Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Növbəliçiçək termopsis
Növbəliçiçək termopsis (lat. Thermopsis altherniflora) - termopsis cinsinə aid bitki növü.
Cumanci: Növbəti səviyyə
İş Növbəsi (1975)
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
İş növbəsi (film, 1975)
Azərbaycanda növbəti prezident seçkiləri
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda ən gec 2031-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri. == Zəmin == === Növbədənkar seçkilər === Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12% səs toplayaraq öz seçki rekordunu yeniləmiş, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ölüm növbəsi (film, 2009)
Ölüm növbəsi — rejissor Fikrət Əliyevin 2009-cu ildə çəkdiyi bədii film. Bakıətrafı kəndlərin birində baş verən dramatik əhvalatın mərkəzində mənəviyyat və əxlaq, məhəbbət və sədaqət məsələləri durur. == Məzmun == Əhvalat Bakıətrafı kəndlərin birində baş verir. Baş qəhrəman Şamil (Şamil Süleymanlı) iki illik yuxudan sonra ayılır. Yuxudan ayılan Şamil dama çıxaraq ruhunun, günahlarının təmizlənməsi üçün tanrıya yalvarır. Onun bu müddətdə kənd sakinlərinin nə iş gördüklərini, hansı gizli niyyətlərinin olduğunu bilməsi, öncəgörmələri bir qism insanı narahat eləyir. Çirkli pullarla zənginləşən Murtuzun (Abbas Qəhrəmanov) yüksək rütbəli məmur Zeynalla (Cahangir Novruzov) işbirliyini bilən Şamil bu barədə onlara xəbərdarlıq eləyir. Onlar Şamili yollarından götürməyi qərara alırlar… == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Fikrət Əliyev, İlqar Fəhmi Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Mais Ağabəyov Bəstəkar : Rauf Əliyev Səs rejissoru : Teymur Kərimov Montaj : Elşad Rəhimov Rejissorlar : Akif Rüstəmov, Ənvər Həsənov Operatorlar : Rəşad Nuriyev, Ceyhun Quliyev Qrim üzrə rəssam : Berta Roqova Geyim üzrə rəssam : Rövşən Mehdiyev Dekor üzrə rəssam : İbrahim Xəlil Əminov, Kamal Qarayev Rejissor assistentləri : Anar Almazov, Pərviz Həsənov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev Qrim üzrə rəssam assistenti : İradə Gülbabayeva Səs operatoru : Zamiq Həsənov Fotoqraf : Babək Quliyev Kompüter qrafikası : Boris Lutsyuk, Sergey Toktarov Çalır : Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Rauf Abdullayev Balabanda ifa edir : Şirzad Fətəliyev Redaktor : İlhamə Kərimova İnzibati qrup : Asif Ağayev, Fəxri İbrahimov, Vüqar Quliyev, Asiman Həsənov, Pərviz Hacıyev Geyim ustaları : Gülxar Sadıqova, Firuzə Balayeva Əlbəsə ustası : Füzuli Ağayev Rəqsin quruluşu : Fərhad Vəliyev (II) Heykəltəraş : Rəcəb Müslümov İşıqçılar : Qabil Yəhyayev, Şəmsi Qədirov Pirotexnik : Vaqif Qurbanov Sürücülər : Bəhmən Qasımov, Gündüz Cəfərov, Əkbər Həsənov Mühasib : Validə Mehdiyeva İcraçı prodüser müavinləri : İlqar Musayev (II), Məhəmməd Ağabəyov İcraçı prodüserlər : Heydər Dadaşov, Məcid Fərdi Ənvər Prodüser : Tofiq Musayev Musiqisindən istifadə edilən bəstəkar : Qara Qarayev === Rollarda === Şamil Süleymanlı — Şamil Qorxmaz Əlili – Əmirqulu Abbas Qəhrəmanov – Murtuz Orxan Hüseynli – Əjdər Sadıq İbrahimov – Əli kişi Mirkamil Kamilov – Laçın Aytac Nuri – Bahar Tofiq Əliyev (II) – balaca Laçın Sevinc Hacıyeva (II) – balaca Bahar Cahangir Novruzov – Zeynal Gülər Nəbiyeva – Mehparə Kəmalə Hüseynova – Sona Sona Mikayılova – Gülsüm Elşən Rüstəmov – Kazım Mirzə Ağabəyli – Məcid Qədirhüseyn İsmayılov – Topal Nağı Elşən Şirəliyev – Sadıq İdris Rüstəmov – Tapdıq Kərim Məmmədov – Kərim kişi Rövşən Kərimduxt – Mədət Şahin Cəfərov – Salman Kübra Dadaşova – Nisə Gülsabah Quliyeva – Məcidin arvadı Elman Rəfiyev – cavan oğlan Nigar Əzimova Rasim Cəfərov Mətləb Abdullayev Məzahir Cəlilov Xavər Əmirxanlı Əliməmməd Maybullayev Musarza Feyziyev H. Şıxəliyev Cəbrayıl Quliyev Lalə Abuzərova Seyidqulu Quliyev Ruzigar Məmmədov Tərlan Babayev (II) Çərkəz Vəliyev Tofiq Musayev İlqar Musayev Asiman Həsənov Asif Ağayev Fəxri İbrahimov === Filmi səsləndirənlər === Yaşar Nuri-Zeynal (Cahangir Novruzov) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İran İslam Respublikası Dövlət Gömrük İdarəsi Bakı və Kəndlər Birliyi Cəmiyyəti Bilgəh bələdiyyəsi Buzovna İcra nümayəndəliyi Bilgəh İcra nümayəndəliyi Novxanı İcra nümayəndəliyi Bilgəh qəsəbəsi Qəbir daşları istehsalat sahəsi Buzovna qəsəbəsində yerləşən "Şəki" istirahət mərkəzi Bakı kəndləri üzrə FHN Rusiya Federasiyasının "DTV" kompüter dizaynı mərkəzi İran İslam Respublikasının Fərhəng və İrşadi İslami Nazirliyi İran İslam Respublikasının "Bənyadə Sinemale Farabi" şirkəti "Iran Center for Film Industries Inc." şirkəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası == Çəkilişə kömək edənlər == Asif Qafarov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri
Azərbaycanda növbəti bələdiyyə seçkiləri — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə 2024-cü ildə keçiriləcək seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən son bələdiyyə seçkilərindən 5 il sonra, yəni səlahiyyət müddəti bitdikdən sonra növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Məcəlləyə əsasən bu tarix 2024-cü ilin dekabr ayında olmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin 18 yanvar 2024-cü il tarixində keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini qeyd etmişdir. O, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyinim gözdən keçirilməli olduğunu, bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdir. Siyavuş Novruzov 1 fevral 2024-cü il tarixində verdiyi müsahibədə bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi lazım olduğunu və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının lüzumlu olduğunu bildirmişdir. Fevral ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Azərbaycanda növbəti parlament seçkiləri
Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur. == Zəmin == === COVID-19 pandemiyası === === II Qarabağ müharibəsi === === Boş qalan mandatlar === === Növbədənkənar prezident seçkiləri === === Müzakirələr === Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev, Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli, partiyanın icraçı katibi Natiq Cəfərli, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq deputat Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə də anoloji fikirləri səsləndirmişdir. == Partiyalardakı vəziyyət == Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir. Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir. Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. == İstinadlar == == Xarici keçidlər == Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Bucağın növləri
Bucaq — bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 360° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buludun növləri
== Bulud == Havada həmişə müəyyən qədər su buxarı olur. Hava soyuduqda su buxarı birləşir, iriləşərək kondensasiyaya uğrayır. Su buxarının maye hala keçməsi prosesi su buxarının kondensasiyası adlanır. Su buxarı yer səthinə yaxın kondensasiya və sublimasiya etdikdə duman, sərbəst atmosferdə olduqda isə bulud yaranır. == Buludun növləri == Tərkibinə görə buludlar sulu, buzlu və qarışıq olur. Təsnifatına görə isə 3 qrupa, 10 formaya, yüzlərlə növə bölünür. === Laylı buludlar === Laylı buludlar-ilin soyuq dövründə 2000m hündürlükdə (2–3km-ə kimi) yaranır. Əsasən qışda üstün olur. Havanı tam təşkil edir. Mülayim havanın yuxarı qalxması ilə yaranır.3 forması var: laylı laylı-yağış yüksək laylı === Topa buludlar === Topa buludlar — 2–6km hündürlükdə yaranırlar.
Kondensatorların növləri
Kondensatorların növləri — Kondensatorlar bir çox formada, növdə, uzunluqda olur və bir çox materialdan hazırlanır. Hamısında bir dielektrik qat və bir - birindən ayrılan ən azı iki elektrik keçirici təbəqə var. Kondensatorlar bir çox ümumi elektrik cihazlarında geniş istifadə olunur. Kondensatorlar rezistorlar və induktivliklər birlikdə elektronik avadanlıqlarda istifadə olunan " passiv komponentlər " qrupuna aiddir. Ən çox yayılmış kondensatorlar inteqrasiya edilmiş kondensatorlardır. == İstifadə sahələri == Kiçik kondensatorlar : elektrik süzgəcləri, tənzimlənən sxemlərin komponentləri və ya düzləndirilmiş cərəyanın hamarlanması, enerji təchizatı sistemlərinin hissələri kimi gücləndiricilərin mərhələləri arasındakı siqnalları birləşdirmək üçün elektronik cihazlarda istifadə olunur. Daha böyük kondensatorlar: bəzi növ elektrik mühərriklərinin hissələri kimi enerjinin saxlanması və ya dəyişən cərəyan güc paylama sistemlərində güc amilinin düzəldilməsi üçün istifadə olunur. Standart kondensatorlar sabit bir tutum dəyəri var, ancaq tənzimlənən kondensatorlarüm tez-tez tənzimlənən dövrələrdə istifadə olunur. Tələb olunan tutumdan, iş gərginliyindən, cari işləmə qabiliyyətindən və digər xüsusiyyətlərdən asılı olaraq müxtəlif növlər istifadə olunur. == Sabit Kondensatorlar == Sabit kondensatorlar tutumunun qiyməti dəyişməyən kondensatorlardır.
