Arslan Növrəsli

Arslan Növrəsli (24 aprel 1981, Bakı) — azərbaycanlı tar ifaçısı[1], tarda ilk dəfə harmonik jazz standartları ifa edən tarzən.[2]

Arslan Növrəsli
Ümumi məlumatlar
Doğum tarixi 24 aprel 1981(1981-04-24) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən
Janrlar caz, xalq musiqisi, klassik musiqi
Musiqi aləti tar
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Arslan Növrəsli 1981-ci il aprel ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Arslan Növrəsli — Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, tarzən Sərvər İbrahimov (muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almış, bu illərdə dövlət əhəmiyyətli tədbirlərdə çoxsaylı çıxışlar etmiş, öz yaşıdları arasında keçirilən müsabiqələrin qalibi, I yerlərin sahibi (VII Respublika müsabiqəsi, "Muğam-99" və s.) olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, son kursda ikən Azərbaycan Milli Konservatoriyasının yaranması səbəbilə təhsilini AMK-da davam etdirmiş, əvvəlcə bakalavr (2003), sonra isə magistr pilləsini (2005) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov (not ixtisası) və Azərbaycan Respublikasının əməkdar artisti, professor Vamiq Məmmədəliyevin (muğam) sinfi üzrə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında çalışır. 2020-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Arslan Növrəsli XIX əsrin tanınmış Qarabağ şairi[3] Mirzə Ələsgər Növrəsin kötücəsi, Azərbaycanda tanınmış musiqiçilər ailəsi — Növrəsli qardaşlarından biridir[4].

Ulu babası Mirzə Ələsgər Növrəs[5] Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olmuş, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs"[6] sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. 1912-ci ildə vəfat etmiş Mirzə Ələsgər Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.[7]

Böyük qardaşı Şahin Növrəsli Azərbaycan Respublikasının Əməkdar artisti[8], məşhur jazz pianoçusu[9], ikinci qardaşı Tərlan Növrəsli turizm sahəsi üzrə fəlsəfə doktoru[10], şair[11], kiçik qardaşı Nurlan Növrəsli isə Azərbaycan Respublikasının Əməkdar artisti[12], estrada-vokal ifaçısıdır[13].

Arslan Növrəsli ailəlidir, 3 övladı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. Jazz band`la ilk çıxışları Azərbaycan Milli Konservatoriyasının son kurslarında oxuduğu illərə (2003 −2004) təsadüf edir[14].

2007-ci ildə "Beynəlxalq Bakı Jazz Festivalı"nın laureatı olmuşdur. Hər il keçirilən bu Festivalın daimi iştirakçılarındandır[15].

2007-ci ildən xarici ölkələrdə keçirilən Festivallarda mütəmadi olaraq çıxışlar edir.

2010, 2014-cü illərdə Londonda I və II "Buta" İncəsənət Festivalı çərçivəsində "Azərbaycan Mədəniyyətinin 100 günlüyü" ilə bağlı silsilə çıxışlar[16], Bakı-2015 Avropa Oyunları[17],[18] "Soçi −2014", "Bakı −2015" Olimpiadaları, 2017 İslam Həmrəyliyi Oyunları,[19] Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı, 2017-ci ildə keçirilən "Astana-Arkau" Türk Ənənəvi Musiqisinin Beynəlxalq Festivalı[20],[21],[22], XII Qəbələ Musiqi Festivalı çərçivəsində çıxışlar etmişdir.[23][24],[25],[26],[27]

2013-cü ildə təqdim etdiyi "Milli musiqimiz gənclərin təqdimatında"[28] adlı layihəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondundan Grand qazanmışdır.

Azərbaycan bəstəkarlarının əsərlərinin tar aləti üçün çoxsaylı işlənmələrini etmişdir. İşlənmələr sırasına daxil olan 8 əsərdən ibarət "Pyeslər məcmuəsi" 2016-cı ildə çapdan çıxmışdır[29].

