Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İtotu:The Plant List saytında takson barədə məlumat.
Adi itotu
Adi itotu (lat. Marrubium vulgare) və ya Dovşan topuğu — i̇totu cinsinə aid bitki növü. == Sinonim == Marrubium album Garsault [Invalid] Marrubium apulum Ten. Marrubium ballotoides Boiss. & Balansa Marrubium germanicum Schrank ex Steud. Marrubium hamatum Kunth Marrubium uncinatum Stokes Marrubium vaillantii Coss. & Germ. Marrubium vulgare subsp. apulum (Ten.) H.Lindb. Marrubium vulgare var.
Kiçik itotu
Kiçik itotu - (lat. Marrubium nanum Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Status - NT == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi tək, budaqlanmayan, tüklü, 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları saplaqlı, tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, tüklü, alt tərəfdən açıq rənglidır. Çiçək dəstələri çoxçiçəkli, aralı düzülmüş, çiçəkaltlıqları bizvari, uzuntükcüklü, kasacığın borucuğunun uzunluğuna bərabərdir. Kasacıq 5 dişciklidir, üçbucaqvarıi-bizşəkilli dişciklər ilə örtülür, 2-2,5 dəfə boruuqdan qısadır, damarların üzəri tklüdür. Çiçək tacı açıq çəhrayı rəngli, kasacıqdan çıxandır. Üst dodaq ikidilciklidir, üçdilcikli alt dodaqda orta dilcik daha iri və yumrudur.
Birəotu
Dağtərxunu (lat. Tanacetum) — mürəkkəbçiçəklilər Fəsiləsinə aid bitki cinsi. == Xüsusiyyətləri == Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu)alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Bitola
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Bitonto
Bitonto — İtaliyanın Apuliya regionunda şəhər.
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Amerika bizonu
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Avropa bizonu
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Beşyarpaq dişotu
Beşyarpaq dişotu - Dentaria quinquefolia Bieb. Hündürlüyü 20-40 sm, gövdəsi düz, sadə, çılpaq, aşağı hissədə yarpaqsız, yuxarıda üç yarpaqdan ibarət olan köbəli çiçək qrupu altında üfüqi pulcuqlu kökümsovları olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları lələkvaridir, 3-5 neştərə oxşar-xətvari sivri dişli yarpaqcıqlardan ibarətdir. Yarpaqların qoltuğunda soğanaq əmələ gəlmir. == Çiçək == Salxımlar 6-15 ədəd çiçəkdən ibarət olub, kifayət qədər sıxdır. Ləçəkləri 10-15 (20) mm uzunluğunda olub, əksinəyumurtaşəkilli pazvaridir və bənövşəyi, bəzən çəhrayı rəngdə olur. Qını 35-50 mm uzunluğunda, eni 2-5 mmdir, köndələn formada üzüyuxarı durmuş və uzunluğu 3-4 mm olan sütuncuğa daralmışdır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Lənk.-dağ., Lənk.düz., Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, əsasən fıstıq meşələrində üstünlük təşkil edir. == Təsərrüfat əhəmiyyəti == Kökümsovu bişmiş halda yeyilir.
Dalmat birəotu
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qızyarpaq birəotu
Sinerariyarpaq birəotu
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. == Xarakterik xüsusiyyətləri == Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. == Məşhur test pilotları == Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı - Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.
Teki Biçoku
Teki Biçoku (alb. Teki Isak Biçoku; 6 iyun 1926, Elbasan[d] – 21 noyabr 2009, Tirana) Alban geoloqu, professor; Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Bioqrafiya == 1926-cı il iyunun 6-da anadan olub. 1932–1937-ci illərdə Elbasan şəhərində ibtidai məktəbdə oxuyub, sonra həmin şəhərin Şkolla Normale məktəbində (indiki Aleksandr Xhuvani Universiteti) təhsilini davam etdirib. Sonra Korça şəhərində (1942–1943) və Tiranda (1946–1947) texnikumda oxuyub. 1943–1944-cü illərdə Biçoku işğalçılara qarşı müharibədə iştirak etmiş, Albaniya azad edildikdən sonra 1944–1946-cı illərdə kuryer kimi xalq ordusunda xidmət etmişdir. Təhsilini İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda davam etdirib (1948–1953), 1953-cü il martın 20-də "mühəndis-geofizik" ixtisasını alaraq bitirmişdir. Fieri şəhərində seysmik ekspedisiyanın geofiziki işləyib, sonra 1955-ci ildə Tirana Geologiya Baş İdarəsinin geologiya şöbəsinin müdiri təyin edilib. 1957-ci ildə Dövlət Geologiya Komissiyasının vitse-prezidenti və baş geoloqu, daha sonra isə Mədən və Geologiya Nazirliyinin Geologiya Baş İdarəsinin rəisi olub. 1966-cı il aprelin 1-dən Teki Biçoku Sənaye və Mədən Nazirliyinin Geologiya Baş direktoru təyin edildi.
Çəhrayı birəotu
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Audrey Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Biot
Biot (fr. Biot) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Antib-1, Antib-2 və Antib-3 kantonu . Kommunanın sahəsi 15,54 km², əhalisi 8791 nəfərdir (2006) artım tendensiyası ilə: 8791 nəfər (2012), əhalinin sıxlığı 647,0 nəfər / km²-dir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı — 8995 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 8791 nəfər.
Biota orientalis
Nir Biton
Nir Biton və ya Nir Bitton (ivr. ‏ניר ביטון‏‎; 30 oktyabr 1991, Aşdod, İsrail) — israilli futbolçu. "Makkabi" klubunda çıxış edir. == Karyerası == === İlk illər === Nir Biton 1991-ci ildə İsrailin Aşdod şəhərində anadan olmuşdur. Karyerasına yerli "Aşdod" klubunda başlamışdır. 2013-cü ilə qədər klubda oynayan Nir 123 oyuna 14 qol atmışdır. == Seltik == 30 avqust 2013-cü ildə Nir Biton Şotlandiyanın "Seltik" klubu ilə 4 illik müqavilə imzalamışdır. Transferi üçün "Seltik" klubu £700.000 ödəmiş və sonrakı satışdan 20 % pay alacağını bildirmişdir. İlk oyununa 18 sentyabr 2013-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın Milan FK qarşısına 89-cu dəqiqədə çıxmışdır. 22 oktyabrda "Ayaks"a qarşı oyunda 77-ci dəqiqədə oyuna girən Nir 87-ci dəqiqədə Tulani Sereroya qarşı kobud hərəkətinə görə oyundan qovulmuşdur.
Qıfotu
Qıfotu (lat. Vinca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12 növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Qıfotu üzvi maddələrlə zəngin, rütubətli torpaqda və kölgəli sahələrdə yaxşı inkişaf edir. Günəşin və suyun olmaması bitkinin məhvinə səbəb olur. Qələmlə çoxaldılır. Bunun üçün cavan, sürünən gövdənin hər hissəsindən 2-3 buğum kəsmək lazımdır. Gülçülükdə 2 növündən istifadə olunur.
Böyük qıfotu
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır. == Botaniki xarakteristikası == Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.
Tükcüklü qıfotu