Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Amerikan güləşi
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. == Qaydalar == Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. == Tarixi == İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Güləş (1970)
Güləş (mahnı)
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Peşəkar güləş

Professional güləş

Sərbəst güləş
Sərbəst güləş — güləş növü. Sərbəst güləş,güləşin iki qolundan biridir.Olimpiya oyunlarında idman növləri arasında yer tutur.Qədim tarixi dövürlərdən bu yana xalqımızın ata idman növü hesab olunan güləş bu gündə gənclərimiz arasında sevilir.Sərbest güləşdə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür.Yunan-Roma güləşindən fərqli olaraq,rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək olar.Həmçinin güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər tədbiq etməklə xal əldə edə bilər.Güləş Olimpiya ailəsinə 1904 cü-ildə qəbul olunub.2004 cü-ildən etibarən isə,qadınlarında güləş üzrə Olimpiya oyunlarında iştiraklarına icazə verilib. İlk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə qarpız yemək, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Güləş (Azərbaycan)
Güləş və ya Azərbaycan milli güləşi — Azərbaycanın milli idman növü. Bakı və onun ətraf ərazilərində — Maştağa, Nardaran, Buzovna, Zabrat kimi qəsəbələrdə, həm də Azərbaycanın bir çox rayon və şəhərlərində Gəncə, Şəki, Qazax, Salyan, Tovuz, Zaqatala və s. məşhurdur. Azərbaycan milli güləşi zamanı rəhləvanların görüşdükləri meydan isə zorxana adlanır. 2022-ci ildə güləş "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" irsinin tərkib hissəsi olaraq Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azərbaycan xalqının bədən tərbiyəsinin ən mühüm vasitələrindən biri qədim zamanlardan xalq güləşi olub. Xalq güləşi üzrə həmişə yerli yarışlar keçirilib. Rəsmi olaraq isə Azərbaycanda 1937-ci ildən həm rayon, şəhər, həm də respublika birinciliyi uğrunda yarışlar keçirilir. Güləşin tarixinin yenidən yaradılması və güləş qaydalarının sistemləşdirilməsi istiqamətində çoxlu işlər gənc azərbaycanlı alim, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun dosenti E. Rəhimov tərəfindən aparılmışdır. Pəhləvanların görüşü, tarixi salnamələrin yazdığı kimi, çox vaxt bütün orduların döyüşünün taleyini həll edirdi.
Azərbaycan milli güləşi

Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yunan-Roma güləşi
Yunan-Roma güləşi — güləşin dünyada geniş yayılmış bir növüdür. Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar.
Azərbaycan Güləş Federasiyası
Azərbaycan Güləş Federasiyası (AGF) — Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib. == Tarix == 1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub. AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub. 1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib. 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.. == Hüquq və vəzifələri == Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir. == Fəaliyyəti və təşkil edilmiş yarışlar == 2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.
Güləş (film, 1970)
Güləş Olimpiya oyunlarında
Güləş Olimpiya oyunlarında-Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş). == Faktlar və rəqəmlər == Baron Pyer de Koubertin qədim ənənələrini nəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı. Azərbaycan 1996-cı ildən indiyə kimi keçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.
Güləş Qrosmeysteri (1964)
== Məzmun == Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Azərbaycan Qol Güləşi Federasiyası
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunub. == Haqqında == Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armrestlinq Federasiyalarının tam hüquqlu üzvüdür.
2014 Dünya Güləş Çempionatı
2014 Dünya Güləş Çempionatı — FİLA-nın sərbəst və yunan-roma stili çempionlarını eyni şəhər və zaman dilimində təşkil etdiyi 10-cu Dünya Çempionatıdır. Turnir 8-14 sentyabr aralığında Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuşdur. == Medal cədvəli == == Komanda reytinqi == == Medalların sıralanması == == İştirak edən ölkələr == Turnirdə 81 ölkədən 692 idmançı iştirak etmişdir.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
2015 Avropa Oyunlarında güləş
== Ümumi məlumat ==
Azərbaycan milli güləş komandası
Gülsə Birsəl
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971) — türk aktrisası, ssenarist və jurnalist. == İlk illər == 11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur. Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Güldəşt
Güldəşt — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,693 nəfər və 5,830 ailədən ibarət idi.
Gültəpə
Gültəpə (Əbhər)
Gülövşə
Gülövşə — Azərbaycan Respublikasının Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. == Tarixi == Eyni zamanda Gülövşə adı kənd adı olmaqla yanaşı Nar növünün adıdır. Ornotoponim olan indiki Gülövşə Gileşə Gileşi sözlərinn təhrif olunmuş forması olub yerin coğrafi qurluşu,torpaq örtüyü ilə bağlıdır.Gülövşə Gileşi,Gileşə qədim Türk dilində gilə-tay-bərabər ,gilli yer,gil olan yer mənasını verir.Məlumdur ki,dövri qədimdən kənd yaxınlığında çiy kərpicdən olan evləri şirələmək üçün sarə şirə gili çıxarılmışdır.İndidə ətraf kəndlər həmin yerin şirə gilindən stifadə edirlər. VII-VIII əsrlərdə ərəblər Azərbaycana gələrkən az miqdarda ərəb ailələri bu kənddə yerləşdirilmiş və kəndi Gileşə ərəb adlandırmışlar. M.Baharlı öz tədqiqatında ərəblərin Azərbaycanda saldıqları kəndlərdən bəhs edərkən indiki Yevlax ərazisində Ərəbbəsrə kəndi ilə yanaşı Giləşə ərəb kəndinində adını çəkir. Bəzi tarixi mənbələrdə kəndin adı Qələvşi ərəb adlandırılır.
Gülşən
Gülşən — qadın adı.
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Güləzi
Güləzi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Etimologiyası == Güləzi oyk., mür. Keçmiş adı Güləziqışlaq olmuşdur. Əvvəllər Afurca kəndinə məxsus qışlaq yeri idi. Tədqiqatçılara görə, kəndin adı gül (gil) və zi (tat. "yer", "sahil", "kənar") sözlərindən düzəlib (-ə birləşdirici saitdir), "gilli yer" mənasındadır. Kəndin ərazisinin torpağı həqiqətən gillikdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 910 nəfər əhali yaşayır.
Güləşçi
Güləşçi — İdmanın güləş növü ilə məşğul olan şəxs
Güyəmə
Güyəmə (lat. Periploca) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yunan güyəməsi (Periploca graeca L.) == İstinadlar == Güyəmə:The Plant List saytında takson barədə məlumat.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi. Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Viləşə
Viləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vil talış dilində "gül", "çiçək" və hüşə (bişə) "meşə" deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).
Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Şuyəşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.