Cavidan Səhrəg oğlu (VIII əsr, Ərdəbil – 816, Bəzz qalası, Şərqi Azərbaycan ostanı) — Xürrəmilər hərəkatının başçısı (807-816). Ərdəbil şəhərində anadan olmuşdur. Uzun müddət xürrəmilərə başçılıq etmişdir.[1][2] 816-cu ildə kiçik dəstəsi ilə Bəzz qalasına geri dönərkən Əbu-İmranın qəfil silahlı hücumuna uğramışdır. Döyüşdə Əbu-İmran Babək tərəfindən öldürülsə də, Cavidan da aldığı yaralardan üç gün sonra Bəzz qalasında ölmüşdür.[3] Cavidanın ölümündən sonra, onun dul arvadı ilə evlənən şagirdi Babək Xürrəmdin (816-838) Xürrəmilər hərəkatını rəhbərlik etdi.[3]
Cavidan | |
---|---|
Doğum tarixi | VIII əsr |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | |
Vəfat yeri | Bəzz qalası |
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |