Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.no
.no — Norveçin internet kodu. == Xarici keçidlər == ".no eller aldri..." (PDF) (Norwegian). Norwegian Post and Telecommunications Authority. 21 March 2002. 24 September 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 September 2012.
No
No (yap. 能) və ya Noqaku (能楽, Nōgaku) — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır. No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib. Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir. 1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir. Nonu meydana gətirən üç ana ünsür vardır; Mai = Rəqslər Hayaşi = Musiqi Utai = Sözlər Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
No Romeo No Juliet
No Romeo No Juliet — Amerikalı reper 50 Cent tərəfindən ifa edilmiş mahnıdır.
No Doubt
No Doubt Kaliforniyanın Anaheim şəhərində yaradılmış Amerika rok qrupudur. Ska-pop qrupunun ilk albomu No Doubt, öz dövründə grunge hərəkatının yayılması səbəbindən uğurlu alınmadı. Qrupun almaz sertifikatlı albomu Tragic Kingdom, 1990-cı illərdə skaya geri dönüşündə rol oynadı və albomdan üçüncü sinql olan "Don't Speak" on altı həftə ərzində Billboard Hot 100 Airplay-də bir nömrəli yer tutdu. Qrup dörd il sonra növbəti albomu Return of Saturn-u buraxdı, lakin müsbət rəylərə baxmayaraq, albom kommersiya uğuru qazanmadı. On beş aylıq fasilədən sonra qrup reggi və dancehall musiqisini özündə birləşdirən Rock Steady ilə geri qayıdır. Albom ilk olaraq Yamaykada qeydə alınıb və yamaykalı rəssamlar Bounty Killer, Sly və Robbie və Lady Saw ilə işləmək üçün təqdim olunub. Albom "Hey Baby" və "Underneath It All" mahnılarına görə iki Grammy mükafatı qazandı. No Doubt kompilyasiya albomu The Singles 1992-2003 və qutu dəsti Boom Box 2003-cü ildə buraxıldı, hər ikisi Talk Talk-un "It's My Life" sintpop mahnısının cover versiyasını təqdim etdi. Aparıcı müğənni Gwen Stefani növbəti il ​​solo karyerasına başladı, qrup yoldaşı Tony Kanal, Neptun və onun yan layihəsi olan Invincible Overlord-a başlayan Tom Dumont ilə əməkdaşlıq etdi. Karyerası ərzində qrup iki Grammy mükafatı qazandı və dünya üzrə 27 milyon albom satdı.[1] Qrup 2009-cu ilin yayında milli turneyə çıxdı.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Ao no Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. == Məzmun == Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Ame-no-Vakahiko
Ame-no-Vakahiko (天若日子, azərb. Cənnətin gənc oğlu‎) – Yaponiya mifologiyasında buğda tanrısı. Şintoizmə görə Ama-tu-Kunitamanın oğludur və itaətsizliyi ilə tanınır. Cənnətdən ona verilmiş əmrləri yerinə yetirməməsi onun ölümünə səbəb olmuşdur. Xəyanətinin səbəbi Yaponiya torpaqlarını tanrıların yaşadığı yerdən üstün tutmasıdır. == Mifologiya == "Kociki" xronikalarına görə günəş tanrısı Amaterasu Yer üzündə yerləşən Bərəkətli Qamışlıq Düzənlikləri Torpaqlarındakı xaosa görə çətin vəziyyətə düşür. Ərazi zəhlətökən milçəklərlə, qayalarla və ağac kötükləri ilə dolu idi və heç bir tanrı tərəfindən idarə olunmurdu. Buna görə də Amaterasu nəvəsi Niqini-no-Mikotonun ərazinin idarəçisi olmasına qərar verir, lakin əvvəlcə ərazini dəyərləndirməsi, yol hazırlaması və hesabat göndərməsi üçün ora qəhrəman tanrı göndərməyə qərar verir. Bunun üçün əraziyə Ame-no-Hohi və onunla birlikdə yer tanrısı Opo-Kuni-Nusino da göndərilir. Lakin o, heç vaxt cənnətə hesabatını göndərmir.
