Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Albert
Albert — Dünyada daha çox işlədilən rus adı. Albert Aqarunov — Azərbaycanın Milli Qəhrəmanı. Tank komandiri. Albert Bitran — rəssam Albert Qonzales — Amerikalı haker və kiber cinayətkar. Albert Starçevski — Rus jurnalisiti; ensiklopediyaçı Albert Tağıyev — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Albert Eynşteyn
Albert Eynşteyn (alm. Albert Einstein‎; 14 mart 1879[…], Ulm, Vürtemberq krallığı[d], Almaniya imperiyası[…] – 18 aprel 1955[…], Prinstom, Nyu Cersi, ABŞ) — alman fiziki; nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı (1921), ictimai xadim. Almaniya (1879–1893, 1914–1933), İsveçrə (1893–1914) və ABŞ-də yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926). Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-cı ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir.
Albert Finni
Albert Finni (ing. Albert Finney; 9 may 1936[…] – 7 fevral 2019[…]) — kino aktyoru, kino prodüseri, kinorejissor, müğənni, teatr aktyoru, ssenarist, telerejissor və televiziya aktyoru. == Həyatı == Alis və Albert Finninin oğlu kimi İngiltərənin Lancashire əyalətinin Salford şəhərində anadan olmuşdu. Finni "Kral Dramatik Sənət Akademiyası"nda oxumuşdur. Finney 1963-cü ildə Toni Riçardson tərəfindən uyğunlaşdırılan Henri Fildinqin "Tom Jones" filmində rol aldı. Filmdəki roluna görə "Oskar" mükafatına namizəd olan Finni bu roluna görə "Tom Jones Venesiya Film Festivalı"nda (Volpi Kuboku) ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. Aktyor 1984-cü ildə "Paltar" filminə görə "Berlin Film Festivalı"nda "Ən Yaxşı Aktyor mükafatı"nı qazanıb. "Paltar" və "Vulkanın altında" filmlərinə görə "Ən Yaxşı Dəstəkləyici Aktyor Akademiyası Mükafatı"na namizəd oldu. Ceyn Venham (1957-1961), Anuk Emi (1970-1978) və Keyterin Ettson (1989-1991) ilə evlənmişdir. Aktyor Albert Finney 7 fevral 2019-cu ildə 82 yaşında vəfat etdi.
Albert Fiş
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam, Bruklin Qaniçəni və Xortdan olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır. == Həyatı == Albert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır.
Albert Kamyu
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[…], Dreön, Fransa Əlcəzairi[d], Fransa – 4 yanvar 1960[…], Villeblevin[d], Yonna, Fransa) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir. Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.
Albert Kesselrinq
Albert Kesselrinq (alm. Albert Kesselring‎; 30 noyabr 1885[…] – 16 iyul 1960[…], Bad-Nauhaym[d], Qərbi Almaniya) — alman hərb xadimi, lüftvaffe general-feldmarşalı. Hər iki dünya müharibəsində iştirak edən Kesselrinq Üçüncü Reyxin ən uğurlu komandirlərindən biri olmuşdur, Palıd yarpaqları, qılınclar və almazları olan Cəngavər xaçı ilə mükafatlandırılan 27 nəfərdən biridir. İkinci Dünya Müharibəsinin ən populyar alman generallarından biri olduğu üçün müttəfiqlərdən Gülərüz Albert (ing. Smiling Albert), öz əsgərlərindən isə "Albert dayı" (alm. Onkel Albert‎) ləqəbini aldı. == Hərbi karyerası == Kesselrinq hərbi karyerasına 1904-cü ildə fanen-yunker kimi başlamış, artilleriya silahlı qüvvələrin qolu olmuşdur. 1912-ci ildə kəşfiyyat aerostatına müşahidəçi kimi məzun oldu. Kesselrinq Birinci Dünya Müharibəsinin həm Qərb, həm də Şərq cəbhələrində xidmət etdi, bundan sonra Baş Qərargahda işləmək üçün köçürüldü. Müharibədən sonrakı ordunun azalması Kesselrinqə təsir etmədi, 1933-cü ilə qədər Aviasiya Reyxnazirliyinin inzibati şöbəsinə köçürüldü.