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında 2017 və 2018-ci illərin aprel–may aylarında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və 95-ci ildönümünə həsr olunmuş ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalının münsiflər heyətinin tərkibində fəaliyyət göstərmişdir. VIII beynəlxalq "Jazz günü" çərçivəsində 6–8 may tarixlərində keçirilən I Beynəlxalq Jazz Festivalı və elmi — yaradıcılıq konfransında "Tarda ənənəvi harmonik jazz standartları təqdim edən ilk ifaçı[30] – Arslan Növrəsli və onun müasir interpretasiya üslubu" adlı təqdimat onun bu yoldakı əməyinin elmi –təcrübi tərəfdən işıqlandırılmasına əsaslanmışdır. The European Azerbaijan Society `nin təşkilatçılığı ilə 2015-ci ildə Paris və Londonda "Justice for Khojaly " kampaniyasi çərçivəsində Xocalı faciəsi qurbanlarının anım günü ilə bağlı keçirilmiş İngiltərənin beynəlxalq musiqiçi — qadınlardan ibarət məşhur kamera orkestri "FeMusa" ilə konsertlərdə iştirak etmişdir. 2021-ci ilin avqust ayından müəllimlik fəaliyyəti ilə yanaşı, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi hərbi orkestrinin solisti olaraq əmək fəaliyyətini davam etdirir. Azərbaycan musiqisinin təbliği məqsədi ilə yaranmış olan "Legend of fire" ansamblının solisti, saysız konsertlərin daimi iştirakçısıdır. Böyük solo layihələrindən 2011-ci ildə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Bakı Muğam Mərkəzində Azərbaycan –İsveçrə forumu çərçivəsində "Tar project ", 2012-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında — "Tar with Arslan Novrasli" , Bakı Jazz Festivalı 2014-də "The first time in jazz ", Londonun Central Hall Westminster adlı zalında solo – "Discovering the tar with Arslan Novrasli" , 2015-ci ildə IV Beynəlxalq Muğam Festivalı çərçivəsində, Bakı Jazz Mərkəzində jazz qrupu ilə birgə solo konserti, 2016-cı ildə Ukraynanın bir sıra şəhərlərində keçirilən "Solo tar –Arslan Növrəsli ilə" konsertlər silsiləsi[31], 2018-ci ildə İstanbulda "Azərbaycan musiqi festivalı" çərçivəsində "Sən də Azərbaycanı gör" şüarı altında keçirilən xeyriyyə məqsədli ethno –jazz repertuarlı solo konserti[32], 2018 və 2019-cu illərdə Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 101 illiyi münasibətilə Ethno Jazz Band`lə solo konsertləri, XII Qəbələ musiqi Festivalındakı çıxışı[33], 2022-ci ildə "Expo 2022 Dubai" sərgisinin Azərbaycan pavilionunda solo konserti, Vaşinqtonda, The Kennedy Center`də "The Voice of Orchid" adlı xeyriyyə konsertini, V Xarıbülbül Festivalı çərçiəsində Cıdır düzündə keçirilən ethno jazz band`i ilə solo layihəni, 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda 27 xalqın 170000 nümayəndəsinin iştirakı ilə keçirilən VII Hun –Türk Festivalında çıxışı göstərmək lazımdır. Arslan Növrəsli Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Cultural Network House" Assosiasiyasının və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə əməkdaşlığı ilə sənətçi dostlarla Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi layihəsində iştirak etmişdir[34].[35]

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən və Şuşa mədəniyyətinin dirçəlişi məqsədi daşıyan "Şuşa söhbətləri" ("Shusha talks") layihəsinə Arslan Növrəsli[36] dəvət almışdır.[37]

2023 -cü ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Respublikanın bir çox ali məktəblərini əhatə edən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının münsiflər heyətinə daxil edilib.[38], [39],[40], [41], [42], [43]

22 aprel 2023 -cü ildə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində tarzən Arslan Növrəslinin ethno –jazz qrupu ilə birgə konserti keçirilmişdir. Repertuara dünya jazz ifaçılığı tarixinin tanınmış standartları ilə yanaşı, xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları üzərində interpretasiyalar təqdim edilmişdir. [44], [45], [46]

2023 -cü ilin aprel -may aylarında Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının münsiflər heyətinə daxil edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Arslan Növrəslinin Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası, Azərbaycan Evi (Helsinki, Finlandiya), Azər -Türk Gənclər Təşkilatının birgə təşkilatçılığilə konserti keçirilmişdir. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, xalq mahnıları və muğamlar, eyni zamanda xarici bəstəkarların da əsərləri səslənmişdir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən növbəti konsert Belçikanın paytaxtı Brüsseldə keçirilmişdir. Tədbir dünyanın tanınmış konsert salonlarından olan Bozar Сentre for Fine Arts`da böyük uğurla baş tutmuşdur. Tarzən A.Növrəsli Baku Chamber Orchestra`nın müşayiəti (dirijor: Fərhad Qarayusifli) ilə klassik repertuar təqdim etmişdir.

26 may 2023 -cü ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikasının Çindəki səfirliyinin təşkilatçılığı ilə 28 may Müstəqillik gününə həsr olunan Rəsmi qəbul çərçivəsində Konsert proqramı ilə çıxış etmişdir. Yüksək səviyyədə keçirilən konsert böyük maraq və əks -sədaya səbəb olmuşdur.

