Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anar Atayev
Anar Mamed oğlu Atayev (d. 11 mart 1996; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan - ö. 11 mart 2015; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. == Həyatı == Anar Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Əsgər Anar Atayev 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. 12 mart 2015-ci ildə Anar Atayev doğulduğu Ağcabədi rayonunun Minaxorlu kəndində torpağa tapşırılmışdır. == İstinadlar == Əsgər Anar Atayev öz ad günündə şəhid oldu. Sonxeber.az. 12.03.2015.
Anar Axundzadə
Anar Axundzadə (6 iyul 1972, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990–1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996–1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997–2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000–2005).. == Fəaliyyəti == Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000–2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr müavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
Anar Ağakişiyev
Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi. == Həyatı == Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayib. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Hər iki sahədə Moskvada xüsusi dərslər alıb. Almaniya, İspaniya və İtaliyada təkminləşdirmə kursları və seminarlarda iştirak edib. Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb.
Anar Babaşov
== Siyahı ==
Anar Bahadurov
Anar Süleyman oğlu Bahadurov (26 iyun 1992, Sabirabad – 8 noyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olmuşdur. VII sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olmuşdur, bu da onun şagird yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov VII sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 640 bal toplayaraq tələbə adını qazanıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin təhsilini yarımçıq saxlayaraq Vətən borcunu yerinə yetirməkdən ötrü həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı "N" saylı hərbi hissədə başa vurub geri dönən həmyerlimiz 2014–2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb.
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı və təhsili == Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Anar Bürcəliyev
Bürcəliyev Anar Ərtoğrul Cavidan oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Ərtoğrul Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
Anar Cavadzadə
Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990, İmişli rayonu – 17 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Müharibədən əvvəl təhsilini davam etdirmək istəsə də, müharibə başlayanda döyüşə yollanmışdır.
Anar Cəbrayıllı
Anar Cəbrayıllı (29 oktyabr 1974, Balyand, Cəbrayıl rayonu) - "Azərsu" ASC-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi. 29 oktyabr 1974-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində müəllim ailəsində anadan olub. 1981-ci ildə orta məktəbin birinci sinfinə gedib və 1992-ci ildə məktəbi əla qiymətlərlə bitirib. Həmin il ilk dəfə tətbiq olunan test üsulu ilə Dövlət İqtisad İnstitutunun Maliyyə iqtisad fakültəsinə daxil olub. 1997-ci ildə institutu flrqlənmə diplomu ilə başa vurub. Həqiqi hərbi xidmətdən sonra İqtisadi nəzəriyyə ixtisası üzrə əyani aspiranturada təhsil alıb. Professor Məmmədhəsən Meybullayevin mühazirə oxuduğu qruplarda məşğələlər aparıb. 1998-ci ildən mətbuatdadır. Avrasiya, Reytinq, Azernews qəzetlərində müxbir, şöbə müdiri, məsul katib işləyib. 2001-2011-ci illərdə ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb.
Anar Cəfərov
Anar Eyvaz oğlu Cəfərov (19 dekabr 1977, Ağcabədi – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olmuşdur. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışmışdır. Həmçinin, şəxsi təsərrüfatla məşğul olmuşdur. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir.
Anar Dosiyev
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995-1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. “Li cəbrinin Banaxov təsvirində Teylor spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998-2001-ci illərdə institutda kiçik elmi işçi, 2002-2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib.
Anar Eyvazov
Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Xidmətinin rəisi. == Hərbi xidməti == 2023-cü il iyunun 26-da Sılahlı Qüvvələr Günü münasibətiylə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır. Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Anar Fərəcbəyli
Anar Fərəcov
Anar Heybətov
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Anar Heydərov
Anar Bəhruz oğlu Heydərov (1 iyun 1988, Sumqayıt – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Heydərov 1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Anar Heydərov da yaxından iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Hüseynli
Anar Saday oğlu Hüseynli (13 avqust 1994, Təzəkənd, Şəmkir rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000–2011-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Hüseynli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Anar Hüseynli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Anar Hüseynov
Anar Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Anar Hüseynov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Anar Həsənov
Anar Həsənov — prodüser, redaktor. Anar Həsənov (futbolçu, 1997) — Azərbaycan futbolçusu.
