Buzqov dağı

Buzqov dağıBabək  rayonu ərazisində dağ (hünd. 2475,5 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Buzqovçayın mənbə hissəsində, Yuxarı Buzqov kəndindən 2,3 km şimal-qərbdədir. Orta Triasın Anizi mərtəbəsinə aid Ərdağı  lay dəstəsinin massiv dolomitlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında, eyniadlı qırılmanın asılı şimal qanadı boyunca uzanan Keçəltəpə antiklinalının şimal qanadında yerləşir. Qərbşərq yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları izlənilir.[1]

Buzqov dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Dərələyəz silsiləsi
Mütləq hündürlüyü 2475,5 m
Yerləşməsi
39°32′30″ şm. e. 45°20′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Buzqov dağı xəritədə
Buzqov dağı
Buzqov dağı

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.