Chanel No.5
Chanel No.5 - məşhur Chanel markasının ətiri, 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılmışdır. == Tarixi == Deyilənə görə, Koko Şanel cənab Ernest Bodan "Qadın ətrinin gələ biləcəyi, süni qadın ətrini" yaratmasını xahiş eləmişdir. Chanelin ilk ətirini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) - aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdır. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətir təqdim edir, lakin Koko Şanel bunlardan beçincini seçir və buradan şedevrin adı yaranmışdır. "Beş" Koko Şanelin sevimli rəqəmi idi. Chanel No.5 aşağıdakı ətriyyat notlarından ibarətdir: Yuxarı notlar: aldeqidlər, nerollar, ilan-ilanq, berqamot, limon Ürəyin notları: iris, bənövşə kökü, jasmin (çiçək), inciçiçəyi, qızılgül Əsas notlar: ətir, səndəl ağacı, paçuli, müşk, viverra, vanil, palıd mamırı, vetiver Ətirin təkcə özü inqilabi deyildi, onun təqdimatı da inqilabi olmuşdur. İndiyə qədər fabrikantlar, onlardan ən məşhuru olan Rene Lalik bu ətirin flakonlarını hazırlamaq üçün ən müxtəlif formalar və ən əcaib ornamentlərlə təkmilləşdirməyə çalışmışlar. Bu cür flakonların hazırlanması fikrinə əks çıxan Şanel asketizm və sadəlik ideyasını dəstəkləyərək, içərisində qızılı məhlul olan parallelepiped formasında olan sadə flakon ideyasını təklif etmişdi. Onu bəzəməyin yeganə izləri 1924-cü ilə adi edilir.
Dareka no Manazashi
Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı‎) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir. Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur.
Doktor No (film)
Həkim Nou (ing. Dr. No) — 1962-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. "Doktor No" filmi 1962-ci ildə "EON productions" studiyasinası tərəfindən çəkilmişdir. Bu film Ceyms Bond qəhrəman tipinin çəkildiyi ilk filmdir. Film Böyük Britaniyada çəkilmişdir. Filmin büdcəsi 1 milyon dollar olmuşdur. Filmin gəliri isə 59.6 milyon dollar təşkil etmişdir. Filmin rejissoru Terens Yanq, Ceyms Bond rolunun ifaçısı Şon Konneri olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Doktor No — Internet Movie Database saytında.
Fucivara no Kamatari
Fucivara no Kamatari (藤原 鎌足, 614[…] – 14 noyabr 669) – Asuka dövründə yaşamış yapon siyasətçi, Fucivara klanının qurucusu. Onun qurduğu klan əsrlər boyunca Yaponiya imperatorluq sarayında öz təsirini qorumuşdur. Tayka islahatının keçirilməsində vacib rol oynamış, Yaponiyada mərkəzi dövlətin qurulmasında iştirak etmişdir. == Həyatı == Əsl soyadı Nakatomi, adı isə Kamako olmuşdur. Mənsub olduğu Nakatomi klanı əslində şintoizm rahibliyi funksiyalarından məsul idi. Kamatari Monobe klanı ilə birlikdə buddizmin Yaponiyada yayılmasına qarşı çıxmış və buddizmin böyük dəstəkçisi olan Soqa klanı ilə mübarizə aparmışdır. Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) ilə birlik olan Kamatari sarayda güclü nüfuza malik olan Soqa no İruka və Soqa no Emişini öldürmək planı qurmuşdur. 645-ci ildə Koreya nümayəndəliyini qəbul etmələrindən faydalanan Şahzadə Nakano Oe və Kamatari İruka ilə Emişini öldürmüşdürlər. Həmin il İmperator Kotoku taxta çıxmış və Kamatarini daxili işlər naziri təyin etmişdir. Kamatari bu vəzifədən istifadə edərək ölkədə Tayka islahatını keçirmişdir.
Fucivara no Sadanaqa
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Ganba no Boken
Ganba no Bōken (yap. ガンバの冒険, azərb. Qanbanın macəraları‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı. == Həmçinin bax == Osamu Dezaki Chodenji Robo Combattler V == Xarici keçidlər == Ganba no Boken — Internet Movie Database saytında.
Gre-No-Li
Gre-No-Li — Isveçdən olan üç futbolçunun ləqəbi, onların soy adlarının ilk hərflərindən düzəldilibː Qunnar Gren, Qunnar Nordal və Nils Lidholm. Onları 1950-ci illərdə İsveç milli futbol komandası və İtaliyanın Milan klubunda çıxış edərkən belə adlandırırdılar. == Tarixi == Üçlük Londonda keçirilən 1948 Yay Olimpiya Oyunlarında İsveçə qızıl medal qazandırmışdır. Bu uğurdan sonra oyunçuların üçü də Milan komandasına transfer olmuşdur və 1949-50 mövsümdə Milan komandası 38 oyuna 71 qol vura bilmişdir (Qren və Lidholm 18, Nordal isə 16 qol vurmuşdular). 1950-1951 sezonu bu oyunçuların ən uğurlu mövsümü sayılır, çünki onlar Skudettonu qazanmışdılar. Lidholm və Nordal bu titulu həmçinin 1955 ildə də qazana bilmişdilər, Lidholm, Qren və Nordal klubu tərk etdikdən sonra daha iki dəfə İtaliya çempionatının qalibi olmuşdular. Nordal üçün İtaliya xüsusilə uğurlu oldu, çünki o, 1949-1955-ci illərdə keçirilən altı mövsümün beşində ən yaxşı bombardiri olmuşdur. Gre-No-Li 1953-cü ildə Qunnar Qrenin Fiorentinaya keçidindən sonra dağılmışdır.
Kakinomoto no Hitomaro
Kakinomoto no Hitomaro (柿本 人麻呂 və ya 柿本 人麿; d. 653–655 – ö. 707–710) — Yaponiyanın vaka şairi və Asuka dövrünün aristokratı; Şeirləri ən qədim vaka antologiyası hesab edilən "Manyoşu"ya daxil edilən ən məşhur şairlərdən biri. İmperial poetik antologiyaya (Kokin Vakaşu) əsərləri daxil edilib. Onun adı, həmçinin, Yaponiyanın "36 ölməz şair" siyahısına daxildir. == Haqqında == Yaponiyanın ilk böyük şairi Hitomaro VIII əsrin ikinci yarısında yaşamış, IX əsrin əvvəllərində vəfat etmişdir. Onun həyatı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bu məlumat var ki, o, sarayda kiçik bir vəzifədə olub və ömrünün son günlərini paytaxtdan uzaq olan bir kənddə keçirmişdir. Hitomaro özünün adaları və elegiyaları ilə məşhur olmuşdur. Naqauta janrının ən istedadlı ustası olmuşdur. Onun qısa nəğmələri xüsusilə sənətkarlıqla yazılıb. Saray şairi olan Hitomaro öz odalarında imperatorların şəxsi ləyaqətlərini yox, öz ölkəsinin böyüklüyünü və gözəlliklərini tərənnüm etmişdir.