23 iyun tarixində II Bakı Piano Festivalı çərçivəsində Nijat Aslanov və jazz qrupla birgə konserti baş tutmuşdur.

25 avqust 2023 –cü il tarixində Həştərxan vilayətində “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə Beynəlxalq Xəzər Festivalı çərçivəsində keçirilən “Azərbaycan günü”ndə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizi tarzən Arslan Növrəsli və onun ethno –jazz qrupu böyük uğurla təmsil etmişdir. Festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevirilmək məqsədi daşıyır. Azərbaycan tar ifaçılıq sənəti və repertuarına çoxsaylı yeniliklər bəxş edən, tarda ilk dəfə harmonik jazz standartları təqdim etmiş Arslan Növrəslinin Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti böyük tamaşaçı kütləsinin rəğbət və ehtiramı ilə qarşılandı. Repertuara daxil edilən nömrələr həm klassik jazz standartları, həm Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət idi. Gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı oldu ki, bu da Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunması ilə əlaqədar A.Növrəsli tərəfindən düşünülərək repertuara daxil edilmişdi. Ethno –jazz qrupunun üzvləri: Arslan Növrəsli, Nicat Aslanov, Səlim Məmmədov, Həsən Bilalov.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ARSLAN NÖVRƏSLİ". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  2. A. F. Növrəsli. Tarda ənənəvi harmonik jazz standartları təqdim edən ilk ifaçı Arslan Növrəsli və onun müasir interpretasiya üslubu // Mədəniyyət jurnalı. — 2020. — Т. 500, sentyabr-oktyabr. — səh. 42 −45.
  3. Mirzə Ələsgər Növrəs. Şeirlər. Bakı, Yazıçı, 1985.-səh.5 −8
  4. N. Növrəsli. Miras. Bakı, Adiloğlu, 2008. 320 səh
  5. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  6. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. 3 cilddə. II cild. Avrasiya Press. Bakı −2005, səh.178
  7. Kərimov, R. Ş. "XIX əsr Qarabağ şairlərinin şeir antologiyası"ndan: [şair Mirzə Ələsgər Növrəsin yaradıcılığı haqqında] //525-ci qəzet.-2022.-25 noyabr.- S.15.[1]Arxivləşdirilib 2023-04-22 at the Wayback Machine Leyla Sarabi. Arslan Növrəsli ilə Müsahibə.
  8. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  9. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  10. "Arxivlənmiş surət" (PDF). 2023-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-22.
  11. "Arxivlənmiş surət". 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  12. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  13. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  14. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  15. "Arxivlənmiş surət". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  16. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  17. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  18. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  19. "Arxivlənmiş surət". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  20. "Arxivlənmiş surət". 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  21. https://itchf.org/2017/07/03/astana-arkau-enenevi-turk-musiqisi-festivali-kecirildi/[ölü keçid]
  22. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  23. "Qəbələdə musiqi ziyafəti". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  24. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  25. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  26. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  27. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  28. "Arxivlənmiş surət". 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  29. Pyeslər məcmuəsi /Azərbaycan və Avropa bəstəkarlarının əsərləri. Tar və fortepiano üçün işləyəni Arslan Növrəsli. Bakı, Ecoprint, 2016, səh.96
  30. A. F. Növrəsli. Tarda ənənəvi harmonik jazz standartları təqdim edən ilk ifaçı Arslan Növrəsli və onun müasir interpretasiya üslubu // Mədəniyyət jurnalı. — 2020. — Т. 500, sentyabr-oktyabr. — səh. 42 −45.
  31. ""Tar Arslan Növrəsli ilə" adlı layihə təqdim ediləcək — Fotolar". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  32. "Arslan Növrəsli növbəti dəfə konsert verəcək". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  33. "Arxivlənmiş surət". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  34. "Azərbaycan sənətçilərinin Ankarada ustad dərsi və konserti". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  35. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  36. A. F. Növrəsli. Tarixi ənənələrə qayıdış // Mədəniyyət jurnalı. — 2022. — Т. 500, iyul-avqust. — səh. 38 −43.
  37. "Arxivlənmiş surət". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  38. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  39. "Arxivlənmiş surət". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  40. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  41. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  42. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  43. "Arxivlənmiş surət". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  44. https://azertag.az/xeber/Tarzen_Arslan_Novresli_Xachmazda_etno_caz_qrupu_ile_birge_konsert_verib-2583929
  45. https://shimal.news/2023/04/21/xacmazda-sabah-caz-konserti-var/
  46. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Arslan Növrəsli Youtube səhifəsi