hədəfə alınmış əcnəbilərin heykəlciklərinə, kasalara və ya sonradan məhv edilmiş gil və ya daş bloklarına yazılmışdır. Adların qırılması və basdırılması mərasimi mətnlərdə adları çəkilən şəxslərə və ya qurumlara təsir edəcək bir növ simpatik sehr kimi nəzərdə tutulmuşdu. Parçalar adətən qəbirlərin və ya ritual yerlərin yaxınlığında yerləşdirilirdi. Bu təcrübə Misirin Asiya qonşuları ilə münaqişə zamanı ən çox yayılmışdır. == Lənət ritualı == Lənət ritualı düşmənlərin qarşısını almaq və ya onları məhv etmək prosesi idi. Adətən kiçik heykəlcik, lakin bəzi hallarda insan qurbanı kimi ritual obyekt(lər) bağlanar, sonra parçalanar, tapdalanar, bıçaqlanar, kəsilər, nizələnər, üzərinə tüpürülər, qutuya bağlanar, yandırılar, sidiklənər və nəhayət basdırılardı. Buna baxmayaraq, hər bir lənət əvvəlki komponentlərin hamısını əhatə etmirdi. Tam bir ayin bu hərəkətlərdən hər hansı birini dəfələrlə istifadə edə bilər. Yazılan ayinlərdən birində "ona dörd dəfə tüpürmək ...
Lənət (film, 2004)
Bu film Takaşi Şimuzunun eyni adlı əsəri əsasında çəkilmiş filmdir. == Məzmun == Karen Yaponiyada ictimai vəzifə təhsili alan, bir dəyişmə proqramı tələbəsidir. Hər şeydən xəbərsiz bir şəkildə o gün işə gəlməyən bir tibb bacısının yerinə işləyir. Evə daxil olanda, yaşlı bir qadın olan Emmanın qəribə vəziyyətdə evdə donmuş şəkildə oturduğunu görür. Yaralanmış və panikada olan qadının yanına doğru yaxınlaşarkən, üst mərtəbədən qəribə səslər eşidir. Nə olduğunu araşdırdığında, xəyal belə edəbilməyəcəyi qədər qorxuducu bir kabusla qarşılaşır. İllər öncə bu evdə yaşanan bir uğursuzluq, evin içindəki ölüm zəncirinin səbəbidir. Daha çox insan öldükcə, Karen bu dəhşətli intiqam lənətinin sirrini öyrənir.
Saus Plett çayı
Saus Plett çayı (ing. South Platte River) — ABŞ-nın Kolorado və Nebraska ştatlarında çay.
Ülfət (qəzet, 1905)
Ülfət — 1905-ci ildə da nəşr olunmuş qəzet. == Tarixi == Naşiri və redaktoru tatar jurnalisti və ictimai xadimi Əbdürrəşid İbrahimov idi. İstanbulda təhsil almış, bir sıra Şərq ölkələrinə səyahət etmiş Ə.İbrahimov səfərləri barədə "Ülfət"də və müxbiri olduğu digər qəzetlərdə çoxlu yazılar çap etdirmişdi. Öz yazılarında o, bütün müsəlmanları, o cümlədən türk soyundan olan millətləri inqilabi hərəkatdan istifadə edərək "ittihadi-islam" bayrağı altında birləşməyə çağırırdı. Bir tərəfdən dini birliyi, digər tərəfdən isə türk birliyini təbliğ edən "Ülfət" qəzeti və onun redaktoru "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov", "Qəzetlərdən", "Bəzi işlər", "Helmi paşa", "Biz" və b. felyetonlarında, digər mətbu yazılarında dəfələrlə kəskin tənqid olunmuşdur. == Həmçinin bax == Azərbaycan mətbuatı == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.289.
Ülfət (qəzet, 1991)
"Ülfət" — Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı. == Məlumat == "Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.
Ülfət Abbasov (əsgər)