Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Katolikos Bezgen
Katolikos Bezgen — Albanların LIII katolikosu. == Katolikosluğu == Katolikos II Qriqorisdən sonra katolikosluq taxtı bir neçə il yenə boş qalmış, keşişlər dağ və mağaralarda gizlənməyə məcbur olmuşdu. Bu vaxt artıq katolikosluq mərkəzi Gəncədən Çərəktarda yerləşən Çərəktar monastırına köçürülmüşdü. Bezgen bu dönəmlərdə katolikos olmuş, daha sonra dini rütbələrdən əl çəkərək evlənmiş və uşaqları da olmuşdu. == Anti-katolikosluğu == Katolikos III Stepannosun dövründə bir müddət Gəncə əhalisi tərəfindən anti-katolikos elan olunmuşdu.
Menaxem Begin
Meçislav Volfoviç „Menaxem“ Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — tanınmış siyasi xadim, İsrailin 7-ci baş naziri (1977-1983). == Həyatı == M.Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub. 1943-cü ildə M.Begin “İrqun” təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar. M.Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub. 1948-ci ildə İsrail dövləti yaranandan sonra M.Begin “İrqun”un əsasında “Xerut” (“Azadlıq”) partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur. 1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır. 1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M.Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.
Bəngin (Mərənd)
Bəngin (fars. بنگين‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 992 nəfər yaşayır (265 ailə).
Bəzmin (Miyanə)
Bəzmin (və ya Bəzməhin) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 22 km cənub-şərqdə, Miyanə-Təbriz avtomobil yolunun üstündədir.
Bəzin (Xudabəndə)
Bəzin (fars. بزين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,754 nəfər yaşayır (433 ailə).
Yoqan Beqin
Yoqan Beqin (d. 21 sentyabr 1971) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Yoqan Beqin, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yoqan Beqin, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Benzin
Benzin — neftdən emal edilən bir növ yanacaq. 150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C. == Mənbə == Цифровой железнодорожный код страны - собственницы вагона. Принадлежность вагонов. Коды стран, в которых зарегистрированы грузовые вагоны.
Bergen
Bergen (norv. Bergen) — Norveçin ikinçi böyük şəhəri, Hordaland fülkesinin mərkəzi və Qərbi Norveçfülkesinin ən böyük şəhəri. Şəhər ölkənin qərbində, Şimali dənizinin sahilində yerləşir. 1299-cu ilə qədər Norveçin paytaxtı olub, 1830-cu ilə ilə kimi Norveçin ən böyük şəhəri hesab edilirdi. Bu günlərdə Bergen — böyük liman şəhəridir, bundan başqa şəhərdə Bergen Universiteti fəaliyyət göstərir. Orta əsr Brüggen (Bergen) sahili UNESCO Ümumdünya irsinə daxil edilib.
Bergia
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == Bespin — Vukipediya saytında.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir. Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Beyin
Beyin - bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. = Ümumi = Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Vezin
Vezin (fr. Vésines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01439. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 91 nəfər təşkil edirdi.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Berlin kafedralı
Berlin kafedralı (alm.) - Almaniyanın Berlin şəhərində yerləşən kafedral. İçində heç bir zaman yepiskop yaşamadığı üçün əsil kafedral deyildir. == Tarixi == Kafedral XVIII əsrin əvvəllərində memar Yohan Bouman tərəfindən Barokko üslubunda inşa edilmişdir. 1822-ci ildə tikili başqa memar - Karl Frederik Şinkel tərəfindən neo-klassik üslubda yenilənmişdir. 1894-cü ildə Almaniya imperatoru II Vilhelm kafedralın sökülməsini və yenidən tikilməsinə əmr vermişdir. Memar Julios Raşdorfın neo-barokko dizaynı əsasında tikilməyə başlanılan yeni kafedral 1905-ci ildə tamamlanmışdır . İkinci dünya müharibəsində böyük zərər görən kafedral 1975-1981-ci illərdə memar Günter Stan tərəfindən bərpa edilmişdir.
Berlin konqresi
1878-ci il Berlin konqresi (13 iyun — 13 iyul 1878-ci il) — 1877–1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin (1878-ci il) yenidən baxılması üçün keçirilən beynəlxalq tədbir. Berlin traktatının imzalanması ilə nəticələnmişdir. == Mənbələr == Дебидур А. Дипломатическая история Европы. Ростов-на-Дону: Феникс, 1995. Т. 2 Cтр. 450–469. ISBN 5-85880-089-0 Сборник договоров России с другими государствами, 1856–1917, М., 1952. История дипломатии, 2 изд., т. 2, М., 1963.
Berlin metropoliteni
Berlin metropoliteni (alm. U-Bahn Berlin‎) — Almaniyanın paytaxtı Berlinin ictimai nəqliyyat sisteminin əsas hissələrindən biridir. Metropoliten 1902-ci ildə istifadəyə verilib və hazırda 173 stansiyadan ibarətdir. Ümumi uzunluğu 146 km olan Berlin metropoliteni on xətdən ibarətdir və Berlin Nəqliyyat Şirkəti (Berliner Verkehrsbetriebe) tərəfindən istismar olunur. Metronun istismarı üçün 750 volt gərginlikli sabit cərəyan istifadə olunur. 2016-cı ilin məlumatına əsasən 500 milyondan çox insan metrodan istifadə edib. Həmin ildə metro qatarları 21,6 milyon km məsafə qət ediblər. Berlin metrosu almandilli ölkələr içərisində ən böyük metropoliten hesab olunur. == Tarixi == Berlində ilk yeraltı dəmiryolu xətti 1895-ci ildə AEG şirkətinin iki fabriki arasında çəkilib. 1902-ci ildə isə Berlində ilk yeraltı dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi.