Kamo no Çoumei
Kamo no Çoumei (yaponca: 鴨 長明, 1155[…], Heyan-kyo[d] – 1216[…], Toyama və ya Heyan-kyo[d]) — ədib, musiqiçi, poetik, Akademiyanın üzvü. == Haqqında == XII əsrin sonu və XIV əsrin ortaları ilk syuequn dövlətçiliyinin epoxasıdır. Yeni rejimin paytaxtı kimi Kamakura şəhəri ilə bağlı olduğuna görə bu dövrü adətən Kamakura dövrü adlandırırlar. Bu dövrdə Çoumei adlı bir müəllif meydana çıxdı. O, doğma Şinto dininin qədim məbədi ətrafında qruplaşan adamların nümayəndəsi idi. Onu Kamo-no Çoumei adlandırırdılar. Bu adamın həyatı qaranlıq olaraq qalır. Kamo no Çoumei 1154–1216-cı illər arasında yaşamışdır və o zaman haqqında da bizim etibarlı mənbələrimiz yoxdur. O, tanınmış nəslə mənsub idi, atası Kamo məbədinin xidmətçilərindən idi. Nənəsi sarayda qulluq eləmişdi.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945[…], Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. == Həyatı == Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kotonoha no Niwa
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Makura no Danshi
Makura no Danshi (枕男子, ədəb. "Yastıq oğlanlar") — Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb. == Fərziyyə == Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır. == Personajlar == Mari/Merri (めりぃ, Merii, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
Sakamichi no Apollon
Kids on the Slope (yap. 坂道のアポロン Sakamichi no Aporon, azərb. Apollon yamacda‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Serial noitaminA bloku çərçivəsində Fuji Tv-də nümayiş olunmuşdu. == Məzmun == Hadisə 1966-ci ildə baş verir. Baş qəhrəman Kaoru Nişima paytaxt prefektura Kanaqavaya aid olan Yokosuka şəhərindən Naqasaki prefekturasında yerləşən Sasebo şəhərinə köçür. Kaoru həm daha isti iqlimə, həm də yeni məktəbdə onu gözlədiyi mühitə öyrəşməlidir. Yerli qeyri-formal Sentaro Kavabuçi ilə ünsiyyət qurduğdan sonra hər ikisinin musiqiyə marağı olduğu məlum olundu. Beləliklə, o, zərb alətlərində çalan Sentaro və ailəsinin studiya kimi istifadə oluna biləcək böyük zirzəmili musiqi alətləri dükanı olan sinifkomu Ritsuka ilə tanış olur. Bundan öncə yalnız klassik üslubda ifa edən Kaoru caza da marağının peyda olunduğunu görür.
Sangatsu no Lion
March Comes in like a Lion (azərb. Mart şir kimi gəlir‎), Yaponiyada tanınan adı ilə Sangatsu no Lion və ya 3-gatsu no Lion (3月のライオン, Sangatsu no Raion, azərb. Mart şiri‎) — Çika Uminonun yaratdığı manqa. Hakusensha nəşriyyatının Young Animal seynen jurnalında 2007-ci ilin iyul ayından bu günə kimi çap olunur. 2009-cu ildə Manqa Tayşö mükafatına nominasiya olunub və 2011-ci ildə həmin mükafatı qazandı. Həmin il Kodansha nəşriyyatının "Ümumi" kateqoriyasındaki mükafatına layiq olundu. Manqanın anime adaptasiyası 8 oktyabr 2016-cı ildən 18 mart 2017-ci ilə qədər NHK kanalında yayımlanmağa başlayıb, ikinci mövsüm 2017-ci ilin oktyabr ayından yayımlanacaq. == Məzmun == Hekayə Tokioda baş tutur. Baş qəhrəman 17 yaşlı Rey Kiriyama (桐山 零) peşəkar şogi oyunçusudur. Valideynləri və bacısı dünyalarını dəyişdirdiyi avtomobil qəzasından sonra atasının dostu Koda onu ailəsinə qəbul edir və şogi oynamağı öyrədir.
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
"Nobel" sülh mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 noyabr
10 noyabr — Qriqorian təqvimində ilin 314-cü günü. (uzun ildə 315-ci) Bu tarixdə ilin sonuna 51 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalanmışdır.
11 noyabr
11 noyabr — Qriqorian təqvimində ilin 315-ci günü. (uzun ildə 316-cı) Bu tarixdə ilin sonuna 50 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1889 — Vaşinqton ABŞ-nin 42-ci ştatı olub. === 1901–cari === 1975 — Anqola müstəqil olmuşdur. 2020 — Vanuatuda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan və Qambiya arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Azərbaycan və Ekvatorial Qvineya arasında diplomatik əlaqələr qurulmuşdur.
