Fuad Ceyhun oğlu Haşımov (1 sentyabr 1996, Digah, Abşeron rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fuad Haşımov | |
---|---|
Fuad Ceyhun oğlu Haşımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (24 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Murovdağ döyüşləri • Hadrutun azad edilməsi |
Təltifləri |
Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır.
2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub. Kursu bitirdikdən sonra 2020-ci ilin may ayından Xüsusi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı İstehkamçı ixtisası üzrə xidmətini davam etdirib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli ,Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.[2][3] Oktyabr ayının 22-də Xocavəndin Tuğ kəndində ağır yaralanıb, yaralı halda ayağa qalxaraq son damla qanına qədər vuruşaraq şəhid olub[4].
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[8]
Villages, liberated by the Azerbaijani Army from occupation besides Hadrut settlement, have been revealed, APA reports. President Ilham Aliyev said in his address to the nation that besides Hadrut settlement, Chayli, Yukhari Guzlak, Gorazili, Gishlag, Garajali, Afandilar, Sur, and Suleymanli villages have been liberated from the occupation: "Operation is being executed fully", stressed head of state.