Berlin müqaviləsi
Berlin müqaviləsi (1878)
Berlin paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Berlin qalereyası
Berlin qalereyası (alm. Berlinische Galerie‎) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. == Tarixi == Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi. İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü. == Muzeyin kolleksiyası == Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir.
Berlin teleqülləsi
Berlin televiziya qülləsi ( alm. Berliner Fernsehturm‎ Berliner Fernsehturm ), Alexanderplatz yaxınlığında Mitte metropoliten sahədə yerləşir. Bu 368 metrlik tikili Almaniyada ən yüksək , Avropada isə hündürlüyünə görə dördüncü yeri tutur. 1969-cu ildə televiziya qülləsi dünyada ən yüksək ikinci tikili idi.. Hər il bir milyondan çox ziyarətçi buraya gəlir, Berlin TV Qülləsi Almaniyada on ən məşhur turist ziyarətgahından biridir. == Tarixi == 1952-ci ildə Stokholmda keçirilən Avropa Yayım Konfransı zamanı və Avropa ərazisində televiziya və radio yayımlarının tezliklərini paylayan GDR, Avropa ölkələrinin əksəriyyətindən siyasi tanıma olmaması səbəbindən yalnız iki kanal icazə əldə edə bildi. Şərqdəki Berlin televiziya və radio yayım sistemi belə şəraitdə televiziya proqramlarının yayımında müdaxilə və fasilələrlə məşğul olan çoxsaylı kiçik stansiyaların işinə baza ola bilməzdi.Fasiləsiz kanalın istismarı üçün, mümkün olan ən yüksək hündürlükə çatan, yüksək performanslı, yüksək güclü ötürücü tələb olundu. 1950-ci illərdə Berlində Alman televiziyasının yalnız 6 çox zəif ötürücü stansiyaları fəaliyyət göstərmişdir. == Texniki məlumatlar == Anten ilə hündürlüyü: 368.03 m ( 1997 - ci ildə antenanın yenidən qurulması, hündürlüyü 365 m) Antenin uzunluğu: 118 m Anten diametri: 1,80 m Topun orta hündürlüyü: 212 m 203.78 m yüksəklikdə yoxlama mərtəbəsi Telekafe 207.53 m yüksəklikdə (saatda 3 dönüş, ilkin olaraq 1, sonra 2) Əsas diametri: 32 m Göz məsafəsindən diametri: 24 m Telekafe çapı: 29 m Ball diametri: 32 m Beton boru çəkisi: 26,000 ton Ball çəkisi: 4800 t Anten çəkisi: 245 ton Sürət sürəti: 6 m / s Dərinlik dərinliyi: 5 m Bazenin xarici diametri: 42 m İki sərnişin liftləri Texnik binalarda işləyən avadanlıq və personalın daşınması üçün lift Topun faydalı sahələri: 5 min kvadratmetr. m 216 m, 220 m və 224 m hündürlükdə ötürmə qurğuları televiziya kanalları və radio kanallarının yayımlanması üçün, eləcə də texnikalar üçün ofis zonasıdır Birinci mərtəbədə, 200 metr hündürlükdə bir kondisioner qurğu var, yanğın söndürmə sisteminin idarə edilməsini təşkil edən texniki səviyyə bir qədər yüksəkdir 188 m və 191 m yüksəklikdə xilasetmə sahələri Mast üzərində 150 televiziya və radio anten Yayım sahəsi - 20 min kvadratmetr.
Berlin zooparkı
Berlin zooparkı — Almaniyanın paytaxtı Berlində yerləşən zoopark. == Haqqında == Berlin zooparkı Almaniyanın ən qədim heyvanat parkıdır. 35 hektar ərazini əhatə edən park 1844-cü ildə açılmışdır. 1.500-dən çox növü, 20.000-dən çox heyvanı özündə saxlayır. Berlin zooparkı dünyanın ən çox növə sahib parklarından biridir. 2013-cü ildə heyvanat parkını 3 milyon nəfər ziyarət etmişdir və həmin il Avropada ən çox ziyarət edilən zoopark olmuşdur. Məşhur qütb ayısı Knut da burada anadan olmuşdur.
Basqın
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bəzgək
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Bəzman
Bəzman-İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəzman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,002 nəfər və 816 ailədən ibarət idi.
Qəzvin
Qəzvin — İranın Qəzvin ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məscidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar. XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Beqiç
Beqiç (?-11 avqust 1378)— Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. «Мир истории. Русские земли в XIII—XV веках». М.: «Молодая гвардия», 1988.
Abbarik (Qəzvin)
Abbarik — İranın Qəzvin ostanında kənd. == Coğrafi yerləşməsi == Buyinzəhra şəhristanının Buyin bölgəsinin Zəhra kəndistanında, Buyin qəsəbəsindən 12 km cənub-şərqdə, dağ ətəyindədir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 319 nəfər (93 ailə) yaşayır. === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Burada yaşayanların böyük çoxluğu əkinçilik, davar saxlamaq və bağçılıqla dolanır. Abbarik kəndi bölgədə öz yetişdirdiyi püstəsi ilə də seçilir.
Abbasabad (Qəzvin)
Abbasabad — İranın Qəzvin ostanının Avəc şəhristanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc qəsəbəsindən 27 km çənub-şərqdədir. == Əhalisi == === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir.
Abdaltəpə (Qəzvin)
Abdaltəpə - İranın Qəzvin ostanında kinənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Abyek bölgəsinin Bişariyat kəndistanında, Abyek qəsəbəsindən 26 km qərbdədir.