Albert Kuznets
Albert Kuznets (est. Albert Eduard Kusnets; 12 avqust 1902, Tallin – 1942) — estoniyalı Yunan-Roma güləşçisi. 1928 Amsterdam Olimpiya Oyunlarının gümüş mükafatçısı.
Albert Lokonqa
Albert-Mboyo Sambi Lokonqa (22 oktyabr 1999, Belçika) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Belçika futbolçusu. "Anderlext" klubunun akademiyasının yetirməsi olan Lokonqa həmin klubda peşəkar karyerasına 2017-ci ildə başlayıb. == Klub karyerası == === Anderlext === Lokonqa Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Lokonqa Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 10 noyabr 2017-ci ildə imzalamışdır. Lokonqa öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli komanda karyerası == Əvvəllər Belçika U17, Belçika U19 və Belçika U21 kimi gənclər yığmasında oynamış Lokonqa 2021-ci ilin mart ayında əsas milli komandanın heyətinə salındı. Onun debütu 2 sentyabr 2021-ci ildə Dünya Kuboku seçmə mərhələsinin Estoniyaya qarşı səfərdə keçirilən oyuna təsadüf etdi, oyun 2:5 qonaqların qələbəsi ilə başa çatdı. O, 74-cü dəqiqədə Eden Hazardı əvəzlədi.
Albert Lottin
Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001, XX arondisman (Paris)[d]) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur. 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı == Şəxsi həyatı == Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.
Albert Lutuli
Albert Lutuli (1898[…], Bulavayo – 21 iyul 1967, Kvadukuza[d]) — Cənubi Afrikalı siyasətçi, Afrika Milli Konqresinin prezidenti, aparteidə qarşı, Nobel sülh mükafatına layiq görülən ilk Afrikalı. == Həyatı == O, missionerlər üçün tərcüməçilik edən Zululand kökənli Con Bunyan Lutulinin oğlu idi. Atasının ölümündən sonra 10 yaşında Cənubi Afrikaya getdi və əmisinin "Qrutvil" qəbiləsinin başçısının evində Zulu adətlərini öyrəndi. O, anasının camaşırxanadan qazandığı pulla və əldə elədiyi təqaüd ilə təhsil alıb. Durban yaxınlığındakı Adamsda müəllimlik məktəbini bitirib və bu məktəbin ilk üç qaradərili müəllimindən biri olub. 1927-ci ildə qəbilə başçısının nəvəsi olan Nokukhanya Bhengu adlı müəllimə ilə evlənib.1936-cı ildə müəllimlikdən ayrılaraq və 5000 nəfərlik Qrutvil qəbiləsinin başçısı seçildi. Aclıq və yoxsulluq kimi mühüm problemlərlə üzləşdiyi bu dövrdə siyasi fəaliyyətlərdən uzaqlaşaraq Natal Afrika Müəllimlər Birliyi və Cənubi Afrika Futbol İttifaqının katibliyini üzərinə götürdü. O, Zulu Dili və Mədəniyyəti Assosiasiyasını təsis edib, həmçinin Xristian Direktorlar Şurasının, Avropalıların və Afrikalıların Birgə Şurasının və Durbandakı İrqlərarası Əlaqələr Agentliyinin üzvü olmuşdur.1945-ci ildə Afrika milli konqresinə qoşuldu. Növbəti il ​​o, üzvləri qəbilə başçıları və ziyalılardan ibarət olan Yerlilərin Təmsil Şurasına seçildi. Məhz bu zaman ordu qoşunları və polis qaradərili mədənçilərin tətilini yatırmaq üçün zorakılıq tətbiq edib, əkkiz işçini öldürüb, minə yaxınını yaralamışdılar.