Korroziyanın növləri
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Nurlan Növrəsli
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016). == Həyatı == Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur. Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir.
Nöqtəli (Qoşaçay)
Nöqtəli (fars. نخطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (38 ailə).
Nöqtəli parabüzən
Nöqtəli parabüzən lat. Stethorus punctillum WS.-Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. == Biologiyası == Qara parlaq rənglidir, özündən dərin və aydın bilinməyən nöqtələri var. Sarımtıl başında iri mürəkkəb qara gözləri aydın nəzərə çarpır. Ağız hissəsi sarımtıldır. Buğumlu həssas bığcıqları aydın görünür. Forması uzunsovdur. Kiçikdirlər, 1-1,5 mm-dir, yabanı bitkilərdə və bütünlükdə aqrosenozlarda yayılıb. Əsasən aran zonada isti günlərdə daha çox və kütləvi olaraq müşahidə olunur. İldə iki nəsil verir.
Nöqtəli vergül
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Nəqliyyat növləri
Nəqliyyat növləri — mühitdən və yerinə yetirdiyi vəzifədən asılı olaraq nəqliyyat su nəqliyyatına, o cümlədən sualtı və suüstü, yerüstü və hava nəqliyyatına bölünür. == Su nəqliyyatı == Su nəqliyyatı — dəniz və çay nəqliyyatı olmaqla iki hissəyə ayrılır. Bunların da hər birinin sərnişin və yük daşıma bölmələri vardır. Su nəqliyyatında istifadə olunan nəqliyyat vasitələri: Gəmi Qayıq Kater Sal Bərə Kələk Kolaz Pələ Şxun Barj Sandal == Dəmiryol nəqliyyatı == Dəmiryol nəqliyyatının da sərnişin və yük daşıma bölmələri vardır.
Pirolizin növləri
Pirolizin növləri- Oksidləşdirici piroliz-sənaye tullantılarının termiki parçalanma prosesidir. Oksidləşdirici piroliz bərk sənaye tullantıların və çirkab suların zərərsizləşdirilməsi üçün çox perspektiv üsuldur. == Quru piroliz == Bu metodla aparılan tullantıların termiki emalı,onların yüksək effektiv zərərsizləşdirilməsini,yanacaq və kimyəvi xammal kimi istifadəsini təmin edir.Quru piroliz oksigen daxil olmadan termiki parçalanma prosesidir.Nəticədə yüksək yanma istiliyi olan piroliz qazı,maye məhsul və bərk karbohidrogen qalığı alınır.Piroliz prosesi temperatura görə fərqlənir. 1) Asağı temperaturlu piroliz (450-550 °C). Pirolizin bu növü maye və bərk qalıqların maksimum və piroliz qazının minimum çıxımı müşahidə olunur. 2) Orta temperaturlu piroliz (800 °C-ə qədər) və ya orta temperaturlu kokslaşma . Aşağı yanma istiliyi olan çox miqdarda qazın çıxımını və az miqdarda maye qalığın və koksun alınması ilə keçir. 3) Yüksək temperaturlu piroliz və ya kokslaşma (900-1050 °C).Bu prosesdə maye və bərk məhsulların minimal çıxımı və çox miqdarda minimal yanma istiliyi olan qazın alınması ilə müşahidə olunur.Alınan qaz yüksək keyfiyyətli yanacaq olaraq uzaq məsafələrə nəql olmağa yararlıdır. Hal-hazırda quru piroliz üsulunun istifadə səhaləri daha da genişlənir və o müasir elm və texnikanın inkişafı etapında bərk üzvi tullantıların utilizasiyası,onlardan qiymətli komponentlərin ayrılmasının perspektiv üsullarından biridir. == Karbohidrogenlərin pirolizi == Karbohidrogenlərin pirolizi (800°-900 °C)prosesi (qaz karbohidrogenləri birbaşa qovma benzin,qazoyl) etilenin,propilenin,divinil benzolun və başqa məhsulların alınma mənbəyidir.
Sionizmin növləri
Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır. == Siyasi sionizm == Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir. == Tətbiqi sionizm == İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir. == Sintetik sionizm == Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir. == Sosialist sionizm == Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır.
Turizmin növləri
Turizmin növləri - Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları tu­ristlərin həmin regiona gəlişi aktiv turizmdir. Aktiv turizm - ölkə­yə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. Bir öl­kə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri passiv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. Rekreasiya turizmi - istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada geniş yayılmışdır. == Zamana görə turizm == a) qızğın (turistlərin ən çox olduğu); b) sakit (turistlərin sayının orta səviyyədə olduğu); v) ölü (turistlərin ən az olduğu və ya ol­madığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə səyahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq olur.
Şahin Növrəsli
Şahin Növrəsli (10 fevral 1977, Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir.
Arslan Növrəsli
Arslan Növrəsli (24 aprel 1981, Bakı) — azərbaycanlı tar ifaçısı, tarda ilk dəfə harmonik jazz standartları ifa edən tarzən. == Həyatı == Arslan Növrəsli 1981-ci il aprel ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Arslan Növrəsli — Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, tarzən Sərvər İbrahimov (muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almış, bu illərdə dövlət əhəmiyyətli tədbirlərdə çoxsaylı çıxışlar etmiş, öz yaşıdları arasında keçirilən müsabiqələrin qalibi, I yerlərin sahibi (VII Respublika müsabiqəsi, "Muğam-99" və s.) olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, son kursda ikən Azərbaycan Milli Konservatoriyasının yaranması səbəbilə təhsilini AMK-da davam etdirmiş, əvvəlcə bakalavr (2003), sonra isə magistr pilləsini (2005) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov (not ixtisası) və Azərbaycan Respublikasının əməkdar artisti, professor Vamiq Məmmədəliyevin (muğam) sinfi üzrə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında çalışır. 2020-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. == Ailəsi == Arslan Növrəsli XIX əsrin tanınmış Qarabağ şairi Mirzə Ələsgər Növrəsin kötücəsi, Azərbaycanda tanınmış musiqiçilər ailəsi — Növrəsli qardaşlarından biridir. Ulu babası Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olmuş, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. 1912-ci ildə vəfat etmiş Mirzə Ələsgər Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.
Səs növləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.) — Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
12-nöqtəli vibidiya
12-nöqtəli vibidiya (lat. Vibidia duodecimguttat Poda.) — Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. == Biologiyası == Azərbaycanda azsaylı növdür. Əsasən Naxçıvan (Şahbuz və Ordubad), Şəki-Zaqatala və Talış zonalarında bir neçə fərd toplanmışdır. Qoz ağacı üzərində mənənə ilə qidalanır. Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. Simmetrik olaraq ardıcıl düzülmüşdür. Bəzi populyasiyalarda ləkələr solğunlaşıb. Uzunluğu 3,5–4 mm-dir. Noyabrın sonundan başlayaraq ağacın qabığının günəşə tərəf hissəsində qışlayır.
Novell
Novell — 1969-cu ildə Novell Data Systmes Inc. adı ilə Utah-da George Canova, Darin Field və Jack Davis tərəfindən quruldu. Novell adının mənası fransızcadan yeni / təzə olan "nouvelle"-dən əmələ gəlir. Novell mərkəzi Massaçusetts-də olan bir Software şirkətidir. Novell dünyanın 22-ci ən böyük kompüter şirkətidir və xüsusi ilə server sistemləri və Linuks Əməliyyat sistemi ilə fəaliyyət göstərir.
Rotterdam qozbeli
Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur. Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.
Notrdam qozbeli
Notrdam qozbeli (ing. The Hunchback) — rejissor Piter Medakın filmi. == Məzmun == XV əsrin sonlarının Paris şəhəri. Üç nəfər kişi: Paris kilsəsinin arxidiakonu Klod Frollo, kilsənin zəngçisi qozbel Kvazimodo və şair Pyer Qrenquar eyni bir qıza aşiq olublar. Həmin qız qaraçı Esmeraldadır. Lakin onun uğrunda əsas rəqabət Frollo və Kvazimodo arasında getməyə başlayır… == Film haqqında == Film məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı əsasında çəkilmişdir. Viktor Hüqonun "Paris Notrdam kilsəsi" romanı müxtəlif illərdə kinematoqrafçılar tərəfindən bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, bu günə qədər bu romanın əsasında 15 film (1905, 1911, 1917, 1922, 1923, 1939, 1956, 1966, 1977, 1982, 1986, 1996, 1997, 1999, 2002-ci illərdə) çəkilmişdir.
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. == Həyatı == Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887 və ya 20 mart 1887, Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. == Həyatı == İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur. Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir.