Çingiz Həsənov (21 aprel 1965, Füzuli) — azərbaycanlı rejissor, Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi.
Çingiz Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Rejissor |
Təhsili | ADMİU |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1989-indiyədək |
Mükafatları | Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi |
Çingiz Həsənov 21 aprel 1965-ci ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsinin (teatr kollektivinin rəhbəri) bitirib (1990). Ailəlidir, üç övladı var.
1989-cu il tarixindən C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında fəaliyyətə başlayıb (bədii filmlər).
1993-1997-ci illərdə könüllü olaraq Azərbaycan Respubilkasının suverenliyi uğurunda gedən vətən müharibəsi döyüşlərində iştirak etmiş, 1-ci Qarabağ müharibəsinin veteranıdır.
2000-ci ildən 2002-ci ilə kimi Azərbaycanfilm kinostudiyasının İstehsalat şöbəsində “Texnik”, 2002-ci ildən 2012-ci ilə kimi İstehsalt şöbəsində “Müdir” vəzifəsində çalışmışdır. 40-a yaxın filmdə 2-ci rejissor kimi fəaliyyət göstərmişdir.
2012-2019-cu illərdə Azərbaycanfilm kinostudiyasında bədii filmlərdə 2-ci rejissor olaraq fəaliyyət göstərmiş, 2019-cu il “Miras” filminə 2-ci rejissor kimi çalışmaq üçün Bakı Media Mərkəzindən dəvət almışdır. 2020-2021-ci illərdə Bakı Media Mərkəzində 70-ə yaxın layihədə çalışmışdır. 2022-ci il Azərbaycanfilm kinostudiyasında bədii filmdə işləmək üçün 2-ci rejissor kimi dəvət edilmişdir.
Cənab Prezident İlham Əliyev tərəfindən 02.08.2012-ci il tarixində Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
Kinematoqrafçılar ittifaqının və Kinorejissorlar gildiyasının üzvüdür.
1. ”O dünyadan salam”. B.f (1990)
2.”Mənim ağ şəhərim” .B.f (1991)
3.”İcraçı” B.f (1992)
4.”Elegiya” B.f (1994)
5.”Nə gözəldi bu dünya” B.f (1997)
6.”Ofsunçu” B.f (1999-2000)
7.”Küçələrə su səpmişəm” B.f (2004)
8. “Girov” B.f (2005)
9.”Əlvida Cənub şəhəri” B.f (2005)
10.”Ev” Q.m (2006)
11.”Yalançılar” Q.m (2007)
12.”Teatral həyat”. Q.m (2008)
13.”Düyün” Q.m (2008)
14.”Üçbucaq” B.f (2009)
15.”Ağ qara gecələr” B.f. (2010)
16.”Arxası Qibləyə” Q.m (2010)
17.”Kabusun Gözülə” B.f (2011)
18. “Buta” B.f (2011)
19.”Qisas almadan ölmə” B.f (2013)
20."Axınla aşağı” B.f (2013)
21.”FİFA-2014” B.f (2013)
22.”Yarımçıq Xatirələr” B.f (2014)
23.”Qara bağ” Q.m (2015)
24.”Dərs” B.f (2015)
25.”Onun atası” Q.m (2015)
26. “Xeyirlə Şərin rəqsi” B.f (2016)
27.”Zabitin şərəfi” Q.m (2013)
28. “Həddən Artıq uyğunluq” B.f (2017)
29.”Nar bağı” B.f (2018)
30. BAKU MEDİA CENTER-də “Miras” B.f (2018)
31.”Çimərlik” (Yay Fəsli) B.f (2018)
32. "Titrəmə” B.f (2019)
33. BAKU MEDİA CENTER-də ”And içirəm” S.f (2019)
34. BAKU MEDİA CENTER-də 2021-ci il 44 günlük müharibəyə həsr edilmiş “Biz “ S.f
35. BAKU MEDİA CENTER-də 2019-cu ildən 2021-ci ilin əvvəllərinə kimi (50) əllidən çox layihələrdə
36. “Həyat deyəsən gözəldi” (Fəryad-2)
37. İTV-nin 2022-ci ildə. M.Ə.Sabir haqqında çəkdiyi sənədli bədii filim
38. 2022-ci ildə Fikrət Əmirov haqqında çəkilən sənədli bədii filim
39. Qartal yuvası (film, 2019) (sənədli film)[1][2] quruluşçu rejissor;Milli Qəhrəman Seymur Məmmədov haqqında