Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Cizzin
Cizzin — (ərəb. جزين‎) Livanın cənub əyalətində bir şəhərdir. == Haqqında == 2005-ci il siyahıyaalınmasında 13,476 nəfər əhalisi olan bir şəhərdir.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Çibiş
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Dizbin (Əhər)
Dizbin (fars. ديزبين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (63 ailə).
Çingiz Cuvarlı
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. == Həyatı == Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. == Elmi nailiyyətlər == Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Çingiz Cəfərov
Çingiz Cəfərov (23 mart 1960, Şuşa, Dağlıq Qarabağ – 23 yanvar 1994, Horadiz, Füzuli rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Çingiz Binnət oğlu Cəfərov 1960-cı il martın 23-də Şuşa şəhərində anadan olub. 1977-ci ildə Şuşa şəhərindəki 3 saylı orta internat məktəbini bitirib. 1978–1980-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Şuşa şəhərindəki 92 saylı tikinti idarəsində bənna işləyib. 1986-cı ildə Tbilisi şəhərində 3 aylıq zabitlik kursunu bitirmiş, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçmişdir. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə bataliyonunda rota komandiri olmuş, sonra batalyonun komandir müavininə qədər yüksəlmişdir. Həkimlər səhhətinin pisləşməsi ilə əlaqədar hərbi xidmətini davam etdirməyə icazə verməsələr də, Çingiz bununla razılaşmamış və yenidən cəbhəyə yola düşmüşdür. Çingiz Şuşa ətrafında, Nəbilər, Qaybalı, Kərkicahan, Kosalar kəndlərində ağır döyüşlərdən keçmişdir. Çingiz Füzuli rayonu ərazisində Horadiz qəsəbəsinin, rayonun bir sıra kəndlərinin azad olunmasında iştirak edib.
Çingiz Dağçı
Çingiz Dağçı (Krımtatarca: Cengiz Dağcı; 9 mart 1919, Qurzuf – 22 sentyabr 2011, London) — Krım Tatarı yazıçı. == Həyatı == Çingiz Dağçı Qurzufda doğulub. Uşaqlığı Kızıltaş (indiki adıyla Krasnokamenka) kəndində keçib. Çingiz Dağçı Türkiyəyə heç gəlmədiyi halda kitablarını Türkcə ilə yazmış, kitablarının ilk redaktorluğunu da şair Ziya Osman Saba etmişdir. Türkiyədə çap olanan əsərləri sayəsində Türkiyədə bir çox insan Krımı və Krım tatarları nın yaşantılarını öyrənmiş oldu. İlk və orta təhsilini kəndində və Akməscitdə aldı. 1938-ci ildə orta məktəbi bitirdi. Krım Pedaqoji İnstitutunu ikinci kursda ikən İkinci dünya müharibəsi başladı. 1941-ci ildə Ukrayna cəbhəsində Almanlarla əsir düşdü. Almanların məğlub edilməsindən sonra əsir düşərgəsindən qurtularaq müttəfiq dövlətlər ordusuna sığındı.
Çingiz Dəmiroğlu
Çingiz Dəmir oğlu Sadıqov (1944, Kirovabad – 25 yanvar 2015, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995). == Həyatı == 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub. 1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb. Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.
Çingiz Fərzəliyev
Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub. Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir. == Fəxri adları == "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006; Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012; Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015; Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015; V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017; Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022; == Orden və mükafatları == "Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976; "70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977; MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998; Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014; Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015; Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015; "Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015; MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016; "Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016; Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018; Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018; Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019; Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019; Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019; "Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019; Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019; İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021; Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022; Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023 == Nəşr fəaliyyəti == "Natürmort haqqında hər şey", Bakı (2004) "Portret haqqında hər şey", Bakı (2005) "Mənzərə haqqında hər şey", Bakı (2006) "Azərbaycan Rəngkarlığı.
Çingiz Fərəcov
Çingiz Əliş oğlu Fərəcov (21 sentyabr 1942, Xələfşə, Qaryagin rayonu – 15 dekabr 2016, Bakı) — Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon, Dəvəçi Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi. == Həyatı == Çingiz Fərəcov 1942-ci ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşdur. O, Şuşa şəhərindəki 5 nömrəli uşaq evində təhsil almışdır. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. 1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq fakültəsinə daxil olur. Uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovxozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar texniki təyin olunur. O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov. İKP Mərkəzi Komitənin birinci katibi N. S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.
