Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Fulad (Qaraqoyunlu)
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Fulad FK
Fulad (fars. باشگاه فوتبال فولاد خوزستان‎) — İranın Əhvaz şəhərinin futbol klubu. 1973-cü ildə yaranıb. Komanda İran milli futbol çempionatında çıxış edir. == Tarixi == Komanda poladtökmə şirkəti olan "Fulad"a məxsusdur. Komandanın əsas rəqibi Abadan şəhərinin Sanat Neft FK komandasıdır.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Alça-i Fuladlı (Ərdəbil)
Alça-i Fuladlı (fars. الوچه فولادلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (79 ailə).
Fuladlı (Urmiya)
Fuladlı (fars. فولادلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (13 ailə).
Fuladşəhr
Fuladşəhr — İranın İsfahan ostanının Lencan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,496 nəfər və 13,822 ailədən ibarət idi.
Fulda
Fulda — Almaniyanın Hessen vilayətində bir şəhərdir. Fulda (d) eyniadlı çayı sahillərində. Şəhərin əsası 744-cü ildə xristian missionerləri tərəfindən qoyulub. Həmin dvrdə müasir Almaniyanın əhalisinin çoxu hələ də bütpərəst dininə inanırdı. Şəhərdə yaşayan xristian missonerləri Böyük Karlın orduları yürüşlər zamanı müşayiət edir, onların işğal etdiyi ərazilərdə xristianlığı yayırdılar. Orta əsrlər dövründə şəhər əsasən bu funksiyasını saxlamağa davam etdi. Soyuq müharibə dövründə Şərqi və Qərbi Almaniyanın sərhədi Fuldanın şərqindən keçirdi. Həmin ərazidə çoxsaylı sovet və Şərqi Almaniya əsgərləri olduğundan, şəhər çox böyük strateji əhəmiyyət qazanmışdı. Soyuq müharibənin bitməsi ilə birgə xarici qoşunlar bu əraziləri tamamilə tərk etdilər.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
La-Fuyad
La-Fuyad (fr. La Fouillade, oks. La Folhada) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12105. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1115 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 625 nəfər (15-64 yaş) arasında 436 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 69.2%) idi.
Bəşir Fuad
Bəşir Fuad (1852–1887) — jurnalist, hərbçi. == Həyatı == Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür. Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb. Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867–1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb.
Esmira Fuad
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. == Həyatı == Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. == Elmi fəaliyyəti == Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Fuad Abbasov
Fuad Abbasov (15 dekabr 1976, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib. Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu. Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib. === Rusiyadan deportasiyası === Fuad Abbasov 2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.
Fuad Aslanov
Fuad Alxan oğlu Aslanov (28 iyun 1976; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu və referi. 1995-2004-cü illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Fuad Aslanov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Fuad Aslanov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Fuad Aslanov 1976-cı il iyunun 28-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == === 1995-1996-cı illər: Dünya və Avropa Çempionatlarında uğursuzluqlar === Fuad Aslanovun birinci beynəlxalq turniri 1995-ci ilin 6-14 mayında Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatı oldu. Fuad Aslanovun turnirin 1/16 final mərhələsində rəqibi Çexiya nümayəndəsi Qabriel Hencz oldu. Həmin görüşdə 18 yaşlı Fuad Aslanov rəqibinə 2:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. Fuad Aslanovun növbəti turniri 1996-cı ilin 30 mart-6 aprelində Danimarkanın Vejle şəhərində baş tutan Avropa Çempionatı oldu.
Fuad Axundov
Fuad Axundov (bioloq) — biologiya elmləri namizədi. Fuad Axundov (tədqiqatçı) — Bakının tarixini tədqiq edən tədqiqatçı.
