Çingiz Hüseynzadə (21 iyul 1951, Bakı) — Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Çingiz Hüseynzadə | |
---|---|
Azərbaycan Atletika Federasiyasının prezidenti | |
1996 – 1 aprel 2023 | |
Sonrakı | Cavid Qurbanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 iyul 1951 (72 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
21 iyul 1951-ci ildə anadan olmuşdur. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır.
1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmişdir.
1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər idarəsi elm sektor müdiri, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.
2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.
1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Olimpiya" jurnalının baş redaktorudur.
Azərbaycan Atletika Federasiyasının prezidenti (1996–01.04.2023)[1].
Filologiya elmləri doktoru, türkoloq, Əməkdar Elm Xadimi Muxtar Hüseynzadənin oğludur.
Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni (2007)[2] və "Şərəf" ordeni (2021) ilə təltif edilib[3].