Çingiz Hacıbəyov
Çingiz Zülfüqar bəy oğlu Hacıbəyov (2 (15) oktyabr 1913, Bakı – 18 yanvar 1971, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Çingiz Hacıbəyov 1913-cü ildə Bakıda anadan olub. 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrində işləyib. Həmçinin Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1931-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyət göstərmişdir. Çingiz Hacıbəyovun yaradıcılığının əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. 1938–1953-cü illərdə baş dirijor olmuşdur. 1953-cü ildən 1960-cı ilədək, Azərbaycan Dövlər Radio və Televiziya Verilişləri Komitəsində baş dirijor, 1960-cı ildən ömrünün sonunadək Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrində dirijor olmuşdur.
Çingiz Hüseynov
Çingiz Həsən oğlu Hüseynov (20 aprel 1929, Bakı – 8 yanvar 2024, Qüds) — nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.
Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə (21 iyul 1951, Bakı) — Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti. == Həyatı == 21 iyul 1951-ci ildə anadan olmuşdur. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır. 1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər idarəsi elm sektor müdiri, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.
Çingiz Həsənov
Çingiz Həsənov (21 aprel 1965, Füzuli) — azərbaycanlı rejissor, Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == Çingiz Həsənov 21 aprel 1965-ci ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsinin (teatr kollektivinin rəhbəri) bitirib (1990). Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1989-cu il tarixindən C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında fəaliyyətə başlayıb (bədii filmlər). 1993-1997-ci illərdə könüllü olaraq Azərbaycan Respubilkasının suverenliyi uğurunda gedən vətən müharibəsi döyüşlərində iştirak etmiş, 1-ci Qarabağ müharibəsinin veteranıdır. 2000-ci ildən 2002-ci ilə kimi Azərbaycanfilm kinostudiyasının İstehsalat şöbəsində “Texnik”, 2002-ci ildən 2012-ci ilə kimi İstehsalt şöbəsində “Müdir” vəzifəsində çalışmışdır. 40-a yaxın filmdə 2-ci rejissor kimi fəaliyyət göstərmişdir. 2012-2019-cu illərdə Azərbaycanfilm kinostudiyasında bədii filmlərdə 2-ci rejissor olaraq fəaliyyət göstərmiş, 2019-cu il “Miras” filminə 2-ci rejissor kimi çalışmaq üçün Bakı Media Mərkəzindən dəvət almışdır. 2020-2021-ci illərdə Bakı Media Mərkəzində 70-ə yaxın layihədə çalışmışdır.
Çingiz Mehdioğlu
Aşıq Çingiz Mehdipur (28 aprel 1961, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq. == Həyatı == 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib. == Fəaliyyəti == 1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı. 1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb. Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur.
Çingiz Mehdipur
Aşıq Çingiz Mehdipur (28 aprel 1961, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq. == Həyatı == 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib. == Fəaliyyəti == 1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı. 1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb. Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur.
Çingiz Mehdiyev
Çingiz Mehdiyev (1932-1992) — musiqiçi, nağara ustası, Azərbaycanın əməkdar artisti . == Həyatı == Çingiz Mehdiyev 1932-ci ildə Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyevlə Zəkiyyə Mehdiyevanın ailəsində dünyaya gəlmişdir. Çingiz Mehdiyevin atası 1938-ci ildə həbs olunur və güllələnir. Uşaqlarının və özünün aqibətindən qorxan Zəkiyyə xanım elə həmin ildə Tiflisə köçür. Lakin İkinci Dünya müharibəsi başlayan zaman yenidən Bakıya qayıdır. == Təhsili == Uşaq yaşlarından musiqiyə güclü marağı olan Çingiz Mehdiyevi ana babası Qulam, Üzeyir Hacıbəyovun yanına aparmışdır. Üzeyir Hacibəyov isə onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürmüşdür. Lakin bu aləti Çingiz sevməmişdir. Orta məktəbi bitirdikdən sonra anasının istəyi ilə sənədlərini Tibb İnistitutuna vermişsə də, atasının "xalq düşməni" olduğuna görə inistituta qəbul olunmamışdır. Bundan sonra öz istəyi ilə Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə qəbul oldu.
Çingiz Mustafayev
Çingiz Fuad oğlu Mustafayev (29 avqust 1960 – 15 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur. == Həyatı == === Erkən illəri === Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur.
Çingiz Məmmədov
Çingiz Məmmədov (veteran) — Qarabağ müharibəsi əlili. Çingiz Məmmədov (musiqiçi) — Alt ifaçısı, Azərbaycanın əməkdar artisti. Çingiz Məmmədov (hərbçi) — General-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi. Çingiz Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Çingiz Qacar
Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı – 12 iyun 2021) — Azərbaycanlı fizik, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA-nın akademiki və Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri. == Həyatı == === Erkən illəri === Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə davam etdirib. O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır. === Elmi fəaliyyəti === Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olub. O, elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaradıb, oraya ən istedadlı alimləri toplayıb. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç. Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır.
Çingiz Qaraşarlı