12 noyabr
12 noyabr — Qriqorian təqvimində ilin 316-cı günü. (uzun ildə 317-ci) Bu tarixdə ilin sonuna 49 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1954 — Ellis adası fəaliyyətini dayandırıb. === Azərbaycana aid hadisələr === 1995 — Azərbaycanda Parlament seçkiləri keçirilib. 1997 — İlk neft Azərbaycanın Çıraq neft yatağından Supsaya göndərilir. 2014 — Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopteri vurmuşdur.
13 noyabr
13 noyabr — Qriqorian təqvimində ilin 317-ci günü. (uzun ildə 318-ci) Bu tarixdə ilin sonuna 48 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1994 — İsveçdə keçirilən referendumda seçicilər Avropa Birliyinə üzv olmaq qərarına gəliblər. 2015 — İŞİD terrorçuları Parisdə intiharçı partlayışlar, kütləvi atışmalar və girov böhranı da daxil olmaqla bir sıra koordinasiyalı terror aktları törədib.
14 noyabr
14 noyabr — Qriqorian təqvimində ilin 318-ci günü. (uzun ildə 319-cu) Bu tarixdə ilin sonuna 47 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1851 — Herman Melvillin "Mobi Dik" əsəri ABŞ-də nəşr olunub. 1889 — Jurnalist Nelli Blay 80 gündən az müddətdə dünyanı səyahət etmək üçün uğurlu cəhdə başlayır. O, səyahəti 72 günə tamamlayır.
15 noyabr
15 noyabr — Qriqorian təqvimində ilin 319-cu günü. (uzun ildə 320-ci) Bu tarixdə ilin sonuna 46 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1920 — Cenevrədə Millətlər İttifaqının ilk iclası keçirilib. 1938 — Üçüncü Reyx Büllur gecə hadisəsindən sonra yəhudi uşaqlarını dövlət məktəblərində oxumağı qadağan edib. 2001 — Microsoft Xbox oyun konsolunu təqdim edib. 2006 — Al Jazeera English təsis edilib. 2013 — Sony PlayStation 4 (PS4) oyun konsolunu təqdim edib. === Azərbaycana aid hadisələr === 1999 — Lider Jazz FM radio kanalı təsis edilib.
16 noyabr
16 noyabr — Qriqorian təqvimində ilin 320-ci günü. (uzun ildə 321-ci) Bu tarixdə ilin sonuna 45 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1907 — Oklahoma ABŞ-nin 46-cı ştatı olub. 1938 — LSD ilk dəfə Albert Hofmann tərəfindən Bazeldəki Sandoz Laboratoriyalarında erqotamindən sintez edilmişdir. 1940 — Holokost: İşğal olunmuş Polşada nasistlər Varşava gettosunu ətrafdan bağlayırlar. 1945 — UNESCO təsis olunub. 1988 — Estoniya Sovet Sosialist Respublikasının Ali Soveti Estoniyanın "suveren" olduğunu bəyan edir, lakin müstəqilliyini elan etmir. === Azərbaycana aid hadisələr === 1994 — Azərbaycan və Əfqanıstan arasında diplomatik əlaqələr qurulmuşdur. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
16 noyabr hadisələri
16 noyabr hadisələri — 2021-ci 16 noyabr saat 11.00–18.00-a qədər Laçın–Kəlbəcər rayonu təmas xəttində baş vermiş Azərbaycan–Ermənistan arasında anti-terror əməliyyatı. Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan Respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçmişdir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid, 10 hərbi qulluqçusu isə yaralanmışdır. == Hadisə == == Nəticə == Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında 16 noyabr saat 18.00-dan etibarən atəşkəs elan edilib. Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirdi. Ermənistanda etirazlar başladı. Əhali Nikol Paşinyanı istefaya çağırır. Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb. == Reaksiyalar == Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. Onlar Azərbaycan–Ermənistan təmas xəttində baş verən gərginlikdən danışıblar.
