Şərq bloku |
---|
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik.
Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir.
İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər:
"Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir".
1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bununla yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
1948-ci ilin mayında Qərb dövlətləri Qərbi Berlindəki işğal zonalarını birləşdirməyə qərar verdilər və vahid pul vahidinin yaradılması ilə bağlı qərar qəbul etdilər. 20 iyun 1948-də köhnə reyxsmarka əvəzinə yeni marka tədavülə buraxıldı. İ. Stalinin etirazlarına baxmayaraq islahat həyata keçirildi. Bu islahat Qərb işğal zonalarını iqtisadi cəhətdən sovet işğal zonasından ayırdı. Cavab olaraq SSRİ şərqi Berlində oxşar addım atdı. İyunda Qərb zonalarından Berlinə gələn qatarlar yoxlanmağa başladı. İosif Stalin Qərbi Berlinlə Qərb dövlətlərinin əlaqəsinin kəsmək və Qərb dövlətlərinin qüvvələrinin Berlindən çıxması üçün Berlinin mühasirəyə alınmasına qərar verdi. 1948-ci ilin mayından 1949-cu ilin 12 mayına qədər blokada davam etdi. Az sonra isə yolların təmiri adı ilə demək olar ki qərbdən Berlinə qatarların gəlməsi dayandırıldı. Su yolları və avtomobil yolları bağlandı. Blokadada olan qərb qüvvələrinin ehtiyaclarının təmin etmək məqsədilə ABŞ hərbi qüvvələrinin təyyarəıləri vasitəsilə Qərbi Berlin ərzaqla təmin olunurdu. Məhz bu əməliyyat "hava körpüsü" adı ilə adlandılırdı. Həmin əməliyyat çərçivəsində Berlinə 278 min üçüş təşkil olunmuş və 2,3 milyon ton yük daşınmışdır.
Berlin blokadasının nəticəsi olaraq qərb dövlətlərində SSRİ haqqında mənfi rəy yarandı və nəticədə Almaniyanın qərbi işğal zonalarının 1949-cu ilin mayında vahid bir dövlət — Almaniya Federativ Respublikası şəklində birləşdirilməsinə yol açdı. Qərbi Berlin muxtar özünüidarə hüququ qazandı və nəqliyyat dəhlizi ilə AFR ilə birləşmişdi. 1949-cu ilin oktyabrında Şərqi Almaniya ərazisində isə SSRİ-nin dəstəyi ilə sosialist rejimin hökm sürdüyü Almaniya Demokratik Respublikası quruldu. Baş verə biləcək növbəti blokadaya hazır olmaq üçün Berlin şurası tərəfindən ən vacib qida məhsullarının ehtiyatının yaradılması ilə bağlı qərar qəbul etdi hansı ki onu "Şura ehtiyatı" da adlandırıldılar.