Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühərrik
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Məhərrəm
Məhərrəm — Hicri təqviminin 1-ci ayı.
Altıtaktlı mühərrik
Altıtaktlı mühərrik — Altıtaktlı mühərrikin ilk prototipi iki dünya müharibəsi arasındakı dövrdə hazırlanıb. Bu mühərrikləri bəzən "4 taktlı klapansız mühərrik" də adlandırırlar. Bu mühərriklər haqqında elmi nəşrlərdə verilmiş məlumatlardan yalnız biri – 1926-cı ildə "Motociclismo" jurnalında çap olunmuş məqalə və çertyojlar indiyədək gəlib çatıb. Valentino Karneluttiyə məxsus olan "Officine Meccaniche" şirkəti özünün hazırladığı 3 motosikleti bu mühərriklərlə komplektləşdirdi. Mühərriklərin həcmi 125 və 175 sm3 idi. == İş prinsipi == Taktların kombinasiyası fərqli taktları icra edən detalların birgə işi nəticəsində hasil olur. Yanma kamerası ümumidir. Qarşı qarşıya yerləşmiş müxtəlif diametrli iki silindrdəki porşenlər üz-üzə hərəkət edir. Böyük porşenin gedişi kiçikdən təqribən 2 dəfə çoxdur. Birinci porşen 4, ikinci isə 2 taktlı rejim üzrə hərəkət edir.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. == İşləmə prosesi == Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. == Tarixi == Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. == Proseslər == Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.
Daimi mühərrik
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Mücərrəd məkan
Mücərrəd məkan — coğrafiyada eyni və ardıcıl xüsusiyyətlərlə xarakterizə olunan hipotetik bir məkandır; tamamilə homojen bir coğrafi məkandır. Bu məkanda bütün istiqamətlərdə və hər yerdə bütün hərəkətlər eyni dərəcədə asan və ya çətin olacaq. Bu konsepsiya, mənzərə kimi kənar dəyişənləri məhdudlaşdırmaq və ya istisna etməklə məkan fəaliyyətini və davranışını modelləşdirmək və ya təhlil etmək üçün faydalıdır. Məsələn, tədqiqatçılar mədəniyyət və ticarət arasındakı əlaqəni öyrənmək istəyirlərsə, modellərinin sıxışdırılmasını və dağ maneələri və çaylar kimi faktorların təsirinə məruz qalmasını istəmirlər, çünki mədəniyyətin özünün ticarətə necə təsir etdiyini modelləşdirmək məqsədindən yayındırırlar.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. == Quruluşu == Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.
Mühərrik kəpənəkləri
Mühərrik kəpənəkləri — Hər bir avtomobildə kəpənək var. Bu hissə mühərriyə havanın daxil olmasını təmin edir. Bunlarin inkişafı troslu sistemdən başlayıb elektron varianta kimi gedib. Formaları mextəlif olsada hamısının funksiyası birdir. Mühərriyə havanın daxil olmasını təmin etməkdir. Ke-Jetronic kimi sistemlərdə zaslonka yumuru yumurtaya bənzəsədə o kolektora havanın verməsini təmin edə bilir. Daha sonra İnjector kimi standart sistemlər qəbul olundu. Burada zaslonka bir başa mühəriyin hava kolektorunda yerləşdirildi. İlk növbədə onların açılması qaz pedalının trosuna bağlı olur. Elektronika və elm inkişaf etdikcə bu tros sistemi ləxv edilərək bir başa elektron varianta keçirtdi.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. == Tarix == Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Məhərrəm Məhərrəmov
Məhərrəm Məmməd oğlu Məhərrəmov (rus. Магеррамов Магеррам Мамедович ; 7 dekabr 1971, Almatı vilayəti) — Qazaxıstan Respublikası Məclisinin deputatı.. == Həyatı == Məhərrəmov Məhərrəm Məmməd oğlu 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpık bi qəsəbəsində anadan olub. Babaları 1937-ci ildə Stalin repressiyaları nəticəsində Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən Qazaxıstana sürgün olunublar.1989–1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində hərbi xidmətdə olub. 1998-ci ildə Qazaxıstan Kommunist Partiyasına üzv qəbul olunub, 2001-ci ildə Partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçilib. 2005-ci ildə Partiyanın prezidentliyə namizədinin seçkiqabağı kampaniyası qərargahının rəhbəri, 2004, 2007 və 2012-ci illərdə isə Qazaxıstan Respublikasının Parlament Məclisinə deputatlığa namizəd olub. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil alıb. O, həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiridir. M. Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi martın 20-də keçirilən seçkilərdə 7 faizlik səddi aşaraq partiya siyahısı əsasında uğur qazanaraq Qazaxıstanın Parlament Məclisinin deputatı seçilib. === Ailəsi === Ailəlidir bir qızı iki oğlu var.
