Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu[1]) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur.[2]
Fuad Nəcəfli | |
---|---|
Vəzifədədir | |
22 dekabr 2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub.[3]
Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.[3]
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb.[3] Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.[3]
2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.[3]