Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərpicli
Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan — X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi. == Kürə kompleksi == Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir. Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir. Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür. Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur. == Binası == Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır. Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir.
13-cü rayon: Kərpic imarətlər
Kərpic imarətlər (ingiliscə: Brick Mansions) 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Paul Walker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır. Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir. Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır. == Süjet xətti == 2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir. Buna görə də polis şəhərin qalan hissəsini mühafizə etmək üçün şəhərin ətrafında nəhəng divarlar çəkir.
Nerpiçi adası
Nerpiçi adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Bütün adalar qrupu ilə birlikdə 1993-cü ildə yaradılmış Böyük Arktik qoruğunun bir hissəsidir. == Yerləşməsi == Arxipelaqın cənub-şərq hissəsində, materik Rusiyadan iki kilometr məsafədə, Minin yarımadası (Leninqrad boğazından qərbdə və cənubda) və Xariton Laptev sahillərində (cənub-şərqdə və şərqdə) yerləşir. Nerpiçinin şimal-qərbində və şimalında Minin skerrisinin digər adaları — Emelyanov adası (1,5 kilometr qərbə), Vxodnıe adaları (3,3 kilometr qərbə), Priqlubnı adası (3,5 km şimal-şərqdə) və şimaldan bir km-dən az məsafədə arxipelaqın ən böyük adası Kolosovıx adası yerləşir. == Təsvir == Nerpiçi qeyri-bərabər L formasına malikdir, körfəzlər və burunlarla girintilidir, cənub-şərq hissəsində isə pazşəkilli buxtaya malikdir. Ən böyük zirvəsi şimal-qərbəyerləşir. Stvornoy şimal-qərb burnundan cənub-şərq ucuna qədər uzunluğu 11 kilometr, ən şimaldan ən cənub nöqtəsinə qədər məsafə isə 10 kilometrdir. Eni mərkəzi hissədə 5 kilometrə qədərdir. Adanın çox hissəsini dörd alçaq, zərif təpələr tutur.
Covanni Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Dəniz kirpisi
Dəniz kirpiləri (lat. Echinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Müasir növlərindən 940-a yaxını təsnif olunub. == Haqqında == Dəniz kirpiləri ofiurlardan və dəniz ulduzlarından mərkəzi diskin və qol çıxıntılarının olmamasına görə fərqlənir. Dəniz kirpiləri bir qədər sıxılmış şarşəkilli bədən formasına malikdir. Bədənin üzəri çoxlu miqdarda iynələrlə örtülmüşdür. Dəniz kirpilərində ağız oral hissənin mərkəzində yerləşir. Ağızın ətrafında yumşaq dəri ilə örtülmüş peristom hissə yerləşir. Anal dəliyi aboral hissədə, demək olar ki, mərkəzdə yerləşir . Dəniz kirpiləri skeletinin quruluşuna görə səciyyələnir .
Kirpili çayı
Kirpili — Rusiyanın Krasnodar diyarında çay. Çay Kuban-Azov düzənliyin mərkəzindən axır. Çayın uzunluğu— 202 km-dir. Su toplayıcı hövzənin sahəsi isə — 2650 km²-dir. Kirpili sözü türk dillərindən leksema olub körpü deməkdir. == Ümumi məlumat == Kirpili çayının mənbəyi Ust-Labins rayonun Ladojski stansiyasınnda 8 km şimal-qərbdə yerləşən Yujnu qəsəbəsi yaxınlığındadır. Çayın mənsəbini dəqiq müəyyənləşdirmək olmur. Kirpili çayı Kirpili liman bataqlığına tökülür. Bu ərazi Primorsko-Axtarski rayonun Stepnoy stansiyası yaxınlığındadır. Çay suyu öncə bataqlıqla, daha sonra limanla axır.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Plano Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İoann Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İohan Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
Əhməd Bərdici
Əhməd Bərdici — fiqh, hədis alimi. == Həyatı == Azərbaycanda Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə -İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazır: Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əl-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. == Elmi yaradıcılığı == Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918–995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. ə-Xətib əl-Bağdadi (1002–1071) və Əbu Səd əs-Səmani (1113–1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. == Təsviri == Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.
