Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir.[1] Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var.[2] Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir.[1] Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur.[2] Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur.[1]