Anar Süleyman oğlu Bahadurov (26 iyun 1992, Sabirabad – 8 noyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
Anar Bahadurov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1992(1992-06-26) |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020(2020-11-08) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olmuşdur. VII sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olmuşdur, bu da onun şagird yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov VII sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 640 bal toplayaraq tələbə adını qazanıb.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin təhsilini yarımçıq saxlayaraq Vətən borcunu yerinə yetirməkdən ötrü həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı "N" saylı hərbi hissədə başa vurub geri dönən həmyerlimiz 2014–2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb. Bir neçə xarici dili öyrənməyə nail olan zəkalı gəncimiz ingilis dilində məşğələlərə davam edib."İELTS"proqramı üzrə sertifikat almağa nail olub.[1]
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Bahadurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl və Şuşanın azad edilməsində iştirak edib. 8 noyabr 2020-ci il tarixində Qubadlı-Şuşa istiqamətində gedən həlledici ağır döyüşlərdə şəhid olub.
Bahadurov Anar Süleyman oğlu 9 noyabr 2020-ci ildə Sabirabad rayonu Şəhidlik Xiyabanında dəfn olunmuşdur.