Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Benyamin fon Kallai
Benyamin fon Kallai (alm. Benjamin von Kállay‎, mac. Kállay Benjámin; 22 dekabr 1839[…], Peşt[d], Peşt medyesi – 13 iyul 1903[…], Vyana) — Avstriya-Macarıstan dövlət xadimi. 1867-ci ildə Macarıstan parlamentinə seçildi. Belqradda baş konsul vəzifəsində çalışarkən Balkan yarımadası və Kiçik Asiya üzrə geniş səyahətlər etmişdir. Yojef Slavinin istefasından sonra Kallai maliyyə naziri təyin edildi və eyni zamanda vəzifəsinə uyğun olaraq ona Bosniya və Herseqovinanın rəhbərliyi həvalə edildi. "Serblərin tarixi" (1877-1878) və "Rusiyanın şərq siyasəti" (1878) əsərlərini yazmış və Con Stuart Millin "Azadlıq haqqında" traktatı Macar dilinə tərcümə etmişdir.
Karlayl Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Karlayl adası
Karlayl adası (ing. Carlisle Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Yaşayışı olmayan, diametri 6 km olan ada. Herbert adasından 9 km şimal-şərqdə yerləşir. Adada sönmüş vulkan vardır. Maksimal hündürlüyü 1610 metrdir. Soyuq dəniz iqliminə sahibdir. Duman və atmosfer yağıntıları adi haldır.
Kersti Kalülayd
Kersti Kalülayd (est. Kersti Kaljulaid; 30 dekabr 1969, Tartu) — 10 oktyabr 2016-cı ildən 10 oktyabr 2021-ci ilədək Estoniya Respublikasının 5-ci Prezidenti olub.
Kurt Kalleya
Kurt Kalleya (5 may, 1989) - Maltalı müğənni. Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
İordaniya kralları
İsmin halları
İsmin hallanması — isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə deyilir. İsimlərin cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişməsi, yəni müəyyən qrammatik şəkilçilər qəbul etmiş formasıdır. Azərbaycan dilində ismin altı halı var: Adlıq hal, Yiyəlik hal, Yönlük hal, Təsirlik hal, Yerlik hal, Çıxışlıq hal Adlıq hal: Bu hal başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Isimlər lüğətlərdə adlıq halda verilir. Bu halda olan isím kim? nə? hara?suallarından birinə cavab verir. Adlıq halda olan isimlər cümlədə, əsasən, dörd mövqedə işlənir: 1) mübtəda: İnsan yer üzünün əşrəfidir. 2) xəbər: Yer üzünün əşrəfi insandır.
Mustafa Kalaycı
Mustafa Kalaycı (7 avqust 1960, Konya ili) — mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Mustafa Kalaycı 7 avqust 1960-cı ildə Konya ilinin Üçpınar ilçəsində anadan olub. Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Ali Audit Şurasında auditor və baş auditor vəzifələrində çalışıb. Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) Təhsil Şurasının üzvü, Təşviq Fondu İdarə Heyətinin üzvü olub. Dövlət nazirinin məsləhətçisi, Baş nazirin isə baş müşaviri vəzifələrindən sonra Ali Audit Şurasının baş auditoru vəzifəsinə qayıdıb. Mühasiblər Palatasının, Dövlət Audit Kadrları Dərnəyinin və Ali Audit Kadrları Birliyinin üzvü vəzifələrində təmsil olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Mariya Kallas
Mariya Kallas (yun. Μαρία Κάλλας, doğum şəhadətnaməsindəki adı — Sofiya Seseliya Kalos, ing. Sophia Cecelia Kalos, xaç suyuna çəkilərkən aldığı ad Anna Mariya Sesiliya Sofiya Kaloqeropulos, yun. Άννα Μαρία Καικιλία Σοφία Καλογεροπούλου; 2 dekabr 1923[…], Nyu-York, Nyu-York ştatı – 16 sentyabr 1977[…], Parisin 16-cı dairəsi[d]) — yunan əsilli Amerika opera müğənnisi, soprano. XX əsrin ən məşhur opera müğənnilərindən biri. O, ifadəli belkanto texnikasına, geniş səs diapazonuna və böyük artistlik istedadına sahib idi. Onun repertuarına klassik operalardan tutmuş Donizetti, Bellini, Rossini, Verdi və Puççininin bel-kanto operaları daxil idi. O, özünün nəzərəçarpan musiqi və artistik qabiliyyətlərinə görə La Divina (azərb. İlahə‎) ləqəbinə layiq görülmüşdü. Mariya Kallas Nyu-Yorkda yunan mühacir valideynlərinin ailəsində anadan olub.
