Katolikos Bezgen

Katolikos Bezgen — Albanların LIII katolikosu.

Katolikos II Qriqorisdən sonra katolikosluq taxtı bir neçə il yenə boş qalmış, keşişlər dağ və mağaralarda gizlənməyə məcbur olmuşdu. Bu vaxt artıq katolikosluq mərkəzi Gəncədən Çərəktarda yerləşən Çərəktar monastırına köçürülmüşdü. Bezgen bu dönəmlərdə katolikos olmuş, daha sonra dini rütbələrdən əl çəkərək evlənmiş və uşaqları da olmuşdu.

Anti-katolikosluğu

[redaktə | mənbəni redaktə et]

Katolikos III Stepannosun dövründə bir müddət Gəncə əhalisi tərəfindən anti-katolikos elan olunmuşdu.[1]

  1. Kirakos Gəncəli, Erməni tarixi, X