Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]
kənd | |
Kərpicli | |
---|---|
40°09′23″ şm. e. 44°39′04″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qırxbulaq mahalı]] |
Rayon | [[Ellər rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.880 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir.
Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur.
Kənddə 1873-cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir[4].
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə məcbur olan azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 36 nəfər azərbaycanlı yaşamışdır[5].
1924–1925-ci illərdə yenidən onlar öz doğma yurdyuvalanna qovulmuşlar. İndi ermənilər yaşayır.