Albert Malts
Albert Malts (28 oktyabr 1908[…], Nyu-York, Nyu-York ştatı – 26 aprel 1985[…], Los-Anceles, Kaliforniya) — Amerikan dramaturq,yazıçı və ssenari müəllifi . == Həyatı == 1950-ci ildə ABŞ konqressindən əvvəl,ABŞ-nin kommunist partiyası ilə olan əlaqələri haqqında şahidlik etməyi rədd səbəbiylə həbsə məhkum edilən Hollywood Ten üzvlərindən biri idi. Arxa plan: Albert Malts Bruklin, Nyu yorkda zəngin ailəsdə anadan olmuşdur.Malts təhsilini Kolumbiya Universiteti və Yale dramaturgiya məktəbində almış,ittihamlara baxmaraq kommunizmi dəstəkləmişdir. O bir müsahibəsində deyirdi: " Mən həmçinin Marksist klassiklərin oxuyuram,mən hələ də düşünürəm ki, bu insanin qələmə aldığı ən alicənab ideallar məcmusudur.Hansı siyasi ədəbiyyatda biz hər cür insan istismarına son qoyacayıq — söyləyən tapa bilərəm?Zəhmət haqqının istismarı , qadınların kişilər tərəfindən istismarı,fərqli rəngli insanların ağ rəngli insanlar tərəfindən istismarı,İmperialist ölkələr tərəfindən müstəmləkə ölkələrin istismarı.Və Mark faktiki olaraq söyləyidi ki,insan özünü insanlığın daha əvvəl heç görmədiyi şəkildə olan yerdə Sosialist azadlıqının krallığı olacaqdır". Kareyası: 1930-cu illər ərzində Malts The Theater Union üçün ssenari müəllifi kimi işləyirdi.1932-ci ildə onun oynadığı " Merry Go Round" oyunu bir film üçün uyğunlaşdırıldı.The Theater Union- da Margaret Larkin(1899–1967) ilə tanış oldu. 1937-ci ildə onlar evləndilər.O 1938-ci ildə "Dünyada ən xoşbəxt adam"(The Happinest Man on Earth)üçün O.Henry mükafatı qazandı.Novellaları və fantastik hekayələri toplayaraq Harper jurnalında nəşr edildi.Bu yazılar və onun 1940-cı ildə Yeraltı Çay (The Underground Stream) romanı proletar ədəbiyyatın işləri hesab edilir.1944-cü ildə nəşr edilmiş və ən çox satılan Xaç və Ox (The Cross and the Arrow) romanı Jerry Belchor haqqında "Alman rejiminin Nazi rejiminə müqavimətin" qeyd etmişdir.2-ci Dünya Müharibəsi ərzində 150000 dən çox Amerikan əsgərinə silahlı qüvvələr nəşrini paylandı.1970-ci ildə yeni toplanmış Afternoon in the Jungle novellaları nəşr edildi. Malts 1945-ci ildə Dənizlərin İftixarı(Pride of the Marines) adlı filmin ssenariyası üçün Academy Award for Writing Adapted Screenplay -ə namizəd göstərildi.Onun Qırıq Ox (Broken Arrow) ssenariyası 1951-ci ildə "Writers Guild of America Award for Best Written American Western"- i qazandı.1991-ci ildə qara siyahiyə alınan ssenaristlərin siyahısın hazırlanarkən,"the Writers Guild of America" rəsmi olaraq Maltsi Qırıq Oxun (Broken Arrow) tək ssenaristi olaraq tanıdı.
Albert Maykelson
Albert Abraham Maykelson (19 dekabr 1852[…] – 9 may 1931[…], Pasadena, Kaliforniya, ABŞ[…]) — polyak əsilli fizik, fizika üzrə Nobel mükafatı laureatı. İşıq sürətinin ölçülməsi ilə bağlı işi və Maykelson-Morli təcrübəsi ilə tanınır. 1907-ci ildə Fizika üzrə Nobel mükafatı verilmişdir. Elmi cəhətdən bu mükafatı alan ilk amerikan olmuşdur. == Bioqrafiyası == Maykelson Strlzelnoda, Prusiya krallığında (indiki Polşa) yəhudi ailəsində dünyaya gəlmişdir. Atası Samuil Mixelson ticarətlə məşğul idi, anası Rosaliya Mixelzon (qızlıq soyadı Prilubskaya), İnovroslavdan olan Abram Prilubskinin qızı idi. Albert Abraham Maykelsonun iki yaşı olanda (1855), valideynləri Nyu-Yorka (ABŞ) mühacirət etdilər, burada soyadları "Michelson" kimi tələffüz olunmağa başladı. Oradan ailə ölkənin qərbinə köçdü və əvvəlcə Merfis (Kaliforniya) və Virciniya Siti (Nevada) mədən qəsəbəsində yaşayıblar, burada atası uğurlu quru meyvə biznesi inkişaf etdirib. Məktəb illərində Albert Mişelson San-Fransiskoda, bibisi Henrietta Levinin (yazıçı Harriet Leyn Levinin anası, alimin əmisi oğlu) ailəsində yaşayırdı 1869-cu ildə Mişelson Annapolisdəki Birləşmiş Ştatların Dəniz Akademiyasına daxil oldu və 1873-cü ildə məzun oldu. Tədqiqatlarının əvvəlindən Mişelson elmə və xüsusən də işıq sürətinin ölçülməsi probleminə çox maraq göstərirdi.
Albert Mustafayev
Albert Mustafayev — tanınmış tişə ustası, əməkdar rəssam. 1956–1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent, müəllim kimi fəaliyyət göstərib. 1975–2020-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasında baş müəllim, dosent, daha sonra isə professor vəzifələrində çalışıb. Bakıda "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifidir. == Bioqrafiyası == Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxada rus məktəbində oxuyub. Ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956–1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Albert Mustafayev Bakıda və bölgələrdə bir sıra heykəltaraşlıq nümunələri yaradıb.
Albert Ovannisyan
Albert Ovannisyan (erm. Ալբերտ Հովհաննիսյան; 15 sentyabr 2001, İrəvan – 8 oktyabr 2020) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş kiçik çavuş. O, İkinci Qarabağ müharibəsində iştirak etmiş və döyüş əməliyyatları zamanı həlak olmuşdur. Onun cəbhə xəttində döyüşərkən artilleriyadan atəş açdığı yerdə çəkilən fotoşəkli Ermənistan Müdafiə Nazirliyi tərəfindən paylaşılmış, bu fotoşəkil qısa zamanda dünyanın yüzlərlə media orqanının İkinci Qarabağ müharibəsini işıqlandırarkən istifadə etdiyi simvolik obraza çevrilmişdir. 2021-ci ildə o, ölümündən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının ən yüksək fəxri adı olan "Artsax Qəhrəmanı" hərbi mükafatına layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Hovsepyan, Zoz. Ալբերտը՝ հրետանու աստված [Albert – artilleriya tanrısı] (erməni). 15 September 2021.
Albert Popkov
Albert Popkov (26 sentiyabr 1972) — ictimai paylaşma saytı, sosial şəbəkə olan Odnoklassniki-in qurucusu Rusiyalı proqramçı == Həyatı == Albert Popkovun 1972-ci il, 26 sentyabrda dünyaya gəldiyi Rusiyanın Cənubi Saxalinsk şəhərindən başlanır. 1975-ci ildə Popkovlar ailəsi Moskvaya köçür, burada Albert texnikumda təhsil alır və eyni zamanda Moskva Hesablama Maşınqayırması Elmi Tədqiqat İnstitutunda proqramçı kimi çalışır. Albert 8 dərəcəli fərdi kompüterlər - "Vektor" və "Korvet" üçün proqram təminatının yaradılması ilə məşğul olurdu. Bu maşınlar Sovet İttifaqının məktəblərində uşaqların informatika təlimi üçün geniş istifadə olunurdu. Təhsil müəssisəsini bitirdikdən sonra gənc oğlan həyatda öz yerini axtarmağa başlayır. 90-cı illərdə proqramçıların maddi durumu elə də ürəkaçan deyildi. Ona görə də Albert bir sıra işlərlə məşğul olur: mağazada satıcı işləyir, karandaş fabrikində çalışır, hətta bazarda batareya satır. 1995-ci ildən Albert Pokov veb dizaynla məşğul olmağa başlayır. O, bir neçə böyük qərb şirkətinin saytını yaradır. 90-cı illərin sonlarında "i-CD Publishing" şirkəti Alberti Böyük Britaniyaya işə dəvət edir.
Albert Qleyzes
Alber Qlez (8 dekabr 1881[…], Paris[…] – 23 iyun 1953[…], Sen-Remi-de-Provans[d]) — Fransa rəssamı, nəzəriyyəçisi və yazıçısı. Daha çox rəssam kimi tanınır. == Həyatı == 1881-ci ildə Parisdə anadan olmuşdur. Qlez, ilk rəsm əsərlərində Pol Sezannın təsiri ilə rəngdə dəyişikliklər etdi. Bundan sonra kubizm üslubuna yönəlib dövrün digər kubizm sənətçiləri olan Jorj Brak və Pablo Pikassonun üslublarına yaxınlaşmışdır. 1912-ci ildə Jan Metzinger ilə birlikdə kubizmdən bəhs edən "Kubizm haqda" (DuCubisme) adlı kitabı nəşr olundu. "Bruklin körpüsü" (1917; Quqqenhaym muzeyi, Nyu-York) əsəri ən məşhur əsərlərindən biridir. Ömrünün son illərində dini kubizmə yönəlmişdir.
Albert Qonzales
Albert Qonzales (1982, Kuba) — 1981-ci il doğumlu Amerikalı haker və kiber cinayətkar. O 170 milyona yaxın bank kartının və ATMləri sındırmaqla 2005–2007-ci illərdə böyük soyğunçuluq etmişdi. Qonzalesin ailəsi ABŞ-yə Kubadan 1970-ci illərdə mühacirət etmişdilər. Ona ilk kompüteri ailəsi 8 yaşı olanda almışdı. Cənubi Mayami ali məktəbini qurtardıqdan sonra 2000-ci ildə Nyu-Yorka köçmüş və burada 3 ay yaşamışdı. Həbs olunana qədər o, Nyu-Cersi ştatının Kerni şəhərində yaşamışdı. Həbs zamanı o oğurladığı pulların 75000 dollarını öz ad günü şənliyinə xərcləmişdi və bildirmişdi ki, oğurladığı 304000 dollar pulu pulsayma maşını xarab olduqdan sonra əli ilə saymışdı. Qonzales lüks hotellərdə qalırdı, amma onun həyət evləri belə var idi. Qonzalesin 3 federal məhkumluğu var: 2008-ci ilin May ayında Nyu-Yorkda "Dave & Busters"ə kiber-hücuma görə(məhkəmə 2009-un sentyabrında keçirilib) 2008-ci ilin May ayında Massaçusetsdə "TJ Max"a kiber hücuma görə (məhkəmə 2010-cu ilin əvvəlində keçirilmişdi) 2009-cu ilin Avqust ayında Nyu-Cersidə Heartland ödəmə sisteminə kiber hücuma görə. Qonzales 25 Mart, 2010-cu ildə federal həbsxanada 20 il müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Albert Qor
Albert Qor (31 mart 1948[…], Vaşinqton) — 1992–2000-ci illərdə ABŞ-nin vitse-prezidenti olmuşdur. 1969–1971-ci illərdə ABŞ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Harvard Universitetinin arxitektura bakalavrı, Vanderbilt Universitetini isə hüquq diplomu ilə bitirmişdir.
Albert Rafetraniaina
Albert Tokinirina Rafetraniaina (9 sentyabr 1996) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi və ya müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən Madaqaskar futbolçusu. == Karyerası == Rafetraniaina öz peşəkar karyerasında debütünü 6 oktyabr 2012-ci ildə "Reyms" klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə meydana daxil olmuşdur. Liqa 1 görüşündə "Nitsa" "Reyms"ə 3-1 hesabı ilə məğlub olmuşdur. 16 avqust 2019-cu ildə o, Seriya C klubu "Bişelye" ilə müqavilə imzaladı. O, 25 avqustda ilk oyununa çıxmaqla İtaliyada peşəkar səviyyədə çıxış edən ilk Madaqaskar futbolçusu oldu. == Milli karyerası == Albert Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 21 mart 2018-ci ildə Toqo millisi ilə görüş üçün Madaqaskar milli futbol komandasına dəvət almış və görüş 0-0 hesabı ilə başa çatmışdır. == Karyera statistikası == === Klub === 17 dekabr 2016 tarixində yenilənib == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Albert Rafetraniaina – French League Stats at LFP.fr (fr.) Albert Rafetraniaina.
Albert Starçevski
Albert Starçevski (rus. Альберт Викентьевич Старчевский; d. 1818 - ö. 1901) — Rus jurnalisiti; ensiklopediyaçı; Avropa və Şərq dilərinin mahir bilicisi. == Həyatı == Sankt-Peterburq Universitetinin Hüquq fakültəsini bitirib. Rus tarixi ilə bağlı bir sıra nadir əlayzmaların rus dilinə tərcüməsini edib. 1848-1853-cü illərdə "Ensklopedik sorğu lüğəti"ni redaktə edib. 1890-cı ildə Peterburqda onun müəllifliyi ilə "Bizim qonşular. Sərhədçilər üçün tərcümə vəsaiti" kitabı çap olunmuşdur. == Ədəbiyyat == Статья В. Зотова в «Историческом Вестнике», 1891 год, № 10.
Albert Səfərov
Albert Səfərov Nurəddinoviç (azərb. Səfərov Albert Nürəddin оğlu‎) — Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi (2007–2021), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Səfərov Albert Nurəddin oğlu 06.05.1956-cı ildə Azərbaycan Respublikası, Qusar rayonunun, Aşağı Ləgər kəndində anadan olub.1963–1973-cü illərdə Aşağı Ləgər kənd orta məktəbində təhsil alıb. 1974-cü ildə Bakı Dəmiryol Nəqliyyat texnikomuna daxil olub və 1980-cı ildə " Vaqon təsərrüfatı " ixtisası üzrə həmin texnikomu bitirib. İlk iş fəaliyyətinə 1978-ci ildə Bakı Vaqon Deposunda çilingər vəzifəsilə başlayıb,1980–1986-cı illərdə vaqon baxıcısı kimi işini davam etdirib.1986–1994-cü illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda eyni vəzifədə çalışıb. 1995-ci ildə Azərbaycan Texniki Universitetinin "Lokomotiv və Vaqon təsərrüfatı" fakultəsinə qəbul olub,1999-cu ildə bitirib.2005-ci ildə həmin universitetdə Magistr təhsili alıb. 1994–1995-ci illər ərzində Keşlə Vaqonların Təmiri Konteyner Deposundatexniki məntəqənin rəisi təyin edilib.1995–1997-ci illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda rəisi işləyib. 1997–1999-cu illərdə Bakı Bələdçilər Ehtiyatının rəisi vəzifəsində işləyib. 1999–2007-ci illərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının rəisi olub. 2007–2010-cu illərdə "Qəza Bərpa Qatarı"MMC-nin rəisi, 2010-cu ildən 31.03.2021-ci ilədək Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəisi vəzifəsində çalışıb.
Albert Səlimov
Albert Səlimov (5 aprel 1986, Kaspiysk, Dağıstan MSSR) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi == Karyerası == Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu. Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu. Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu. Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu. Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu. 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu. 2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu.
Albert Tavxelidze
Tavxelidze Albert Nikiforoviç (1932-2010) — Sovet və Gürcüstan fiziki, SSRİ Elmlər Akademiyasının akademiki (1990), Gürcüstan Elmlər Akademiyasının prezidenti (1986-2005). == Həyatı == Albert Nikiforoviç Tavxelidze 16 dekabr 1932-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. 1948-ci ildə Tbilisidə orta məktəbi, 1953-cü ildə isə Tbilisi Dövlət Universitetini "Nəzəri fizika" ixtisası üzrə bitirmişdir. 1956-cı ildən A.N.Tavxelidze N.N.Boqolyubov və A.A.Loqunovun dəvəti ilə öz elmi fəaliyyətinə Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun (NTBİ) nəzəri fizika laboratoriyasında (NFL) başlamışdır. A.N.Tavxelidze 1956-1970-ci illərdə Dubnada (Rusiya) işləmiş və elmi işçidən nəzəri fizika laboratoriyasının direktor müavini vəzifəsinə qədər bir yol keçmişdir. 1963-cü ildə A.N.Tavxelidze NTBİ-nin NFL-inin elmi şurasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1956-cı ildə ona professor rütbəsi verilmişdir. 1986-cı ildə A.N.Tavxelidzenin Gürcüstan Elmlər Akademiyasının prezidenti seçildiyi vaxtda, institutda, demək olar ki, bütün ilkin işlər başa çatdırılmış, İtaliyanın, Amerikanın və başqa ölkələrin elmi mərkəzlərilə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənmiş, ilk eksperimentlər başlanmışdı. Bu institutun əməkdaşlarının nəzəri və eksperimental tədqiqatları geniş elmi ictimaiyyətə artıq yaxşı məlum idi. Nüvə Tədqiqatlari İnstitutunda (NTİ) A.N.Tavxelidze bu günə qədər məhsuldar işini davam etdirir, nəzəri fizika şöbəsinin müdiri - NTİ-nin elmi rəhbəridir.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).