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Fuad Babayev
Fuad Babayev (tam adı: Fuad Yavər oğlu Babayev; 14 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il avqustun 14-ü Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə Çexoslovakiyada hərbi xidmətə yollanmış, hərbi xidməti başa vurduqdan sonra Fuad Babayev təhsilini yenidən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsində davam etdirmişdir. Qanlı Yanvar faciəsi ərəfəsində IV kurs tələbəsi idi.Bundan əlavə, 6 nömrəli tikinti idarəsində işləyirdi. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gecə güllə səslərinə bayıra çıxmışdır. Yoldan keçən şəxslərdən Biləcəri yoxuşunda, XI Qızıl Ordu meydanında dinc əhalinin atəşə məruz qaldığını eşidən 23 nəfər cavan oğlan məsləhətləşirlər ki, Qızıl Ordu meydanına gəlib yaralananlara kömək etsinlər. Onlar Qızıl Ordu meydanına çatanda artıq əsgərlər dinc əhaliyə divan tutmağa başlamışdı. Gənclər Respublika Xəstəxanasına tərəf qalxırlar.
Fuad Bağırov
Fuad Allahverdi oğlu Bağırov (3 noyabr 1991; Şirvan, Azərbaycan — 1 fevral 2022; Alagöllər, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Ailəli idi, 1 oğul və 1 qızı yadigar qaldı. == Hərbi xidməti == Fuad Bağırov 2013-cü ildə "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamışdır. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fuad Bağırov zabit olaraq döyüşlərdə iştirak etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Müharibədən sonra Fuad Bağırov qısa zamanda "baş leytenant" rütbəsinə yüksəlmişdir.
Fuad Bulca
Əhməd Fuad Bulca (türk. Ahmet Fuat Bulca) (1881, Saloniki – 14 sentyabr 1962, İstanbul) — Türk əsgər və siyasətçi. == Hərbi fəaliyyəti == Hərbi məktəbi bitirmişdir. 3-cü tabor, 1-ci bölük komandiri, 3-cü ordu kiçik zabit məktəbində müəllim, Selanik kiçik zabit məktəbinin 1-ci bölük komandiri, Dərnə Şərq Şöbəsi komandiri, Trabzon Rədif tabor komandiri, Bəylərbəyi sarayı mühafizə bölük komandiri, 15-ci alayın 3-cü tabor komandiri, 24-cü alayın 3-cü tabor komandiri, 24-cü və 11-cü taborun tümən komandiri və Ankara hərbi hissəsinin komandiri olmuşdur. 4 iyul 1927-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Hərbi xidmətdən sonra Türkiyə Hava Qüvvələri Cəmiyyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin II, III və IV dövrlərində Rizə, V dövrlərində Çoruhun millər vəkili olmuş və II dövründə Divân-ı Riyâset İdarə əmirliyində fəaliyyət göstərmişdir. Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir. 14 sentyabr 1962-ci ildə yol qəzasında vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına gətirilərək orada dəfn edildi. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Fuad Cəfərov
Fuad Cəfərov (3 mart 1955, Bakı – 14 noyabr 2004, Bakı) – Azərbərbaycan idmançısı. Şahmat üzrə əməkdar məşqçi (1994), beynəlxalq dərəcəli hakim (1994). Azərbaycan Dövlət Universitetini bitirmişdir (1981). Respublika şahmat mərkəzinin direkturu olmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 255.
Fuad Hacıyev
Fuad Hacıyev (rejisor) — Azərbaycanın Əməkdar incəsənət xadimi, təhsil işçisi və rejissor. Fuad Hacıyev (rektor) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
Fuad Hacızadə
Fuad Mahmud oğlu Hacızadə (19 iyun, 1952-ci il, Siyəzən, Azərbaycan) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü. Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991-2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008-2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == F.Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumlarda çıxış etmişdir. O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur.
Fuad Haşımov
Fuad Ceyhun oğlu Haşımov (1 sentyabr 1996, Digah, Abşeron rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və karyerası == Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır. == Hərbi xidməti == 2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub.
Fuad Hümbətov
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir. F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
Fuad Məsum
Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم‎; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür. == Gəncliyi və təhsili == Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı. == Siyasi fəaliyyəti == 1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu.
Fuad Nağıyev
Fuad Hümbət oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri (2018-ci ildən). == Həyatı == Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. == Karyerası == 2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. == Siyasi fəaliyyəti == 2018-ci il aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Fuad Nəcəfli
Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur. == Həyatı == Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Fuad Nəcəfov
Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990; İsmayıllı rayonu, Azərbaycan SSR — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fuad Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.