Anar Kərimov
Anar Kərimov (nazir müavini) — Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (19.02.2019–h.h.) Anar Kərimov (nazir) — Azərbaycanın Mədəniyyət naziri (05.01.2021–22.12.2022) Anar Kərimov (hərbi xadim) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Anar Rzayev
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Anar Rüstəmov
Anar Canməmməd oğlu Rüstəmov (1977, Şamaxı) — fizika elmləri doktoru, Almaniyanın ilk azərbaycanlı fizik-alimi. AMEA Fizika İnstitutunun icraçı direktoru (22.01.2021). == Həyatı == Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === 1994-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə nəzəri fizika kafedrasına daxil olmuş və 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. BDU-nin fizika fakültəsində nəzəri və riyazi fizika ixtisası üzrə magistraturaya daxil olmuş, 2000-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2000-ci ildən başlayan Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Zərrəciklər Fizikası Laboratoriyasında elmi işçi kimi çalışmışdır. 2002-ci ildə Almaniya Federativ Respublikasının Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi iş aparmağa dəvət olunmuş və orada yerləşən HADES təcrübəsində çalışmağa başlamışdır. 2003-cü ildə Almaniyanın Darmştadt Texniki Universitetinin doktoranturasına daxil olmuş, 2006-cı ildə Almaniyada təcrübi nüvə fizikası və proqramlaşdırma sahəsində müdafiə edərək atom və nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2006–2011-ci illərdə Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzində çalışmış, 2011-ci ildə Almaniyanın Höte adına Frankfurt Universitetində, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) NA61/SHINE və ALICE təcrübələrində tədqiqatlarını davam etdirmiş, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mahazirələr oxumuşdur. Eyni zamanda Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik etmişdir.
Anar Sadıqov
Anar Sadıqov (Babalı) — Azərbaycanın teatr rejissoru, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı == Həyatı == Sadıqov Anar Babalı oğlu 1986-cı il 14 dekabr tarixində Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995–2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində Qarmon ixtisası üzrə təhsil alıb. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq Fakültəsinin Dram Rejissoru ixtisası üzrə Azər Paşa Nemətov, Firdovsi Naibov, Fərhad İsrafilov kimi görkəmli teatr xadimlərindən təhsil almış və Universiteti fərqlənmə diplomu ilə bitirib. 2009–2010-cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor vəzifəsində çalışıb. 2010–2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ. Məlikzadə "Hərənin öz ulduzu" tamaşasına quruluş verib. 08.09.2011–07.01.2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H. A. Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Uşaq" dram dərnəyinin rəhbəri vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində ustad dərslərində iştirak edib. 2012–2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib.
Anar Salmanov
Anar Salmanov (Anar Salmanov;4 oktyabr 1980, Bakı) — Azərbaycanlı futbol hakimi, FİFA kateqoriyalı, Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunun müəllimidir. 2003-cü ildə futbol üzrə Azərbaycan çempionatının oyunlarına hakim təyin olunub. Beynəlxalq oyunlara 2010-cu ildən xidmət edir. . == Həyatı == Anar Salmanov 1980-ci il oktyabrın 4-də Bakıda anadan olub. Yeddi yaşında Bakının “Neftçi” klubunun nəzdindəki futbol məktəbində futbol oynamağa başlayıb. 16 yaşında “Neftçi”də oynayıb, lakin zədə səbəbindən futbolçu karyerasını tərk edərək hakimlik edib. 1997-ci ildə Salmanov Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub. Ordudan qayıtdıqdan sonra magistraturaya daxil oldu. 2003-cü ildən həmin institutda dərs deyir.
Anar Aslan Oğlu Qocayev
Anar Hüseynov (kiçik çavuş)
Anar Hüseyn oğlu Hüseynov (8 oktyabr 1982, Əlibəyli, Tovuz rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Anar Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Anar Hüseynov (əsgər)
Anar Rəhim oğlu Hüseynov (1997, Tərtər rayonu – 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Anar Hüseynov 1997-ci ildə Tərtər rayonunda doğulub. Anar ailədə kiçik uşaq olmaqla 3 qardas idilər. Anar 10 nömrəli internat məktəbdə oxuyub. == Hərbi xidməti == 2016–2018-ci ildə Lələtəpə döyüşündə könülü iştirak edib. 2020-ci il sentyabrın 27-si baş verən Qarabağ Müharibəsinə könüllü olaraq gedib. Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Anar Həsənov (futbolçu, 1997)
Anar Vidadi oğlu Həsənov (18 oktyabr 1997-ci ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Çempionat === Anar Həsənov Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2012-ci ildən bu klubda çıxış edir. Debüt mövsümündə Anar Bakı təmsilçisinin əvəzedicilər dəstəsində çıxış etmişdir. 2013-cü ildən isə klubun əsas yığmasında mübarizə aparır. Anar Rəvan klubu ilə debütünü 15 yaşı olarkən 8 may 2013-cü ildə Topaz Premyer Liqasının XXX turu çərçivəsində Kəpəz klubuna qarşı oyunda etmişdir. === Kubok === Anar Həsənov 2012-13 Azərbaycan Kuboku mövsümündə Rəvan klubu ilə bir neçə görüşə çıxmışdır. == Maraqlı fakt == Anar Həsənov Rəvan klubunun əsas komandası ilə debüt edən 54-cü futbolçu olmuşdur.
Anar Kərimov (dövlət xadimi, 1977)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir. Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır.