Keniçi Fukui

Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[1][2][…]9 yanvar 1998[1][2][…], Kioto[4]) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981).[5]

Keniçi Fukui
福井 謙
Doğum tarixi 4 oktyabr 1918(1918-10-04)[1][2][…]
Vəfat tarixi 9 yanvar 1998(1998-01-09)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı Yaponiya Yaponiya
Elm sahələri Fiziki kimya
Üzvi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Tanınır Kimyəvi reaksiya nəzəriyyəsi, Stereokimya
Üzvlüyü
Mükafatları Nobel mükafatı Kimya üzrə Nobel mükafatı (1981)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.[6]

Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur.

1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur.

Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir. 1954-1957-vi illərdə aralıq vəziyyətin formalaşması haqqında təsəvvürləri inkişaf etdirib.[7]

1960-1962-ci illərdə sərhəd orbitalları nəzəriyyəsini alifatik karbohidrogenlərin σ-elektronlarının sıxlığını, onların dissosiasiyası enerjisini, alifatik ionların və radikalların davamlılığının miqdarı xarakteristikasını hesablamaq üçün istifadə etmişdir. 1970-ci ildə çoxmərkəzli aktivləşdirilmiş komplekslərlə reaksiyalara tətbiqdə sərhəd molekulyar orbitallar nəzəriyyəsini inkişaf etdirmişdir.

1981-ci ildə “Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsini işləyib hazırladığına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[8] Fukuini Yaponiyada təhsilin keyfiyyəti çox narahat edirdi.

Kimya üzrə Yaponiyada Nobel mükafatı lauretı olan Fukui belə növ məsələlərdə çox böyük məsuliyyət hiss edirdi. Fukui vəfat edərkən 1973-cü ildə fizika üzrə Nobel mükafatı almış Leo Esaki (hazırda Sukub universitetinin rektoru) demişdi: “Yaponiya yaxşı keyfiyyətli alim tədqiqatçılar yetişdirməlidir ki, onlar çoxlu Nobel mükafatları alsınlar və onda Fukuinin ruhu dünyada rahat olacaq” (Ashah Evenning News, January 10, 1998).

Keniçi Fukui 1983-cü ildən Yaponiya EA-nın üzvü idi.

Keniçi Fukui 9 yanvar 1998-ci ildə vəfat edib.

  • K., Fukui. Theor. Chem. Accts. Cornell University Press. 1999.
  • R. B., Woodward. The conservation of orbital symmetry. New York: Academic Press. 1969.
  • H., Yukawa. Introduction to particle physics. Tokyo: Iwanami. 1948.
  • H., Yukawa. Introduction to quantum mechanics. Tokyo: Khobundo. 1946.
  • R. S., Mulliken. J. Am. Chem. Soc. , 74. 1952.
  • R. G., Parr. J. Am. Chem. Soc. , 106. 1984.
  • I., Fleming. Frontier orbitals and organic chemical reactions. Chichester: Wiley. 1976.
  • R. H., Fowler. Statistical mechanics. Cambridge University Press. 1936.
  • L. P., Hammlet. Physical organic chemistry. New-York: McGraw-Hill. 1940.
  • K. N., Houk. J. Am. Chem. Soc., 95. 1973.
  1. 1 2 3 4 Fukui Kenichi // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Kenichi Fukui // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 http://www.pas.va/content/accademia/en/academicians/deceased/fukui.html.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #172090369 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Buckingham, A. D.; Nakatsuji, H. "Kenichi Fukui. 4 October 1918 -- 9 January 1998: Elected F.R.S. 1989". Biographical Memoirs of Fellows of the Royal Society. 47. 2001: 223. doi:10.1098/rsbm.2001.0013.
  6. T. Yonezawa. A molecular orbital theory of reactivity in aromatic hydrocarbons. — 1952.
  7. K. Fukui. Recognition of stereochemical paths by orbital interaction. — Accts Chem., 1971.
  8. "Arxivlənmiş surət". 2011-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.