Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Haradan başlamalı (Hacı Şahin)
Haradan başlamalı — Hacı Şahinin ilk kitabı. Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır. "Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib. == Məzmun == Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Cavidan
Cavidan Səhrəg oğlu (VIII əsr, اردبیل – 816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir. 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür. Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi. == Həmçinin bax == Babək == İstinadlar == == Ədəbiyyat == Crone, Patricia. Bābak // Kate Fleet; Gudrun Krämer; Denis Matringe; John Nawas; Everett Rowson (redaktorlar ). The Encyclopedia of Islam, THREE. BRILL Online. 2011.
Havaçağ
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Lavaldan
Lavaldan (fr. Lavaldens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38207. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 959 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Maqadan
Maqadan — Rusiya Federasiyasında yerləşən şəhər, Maqadan vilayətinin mərkəzi.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Çamadan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Cavadxan
Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad xan XVI əsrdən etibarən Gəncə şəhərində hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər, lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə igid gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə apardılar. Cavad xan 1748-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncə xanı olmuşdur.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Davdan
Davdan Pain (Xudafərin)
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Cavadxan (dəqiqləşdirmə)
Cavad xan
Cavadxan dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Cavanan (Əhər)
Cavanan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərqəzan bölgəsinin Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 36 km qərbdədir.
Cavidan Ağayev
Cavidan Mirzəağa oğlu Ağayev (16 iyul 2001, Səbail rayonu – 2 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Ağayev 2001-ci il iyunun 16-da Bakı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Cavidan Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Cavidan Ağayev Ağdam Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Bədəlov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cavidan Məmmədli
Cavidan Məmmədli (20 sentyabr 1997, İmişli – 7 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Novruz
Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı) — aktyor, müğənni, bəstəkar. == Həyatı == Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir. == Ailəsi == Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır. Ailəlidir. Turan adında bir oğlu var. == Fəaliyyəti == === Musiqi === Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. Cavidan Novruz müğənnidir.
Cavidan Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.