Məhərrəm Məmmədov
Məhərrəm Məmmədov (iqtisadçı) — Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi. Məhərrəm Məmmədov (filoloq) — Filologiya elmləri doktoru, professor.
Məhərrəm Məmmədyarov
Məhərrəm Əli oğlu Məmmədyarov (17 oktyabr 1924, Yaycı, Naxçıvan MSSR – 2 yanvar 2022, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2009). == Həyatı == Məhərrəm Məmmədyarov 17 oktyabr 1924-cü ildə Naxçıvan MSSR Yaycı kəndində (indiki Culfa rayonunda) anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953–1955-ci illərdə Azərbaycan SSR Azərbaycan Milli Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib, 1955–1959-cu illərdə SSRİ EA Nikolay Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959–1969-cu illərdə Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1973–1979-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon qazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1975–1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir.
Məhərrəm Qasımlı
Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi), AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair. == Həyatı və fəaliyyəti == Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
Məhərrəm Qasımov
Məhərrəm Qasımov (1953, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (2000–2020). == Həyatı == 1953-cü ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhərində H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə kimi başlamış, 1972–1974-cü illərdə Sovet Ordusu sıralarında keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə kiçik leytenant rütbəsində hərbi qulluğunu başa vurduqdan sonra, təhsilini davam etdirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1980-ci ildə oranı iqtisadçı ixtisası üzrə bitirərək təyinatla Naxçıvan Şüşə Qablar zavoduna iqtisadçı vəzifəsinə göndərilmiş, əmək və əmək haqqı şöbəsinin, daha sonra plan iqtisad şöbəsinin rəisi vəzifələrində işləmiş, ictimai əsaslarla zavod Həmkarlar Təşkilatının sədri, ilk Partiya Təşkilat katibi olmuş, 1984–1985-ci illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsində təlimatçı, 1985–1996-cı illərdə Naxçıvan Tikiş Fabrikinin direktoru, 1996–2000-ci illərdə Naxçıvan şəhər Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsində işləmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı, 7 nəvəsi var. == Siyasi fəalliyəti == 2000-ci ildən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri vəzifəsində çalışmışdır. Müxtəlif dövrlərdə seçkilərin hazırlanıb keçirilməsində də iştirak etmişdir. Belə ki, 1980-ci il Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1984-cü il SSRİ Ali Sovetinə seçkilərdə dairə seçki komissiyasının sədri, 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının sədri, 1995-cil ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1998-ci ildə Azərbaycan Respublikasının Prezident seçkilərində dairə seçki komissiyasının sədri, 1999-cu ildə Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində məntəqə seçki komissiyasının sədri kimi seçkilərin hazırlanıb keçirilməsində iştirak etmişdir. 2000-ci ildən isə 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Bələdiyyə seçkilərinin, Referendumların və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş bütün seçkilərin hazırlanıb keçirilməsində bir başa iştirak etmişdir. Bitərəfdir.
