Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Buzqov kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Yuxarı Buzqov | |
---|---|
39°31′25″ şm. e. 45°21′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Buzqov olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Buzqov, bu yaşayış məntəqəsi isə Yuxarı Buzqov adlandırılmışdır. Buzqov ərazidəki çayın adıdır. Kənd Buzqov çayının sahilində yerləşdiyi üçün belə adlanır.[3]
Qarabağ müharibəsi başlandığı dövrdən etibarən ermənilər bir neçə dəfə bu kəndə hücum ediblər, lakin onların hücumunun qarşısını hər dəfə əsgərlər uğurla alırdı. Kənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Yuxarı Buzqovda kitabxana binası dağıdılmışdır. Bununla yanaşı kənddə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.
Yuxarı Buzqov kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1849 | Buzqov yaşayış yeri[4] | e.ə. II minillik | Yuxarı Buzqov kəndi | Arxeoloji | Ölkə |
1850 | Buzqov nekropolu[5] | e.ə. II minillik | Yuxarı Buzqov kəndi | Arxeoloji | Ölkə |
Kənd Dərələyəz silsiləsinin yamacında yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 130 | 73 | 57 |
2009[7] | ↗170 | ↗89 | ↗81 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Yuxarı Buzqov kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.