Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dana Baş
Dana Baş (ing. Dana Bash) tam adı (Dana Rut Şvarts ing. Dana Ruth Schwartz; d. 15 iyun 1971, Montvale, Nyu-Cersi, ABŞ) — ABŞ jurnalisti. CNN-in siyasi məsələlər üzrə baş müxbiri.
Dana Danilenko
Dana Danilenko (19 iyul 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Dileyni
Dana Dileyni(ing. Dana Welles Delany; 13 mart 1956) — ABŞ aktrisasıdır. == Həyatı == Dana Dileyni 13 mart 1956-cı ildə ABŞ-ən Nyu-York şəhərində anadan olub.İrland və İngilis mənşəlidir.Stemfordda böyüdü.1974-cü ildə Filipps Akademiyasını bitirdi.Sonra muzikldə iştirak etdi. 1978-ci ildə Vesleyan Universitetini tamamladı.Sonra Nyu-Yorka qayıdıb özünü çəkilişlərdə sınamaq istədi.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן‏‎, 2 fevral 1969 və ya 2 fevral 1972, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Dana Kugel
Dana Kugel (26 iyun 1997-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Dana bəy
Dana bəy — Oğuz bəyi. == Həyatı == Qızılla birlikdə Azərbaycana gələn Boğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər Dana bəyin əmrindəki oğuz birlikləri Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyəyə yerləşdilər. Vəhsudan, Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyəyə yerləşdirdi.8 Bu oğuz türkmənlərin Azərbaycanda ilk məskunlaşmasıdır. Beləcə, Azərbaycan yaylaqları oğuzların axtardıqları bir ölkə idi. Yenə bu səfərlərin Dandanakan müharibəsindən əvvəl meydana gəldiyi bilinməkdədir. Ehtimal ki, gələn oğuz kütləsi Səlcuklu bəylərindən müstəqil fəaliyyət göstərirdilər. Urmiyə ətrafına yerləşən oğuz türkmənlərin 3000 çadır, yəni 15.000 nəfər olduğu təxmin edilir.
Dana qalası
Danaqalası — Şərur rayonunun Axura kəndindən şərqdə, Havuş kəndinin cənub tərəfində hündür dağ üzərində arxeoloji abidə. Səlcuq sərkərdəsi Tananın adı ilə bağlıdır. Ə.İ.Novruzlunun apardığı arxeoloji tədqiqatlar nəticəsində buradan qala divarlarının izləri aşkar edilmişdir. Divarlar iri daşlardan inşa edilmişdir. Arxeoloji tapıntıların əsas hissəsini şirsiz saxsı məmulatı təşkil etsə də, qaladan şirli qab hissələri, metal əşya qalıqları da tapılmışdır. Qalada mədəni təbəqə çox yığılmamışdır. Materiallar müxtəlif tarixli dövrlərə aiddir. Şirli qablar anqob təbəqəsini qazma və qravirovka üsulu ilə naxışlanaraq yaşıl rəngli şirlə örtülmüşdür. Keramika XI-XVII əsrlər üçün xarakterikdir. Bu əsasda Dana qalasının XI əsrdə inşa edildiyi ehtimal edilir.
152mm Sph DANA
DANA – (çexcə “dělo automobilní nabíjené automaticky” – avtomatik yükləyicili silahlı yük maşını) 1970-ci illərdə Çexoslovakiya Sosialist Respublikasında 8х8 təkər formullu “Tatra 813” yük maşınının üzərində istehsal edilmiş 152 mm-lik “SpGH Dana” haubitsası bu günədək dünya bazarında sifariş sayı ilə diqqət çəkir. İndiyədək 800-ə yaxın “Dana” istehsal edilərək Çexiya, Slovakiya, Gürcüstan, Azərbaycan, Polşa, Liviya silahlı qüvvələrində xidmətə göndərilmişdir. “Dana” 8×8 konfiqurasiyalı “Tatra 813” şassisi üzərində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə, ± 220° çarpaz atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir. 1970-ci illərin ortalarında Dubnitsa şəhərinin maşınqayırma zavodunda 152 mm ShKH vz77 tipli özüyeriyən artilleriya qurğusu istehsal olundu və 1979-cu ildə seriyalı istehsalına başlanan bu qurğu “Dana” adı aldı. Daşınma bazası üçün ciddi modernizə olunan, 8x8 təkər formullu, iki qabaq istiqamətverici və hərəkətdə olarkən hava ilə doldurula bilən təkərləri olan TATRA 815 yüksəkkecidli avtomobil qəbul edildi. Əsas silahlanma 152 mm-lik haubitsa-topdur ki, bu da fırlanan iki yarım qülləsi olan platformada qurulub.
Dana Reyznietsa-Ozola
Dana Reyznietsa-Ozola (latış. Dana Reizniece-Ozola‎; doğ. 6 noyabr 1981, Kuldiva, Latviya SSR, SSRİ) — Latviya şahmatçısı, qrosmeyster (2001) və siyasətçi, Latviya Seyminin (Latviya Parlamenti) deputatı. Latviyanın keçmiş iqtisadiyyat naziri (2014—2016). Latviyanın hazırkı maliyyə naziri (2016-cı ildən). == Şahmat karyerası == 1998 və 1999-cu illərdə qızlar arasında şahmat üzrə Avropa çempionatında (U-18) qalib olub. Həmçinin qızlar arasında dünya çempionatında iki gümüş medal qazanıb — 1995 (U-14) və 1998-ci ildə (U-18). Qadınlar arasında şahmat üzrə Latviya çempionatında dörd dəfə birinci olub — 1998 (əlavə oyundan sonra), 1999 (turnirdəki bütün oyunlarını udaraq çempionat tarixində ən yaxşı nəticə göstərib), 2000 və 2001-ci illərdə. Səkkiz dəfə Latviyanı qadın şahmat olimpiadalarında təmsil etmişdir (1998, 2000, 2004, 2006, 2010, 2012, 2014, 2016). Reyznietsa-Ozola olimpiadalar zamanı həmişə birinci lövhədə oynayırdı.
Dana Rozmari Skellon
Dana Rozmari Skellon (ing. Dana Rosemary Scallon; 30 avqust 1951, London) — 1970 Avroviziya Mahnı Müsabiqəsində "All Kinds of Everything" mahnısı ilə İrlandiyanı təmsil edərək qalib gəlmişdir. 1997-ci ildən siyasətə qatılmışdır. Həmin il keçirilən İrlandiya prezident seçkilərində namizədliyini irəli sürmüş və 13,8% səs toplayaraq 3-cü olmuşdur. Təkrar olaraq, 27 oktyabr 2011-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş və bu dəfə 2,9% səs toplayaraq altıncı olmuşdur..
Buzqov
Aşağı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Yuxarı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Aşağı Buzqov
Aşağı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun mərkəzi Aşağı Buzqov kəndi olan Buzqov kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Buzqov kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Kənd Buzqovçayın aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim Yuxarı Buzqov adının qarşılığıdır. Ərazi adını eyniadlı çaydan almışdır.Aşağı Buzqov // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.</ref> == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Buzqov dağı
Buzqov dağı – Babək rayonu ərazisində dağ (hünd. 2475,5 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Buzqovçayın mənbə hissəsində, Yuxarı Buzqov kəndindən 2,3 km şimal-qərbdədir. Orta Triasın Anizi mərtəbəsinə aid Ərdağı lay dəstəsinin massiv dolomitlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında, eyniadlı qırılmanın asılı şimal qanadı boyunca uzanan Keçəltəpə antiklinalının şimal qanadında yerləşir. Qərb və şərq yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları izlənilir.
Buzqov nekropolu
Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə. == Haqqında == Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Olqa Buzova
Olqa İqorevna Buzova (rus. Ольга Игоревна Бузова; 20 yanvar 1986, Leninqrad) — Rusiya media şəxsiyyəti və müğənnisi. Buzova Rusiyanın ən uğurlu modellərindən biri hesab edilir. == Həyatı == Olqa İqorevna Buzova 20 yanvar 1986-cı ildə Leninqrad şəhərində SSRİ SQ veteranı İqor Dmitriyeviç Buzovun və stomatoloq İrina Aleksandrovna Buzovanın ailəsində anadan olmuşdur. Buzovanın Anna adlı kiçik bacısı var. Buzova 2012-ci ilin iyun ayından 2016-cı ilin dekabr ayına qədər futbolçu Dmitri Tarasov ilə evli idi. O, 23,4 milyon abunəçidən qazandığı təxminən 3,3 milyon ABŞ dolları xalis gəlirlə 2021-ci ildə Rusiya üzrə Instagram və YouTube platformalarında onuncu ən çox qazanan olmuşdur.
Yuxarı Buzqov
Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Buzqov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Buzqov olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Buzqov, bu yaşayış məntəqəsi isə Yuxarı Buzqov adlandırılmışdır. Buzqov ərazidəki çayın adıdır. Kənd Buzqov çayının sahilində yerləşdiyi üçün belə adlanır. == Tarixi == Qarabağ müharibəsi başlandığı dövrdən etibarən ermənilər bir neçə dəfə bu kəndə hücum ediblər, lakin onların hücumunun qarşısını hər dəfə əsgərlər uğurla alırdı. Kənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Yuxarı Buzqovda kitabxana binası dağıdılmışdır. Bununla yanaşı kənddə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.
Yemilian Bukov
Yemilian Nestoroviç Bukov (rum. Emilian Radu Bucov, rus. Емилиа́н Не́стерович Бу́ков; 26 iyul (8 avqust) 1909 – 17 oktyabr 1984, Kişinyov) — SSRİ-Moldava şairi. == Həyatı == Yemilian Nestoroviç Bukov 8 avqust 1909-cu ildə Rusiya imperiyasının Bessarabiya quberniyasında yerləşən Yeni Kiliya şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931–1936-cı illərdə Buxarest Universitetində təhsil almış, mütərəqqi Rumıniya jurnalları ilə əməkdaşlıq etmişdir. Bukov "Zəhmət qaynayır" (1932), "Günəşin sözü" (1937), "Çin", "Səni görürəm, Moldaviya" (1942), "Dnestrdə bahar" (1944), "Bu gün, sabah" (1967), "Həyat ağacı" (1974) kitablarının müəllifidir. Bukovun "Ölkəm" (1947) poeması, "Reut şəhəri" (1956) mənzum roman, "Dunay - narahat sular" (1956; 1957 ildə "Dalğalanan Dunay" adı ilə tamaşaya qoyulmuşdur) pyesi, "Magistral" (1969) romanı və s. əsərləri var. O, Azərbaycan haqqında şeirlər yazmışdır. "Səməd" poeması Səməd Vurğuna həsr edilmişdir.
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Danae
Danaya bu mənaları ifadə edə bilər:
Dang
Dang — çəki ölçü vahidi. == Ümumi məlumat == Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Bütöv Azərbaycan
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan milli ideya. == Ərazi == Bütöv Azərbaycan ərazisinə bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan Qum Mərkəzi ostanları və Astara şəhristanı. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın Dərbənd rayonu, Dağıstan Respublikası. Borçalı — Gürcüstanın Aşağı Kartli diyarı. Kərkük, Ərbil və s. — İraq. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.