Məhərrəm Quliyev
Məhərrəm Quliyev (13 aprel 1968, Lənkəran) — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini. == Həyatı == Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Ailəlidir. 2 övladı var. == Siyasi fəaliyyəti == Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məhərrəm Qurbanov
Qurbanov Məhərrəm Valeh oğlu (24 iyul 1959, Kirovabad – 21 avqust 2019, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S. Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E. Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E. Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O. Rəcəbov "Əlin cibində olsun"da oğlan, R. Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E. Sabitoğlu "Bankir adaxlı"da cangüdən, sərxoş ər, S. Fərəcov "Bir günlük siğə"də Parnok, O. Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim, M. F. Axundov "Kimyagər" tamaşasında Ağa Zaman , İ. Gözəlova "Min bir gecə" tamaşasında Padşah, Elçin " Baladadaşın toy hamamı" Əmirqulu, Ekzüperinin "Balaca şəhzadə" tamaşasında Əyyaş və s. obrazları özünəməxsuz ustalıqla oynamışdır. "Ay Yay Yay" serialında polis rəisi obrazını, "Kolxoz 85" serialında Şiraslan obrazını, "Anam, bacım, rus gəlin " serialında Fazil obrazını, "İmtahan" sürialında Eldar obrazını və "Niyə ?!" serialında Evro Kamandar onrazını canlandırmışdır. Məhərrəm Qurbanov 19 avqust 2019-cu il tarixində ağır beyin kötüyü insultu keçirmiş, gecə ilə xəstəxanaya çatdırılmış, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdir.
Məhərrəm Əlizadə
Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa – 17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir. Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.
Məhərrəm Əsədov
Əsədov Məhərrəm Soltan oğlu (15 sentyabr 1950, Qubadlı rayonu) — "Azəravtoyol" ASC-nin Texniki İdarəsinin rəisi, "Şöhrət" ordeni (2012-ci il) == Həyatı == Əsədov Məhərrəm Soltan oğlu 15 sentyabr 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur. 1967-ci ildə rayon orta məktəbini bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsini bitirib və təyinatla Nazirlər Soveti yanında Baş Şosse Yolları İdarəsinə işə qəbul edilmiş və layihə instutunda müxtəlif vəzifələrdə çalışmışdır. O, layihə işində "Azəryolayihə" Layihə İnstitutunun baş mühəndisi vəzifəsinə qədər yüksəlmiş, 1978-ci ildən 1979-cu ilin may ayına qədər olan dövr ərzində Moskva avtomobil yolları institutunda layihələndirmə işlərinin avtomatlaşdırma işləri üzrə 7.5 aylıq kurs keçərək xüsusi diploma layiq görülmüşdür. M.S. Əsədov 2000-ci ildə Pan Arab konsalt məsləhətçi firmaya mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə 200-dən çox layihənin və səkkizdən çox səmərəli təklifin müəllifi olmuşdur. Bu layihələrdən ən vacibi Murov dağın zirvəsindən keçən Gəncə-Toğana-Kəlbəcər avtomobil yolu, ən möhtəşəmi isə Gəncə şəhərinə giriş avtomobil yolunda Nizami məqbərəsi önündə yol kompleksinin layihəsi olmuşdur. M.S. Əsədov 2008-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki vəzifəsinə seçilib. 2005-ci ildən "Azəryolservis" ASC-nin Texniki İdarəsinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
Pərviz Müşərrəf
Pərviz Müşərrəf (11 avqust 1943, Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası – 5 fevral 2023) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb. == Həyatı == Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib. Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi.
Reaktiv mühərrik
Reaktiv mühərrik — əslində qaz turbini olub, geriyə təkanvermə prinsipi ilə işləyir. Reaktiv mühərrik ətrafda olan havanı udaraq yanacaq kamerasında qarışıqla yanandan sonra alınan məhsulu böyük cərəyanla xaricə püskürdür. Bunun nəticəsində təkan qüvvəsi yaranır. Yanmada ətraf mühitdən hava udulduğundan çox vaxt bu mühərriklərə "nəfəs alan mühərriklər" də deyilir. Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir. == İş prinsipi == Reaktiv mühərrik iş zamanı öncə xaricdən udulan havanın sıxılması ilə başlayır. Sonra sıxılmış hava yanacaq kamerasına ötürülür. Burada püskürdülmüş yanacaq ilə qarışan hava yanır (və ya partlayır), nəticədə temperatur və axan havanın sürətini artırır.