Monqol Altayı
Monqol Altayı (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m).
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Moris Allays
Moris Allays (fr. Maurice Allais) (d. 31 may 1911, Paris, Fransa – ö. 9 oktyabr 2010, St.Kloud, Fransa) — fransız iqtisadçı. İqtisadiyyat və fizika sahəsindəki işləri ilə tanınır. 1988-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Moris Allays Parisdə anadan olub. Moris Allays Yüksək Təhsil Məktəbində (fr. École nationale supérieure des mines) müəllimlik etmişdir. Moris Allays iqtisadiyyat elminin qərar nəzəriyyəsi və monetarizm sahələrindəki işləri ilə tanınır.
Yaqub Kalqay
Əmir Hüseyn Yaqub Kalqay (1 yanvar 1887, Bağçasaray, Tavriya quberniyası[d] – 18 iyun 1955) – Türk siyasətçi və Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı. Yaqub Kalqay 1 yanvar 1887-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Mülkiyə məktəbində almışdır. İstanbul Şehremaneti Elm Heyəti mühəndisliyi, Samsun Sivas Dəmir Yolu İnşaat mühəndisliyi, Canik Sanjesi Yolu və Körpülər Baş mühəndisliyi, Mülki Dəmir Yolları və Limanları Hərbi Nəzarət Ümumi müdirliyi, Dəmiryol İnşaat Baş məsləhət və İnşaat və İstismar müdirliyi, Samsun Sivas Dəmiryol İnşaat və İstismar müfəttişi, Kayseri, İzmir Əməliyyatı Müfəttiş, Filyoz Zonquldağ Dəmiryol İnşaat müdirliyi, Nafifa Dəmiryolları İnşaat Elm Heyəti baş mühəndisliyində və.s kimi qurumlarda çalışmışdır. Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı olmuşdur.
Çarli Kallas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Kalqay (Krım)
Kalqay (krımtat. qalğa) — Krım xanlığında xanın vəliəhdinə verilən ünvan. Monqol dilindən tərcümədə "böyük qapı" mənasını verir. İlk dəfə 1486-cı ildə Krım xanı I Məngli Gəray tərəfindən oğlu Mehmed Gəray üçün təsis edilmişdir. Krım xanı təyin edilən şəxs dərhal qardaşları, oğulları və ya Gəray sülaləsindən olan bir digər xanzadəni kalqay təyin etməli idi. Kalqayların rəsmi iqamətgahı Ağməscid, indiki Simferopoldur. == Siyahı == == Həmçinin bax == Nurəddin (Krım) == İstinadlar == == Mənbə == Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022 Münir Aktepe, Şem’dani-zade Fındıklılı Süleyman Efendi Tarihi Mür’i’t-Tevarih, İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, 1978 Anonim Osmanlı Tarihi (1688-1704), Haz: Abdülkadir Özcan, Türk Tarih Kurumu, 2000 Kırım Hanlarına Namei Hümayun (2 Numaralı Name Defteri), Başbakanlık Devlet Arşivleri, İstanbul 2013 83 Numaralı Mühimme Defteri(1036-1037/1626-1628), T.C Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 2001 Sadri Maksudi Arsal, Türk Tarihi ve Hukuk, Türk Tarih Kurumu, 2014 Ömer Bıyık, Kırım’ın idari ve Sosyo-Ekonomik Tarihi, Ötüken Yayınları, 2014 Evliya Çelebi, Evliya Çelebi Seyahatnamesi, Haz: Seyit Ali Kahraman, Yapı Kredi Yayınları, 2.
Kalbalı Xan Naxçıvanski
Kəlbəli xan Naxçıvanski (xanzadə) — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl xan Naxçıvanskinin qardaşıdır.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Somanahalli Mallaya Krişna
Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932) — Hindistan siyasətçisi. 1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S. M. Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilini almışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C. F. Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S. M. Krişna siyasətə maraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S. M. Krişnanı Banqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.
Urartu kralları siyahısı
Urartu krallarının siyahısı — 400 il boyunca Urartunun kralı olmuş şəxslərin siyahısı. B. B. Piyotrovski The Ancient Civilization of Urartu.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Yusuf Kalla
Məhəmməd Yusuf Kalla (d. 15 may 1942, Vatampone[d]) — 2004-cü ildən 2009-cu ilədək və 2014-cü ildən indiyədək ölkənin vitse-prezidenti olmuş İndoneziya siyasətçisidir. 2009-cu il prezident seçkilərində Qolkar partiyasından prezidentliyə namizədliyi uğursuz oldu. 2009-cu ildən Kalla İndoneziya Qızıl Xaç Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 2014-cü il prezident seçkilərində Kalla Coko Vidodo özunu namizəd elan etmədən əvvəl 2012-ci il sorğusuna gorə prezidentliyə namizəd olan Aburizal Bakri və əvvəldən irəli sürülən ən yaxşı seçicilər arasında populyar oldu. O, İndoneziyanın ardıcıl olmayan iki dəfə seçilmiş vitse-prezidenti kimi ilk şəxsdir.
Adil Gəray (kalqay)
Adil Gəray (krımtat. Adil Geray)(v. 25 iyul 1579, Qəzvin, Səfəvilər) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının səltənətində böyük qardaşı kalqay Mehmed Gərayla birlikdə Moskva knyazlığı və Lehistan üzərinə tərtiblənən səfərlərdə iştirak etdi. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və Adil Gəray kalqay elan olundu. Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Qardaşları Şaqay Mübarək və Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləriylə Şirvana gələn Adil Gəray Səfəvilərin Şirvan bəylərbəyi Araz xan Rumlunun mühasirəyə aldığı Şamaxı qalasına yardıma yollandı.
Baba Gəray (kalqay)
Baba Gəray (krımtat. Baba Geray)(bilinmir – avqust 1524) — Krım xanı I Mehmed Gərayın oğlu, Krım kalqayı. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Mehmed Gərayın oğludur. İlk illəri barədə yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə atasının və qardaşlarının öldürülməsi ilə nəticələnən noqay üsyanıyla bağlıdır. Belə ki, atası I Mehmed Gərayın bölgədə apardığı birləşdirmə siyasətinin bir təzahürü olaraq böyük qardaşı Bahadır Gəray Həştərxan xanlığında hakimiyyətə gətirildi. Bahadır Gəray Krım taxtı üzərindəki haqlarından imtina etdi və beləcə, digər qardaşı Alp Gəray yeni kalqay elan olundu (mart 1523). Ancaq atasının bu birləşdirmə siyasəti başda noqaylar olmaqla, bir çox tayfanı, eləcə də bəzi yerli əyanları narazı saldı. Artan gərginlik isə I Mehmed Gərayın çadırına tərtiblənən basqınla nəticələndi.
Kalqari
Kalqari (ing., fr. Calgary) - Kanadanın Alberta əyalətində şəhər, .
Kalyari
Kalyari (Sardiniya dili: Casteddu) — İtaliyaya bağlı olan Sardiniya Muxtar Bölgəsi paytaxtı və eyni adlı Cagliari vilayətinin mərkəzi olan bir liman şəhəridir.
Vallabi
Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi. Kenqurular arxaya tullana bilmir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Kalyari FK
Kalyari" (it. Cagliari Calcio)- İtaliya futbol klubu.
Neogobius pallasi
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Oriana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Oriyana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Qarazolaqlı vallabi
Qarazolaqlı vallabi (lat. Macropus dorsalis) — kenquru cinsinə aid heyvan növü.
Vallabi-antilop
Vallabi-antilop (lat. Macropus antilopinus) — kenquru cinsinə aid heyvan növü.
Vallabi-dovşan
Vallabi-dovşan (lat. Lagorchestes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Ero kavayi
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.