Fatih Kərimi
Fatih Kərimi (tatar. محمد فاتح کریمی, Фатих Кәрими; 30 mart 1870 – 27 sentyabr 1937, Moskva) — tatar yazıçısı, jurnalist, pedaqoq, ictimai-siyasi və maarif xadimi. == Həyatı == Fatih Kərimi kimi məşhurlaşmış ictimai-siyasi xadimin uşaqlıqda adı və soyadı sənədlərdə Məhəmməd Fatih Qılman oğlu Kərimov kimi yazılıb. Onun atası və anası bölgənin məşhur ailələrindəndir. Anası Məsumə Rizaəddin bin Fəxrəddinin (1859–1936) böyük bacısıdır. Bu ailə məşhur sufi şeyxi Zakir İşan Kamalova bağlıdır. Fatih Kərimi Rusiya İmperiyası Samara quberniyası Buqulminski qəzasının Minnibayev kəndində doğulub. Bu kənd indi Minlibayev adlanır və Almetev rayonuna daxildir. 1870-ci il martın 17-də anadan olan Məhəmməd Fatih ilk təhsilini atasının işlədiyi Aşağı Çerşil kəndindəki ibtidai məktəbdə alıb. Sonra onu Çistopoldakı Kamaliyə mədrəsəsinə oxumağa göndəriblər.
Marağalı Kərimi
Marağalı Kərimi (1931, Cənubi Azərbaycan) 1931-ci ildə Marağa şəhərində anadan olub. Azərbacan türkcəsində çox sayılı şeirlər yazıb. 2023, 9 fevralda 91 yaşında öldü.
Siyavuş Kərimi
Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru. == Həyatı == Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s.
Səadət Kərimi
Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi, d. 17.11.1970, Göyçay ş. Azərbaycan SSR) — İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent. == Həyatı == Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir. 2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir və hal-hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Çox sayda elmi əsərlərin müəllifidir.
Niki Kərimi
Niki Kərimi — İranlı aktrisa və kinorejissordur. O, İran İslam İnqilabından sonra mühüm filmlərdə rol almış və müxtəlif beynəlxalq festivallardan çoxsaylı mükafatlar qazanaraq, beynəlxalq mükafatların sayına görə İranın ən uğurlu kino sənətçilərindən biridir.
Səyavuş Kərimi
Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru. == Həyatı == Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib. 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. == Həyatı və karyerası == İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.
Əli Kərimi
Əli Kərimi (30 avqust 1982, Təbriz) - azərbaycan əsilli İran futbolçusu. Hücumçu mövqeyində çıxış edib. == Həyatı == 1982-ci ilin 30 avqustunda Təbriz şəhərində anadan olmuşdur. == Klub kareyerası == O, daha çox öz doğma şəhərinin Traktor FK və Şəhrdari Təbriz FK klublarında çıxış etmişdir.
Hərbiçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Yaşıl dəniz kirpisi
Şərqi Avropa kirpisi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. == Xarici görünüş == Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Keniçi Fukui
Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[…] – 9 yanvar 1998[…], Kioto) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur. Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur. 1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur. Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub.
Keniçi Uemura
Keniçi Uemura (d. 22 aprel 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Keniçi Şimokava
Keniçi Şimokava (d. 14 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Rafflesia kerrii
Rafflesia kerrii (lat. Rafflesia kerrii) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Solanum kerrii
Solanum seaforthianum (lat. Solanum seaforthianum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum cyrrhosum Dunal Solanum kerrii Bonati Solanum prunifolium Roem. & Schult. Solanum salignum Roem. & Schult.
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim. == Haqqında == Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi".