Azərbaycanda növbəti prezident seçkiləri

Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri.

← 2018  Azərbaycan  2025 →
Azərbaycanda növbəti prezident seçkiləri
2025-ci ildə keçirilməsi gözlənilir

Zəmin[redaktə | mənbəni redaktə et]

2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.[1] Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci il tarixində növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

Son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilir.[2]

Namizədlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Respublikasının Konstitusiyası". 22.05.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2023.
  2. "Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR". 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]