Sinxron mühərrik
Sinxron mühərrik — dəyişən cərəyanla işləyən elektrik mühərriklərinin növü. Stabil vəziyyətdə valın fırlanması cərəyanın qidalanma tezliyi ilə sinxron dəyişən cərəyan mühərriki hesab olunur. Fırlanma müddəti dəyişən cərəyanın tam siklinə bərabərdir. Sinxron mühərriklər maqnit sahəsi yaradan mühərrikin statorunda dəyişən cərəyan çoxfazalı elektromaqnitlərindən ibarətdir. Sinxron və Asinxron mühərriklər arasındakı fərq budur: statordan alınan elektrik enerjisi nəticəsində orada yerləşən maqnitlərdə qütblənmə yaranır və bu qütblənmə dönən hərəkət yaradır ki, bu hərəkət rotora verilir və beləcə rotor dönməyə başlayır. Sinxron ilə Asinxron mühərriklər arasındaki fərq burada ortaya çıxır. Yəni dönmə hərəkətinin sabit olmaması bunlar arasında əsas fərqdir. Yəni, qısaca asinxron mühərriklərdə stator “dövri” ilə rotor dövri arasında fərq var. Fırlanan hissə, maqnit sahəsinin dövründən fərqlənir. Ancaq sinxron mühərriklərdə bu yoxdur.
Məhərrəm Seyidov
Məhərrəm Seyidov (əsgər) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhərrəm Seyidov (mayor) — "Azərbaycan Bayrağı" ordeni kavaleri, Qarabağ müharibəsinin iştirakçısı.
Məhərrəm Səmədov
Məhərrəm Elxan oğlu Səmədov (27 mart 2001, Maştağa, Azərbaycan — 24 oktyabr 2020;, Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhərrəm Səmədov 27 mart 2001-ci ildə Bakıda, Maştağa qəsəbəsində dünyaya gəlib. 2007-ci ildə Maştağada yerləşən 209 saylı tam orta məktəbə daxil olmuş, 2016-cı ildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbinin Avtoelektrik ixtisasına yiyələnmişdir. Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məhərrəm Səmədov Suqovuşan və Ağdərə döyüşlərində savaşıb. 24 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Muharrem Usta
Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri. == Həyatı == Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır.
Müşerref Akay
Müşerref Akay (1952, İstanbul) — tanınmış türk müğənni və aktrisası. == Həyatı == 14 yaşında "Hürriyyət" qəzetinin açdığı və Selami Şahinin qatıldığı səs yarışmasına qatılan sənətçi 1952-ci ildə İstanbulda dünyaya gəlib, Balıkəsirlidir. Anası Nebahat Akaydır. Kino karyerasına kiçik yaşlarından başlayan Akay 1971-ci ildə Yılmaz Güneyin "Baba" filmində rol alıb. Daha sonra 1983-cü ildə keçmiş həyat yoldaşı Mahmut Tezcanın prodüseri olduğu "Türkiyəm" filmində baş rolu canlandırıb. Həmin illərdə bəstəsi və sözləri özünün "Türkiyem" mahnısı ilə məşhurlaşdı. 1984-cü ildə Müşerref Akay Yılmaz Güneyin baş rolda oynadığı "Ona Çirkin Kral Derlerdi" filmində də rol aldı. Özünü dərin millətçi kimi tanıdan sənətçinin məşhurlaşdığı "Türkiyəm" mahnısına TRT tərəfindən klip çəkilib və çəkilən klip ilk yerli klip olub. Klip Türkiyə televiziyasında yayımlanır. Hətta klip bir müddət xəbər kəsilərək yayımlanıb.