17 noyabr
17 noyabr — Qriqorian təqvimində ilin 321-ci günü. (uzun ildə 322-ci) Bu tarixdə ilin sonuna 44 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1869 — Misirdə Aralıq dənizini Qırmızı dənizlə birləşdirən Süveyş kanalının açılışı olub. === 1901–cari === 1929 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1989 — Soyuq müharibə: Məxməri inqilab başlayır: Praqada tələbə nümayişi çevik qüvvələr tərəfindən yatırılır. Bu, kommunist hökumətini devirməyə yönəlmiş üsyana səbəb olur (üsyan dekabrın 29-da uğur qazanır). 2003 — Aktyor Arnold Şvartseneggerin Kaliforniya qubernatoru kimi fəaliyyəti başlayıb. === Azərbaycana aid hadisələr === 1959 — Şamaxı Astrofizika Rəsədxanası təsis edilib. 1988 — Şuşada Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Bakının Lenin meydanında kütləvi etiraz aksiyasi keçirilmişdir.
18 noyabr
18 noyabr — Qriqorian təqvimində ilin 322-ci günü. (uzun ildə 323-cü) Bu tarixdə ilin sonuna 43 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1883 — ABŞ və Kanada dəmir yolları minlərlə yerli vaxtın çaşqınlığına son qoyaraq beş standart kontinental saat qurşağı təsis edib. === 1901–cari === 1963 — İlk düyməli telefon fəaliyyətə verilib. 2020 — Samoada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — Azərbaycan və Zambiya arasında diplomatik əlaqələr qurulmuşdur.
1994 Nortrid zəlzələsi
1994 Nortrid zəlzələsi ― 17 yanvar 1994 tarixində Sakit standart saatı ilə yerli vaxtla saat 04:31-də Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los Anceles şəhərində meydana gələn zəlzələ. Zəlzələnin San Fernando Vadisində ki Nortrid bölgəsində sıx olmasından dolayı və həmçinin KİV-in bu adı istifadə etməsindən dolayı Nortrid Zəlzələsi olaraq adlandırılır. Zəlzələnin əsas episentri Resedada olub. 10-20 saniyə aralığında davam edən zəlzələnin moment maqnitudu 6,7 bal gücündə olub. Zəlzələdə ölçülən 1,7g-lik (16,7 m/s2) güclü yer sarsıntısının dəyəri Şimali Amerikanın yaşayış yerlərində o günə qədər ölçülmüş ən yüksək dəyər olmuşdur . Zəlzələnin episentri 360 km (220 mil) uzaqlıqda olan Las Veqasdada hiss edilib. Rinaldi stansiyasında qeydə alınan 183 sm/s-lik (6.59 km/saat və ya 4.09 mil/saat) o günə qədər qeydə alınan ən sürətli pik yer sürəti (PGV) dəyəridir. Zəlzələdə 57 nəfər ölmüş, 8700-dən çox insan yaralanmışdır. Təxminən $20 milyard dollar zərərə səbəb olan zəlzələ, o günə qədər ABŞ tarixinin ən çox maddi zərərə səbəb olan təbii fəlakətlərdən biridir. == Zəlzələnin episentri == Zəlzələ Los Anceles şəhər mərkəzindən 31 km (20 mil) şimal-qərbdə, Nortrid bölgəsi yaxınlığında San Fernando Vadisində baş verdi.
19 noyabr
19 noyabr — Qriqorian təqvimində ilin 323-cü günü. (uzun ildə 324-cü) Bu tarixdə ilin sonuna 42 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1969 — Braziliya futbolçusu Pele 1000-ci qolunu vurmuşdur. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Kot-d'İvuar arasında diplomatik əlaqələr qurulmuşdur.
1 noyabr
1 noyabr — Qriqorian təqvimində ilin 305-ci günü. (uzun ildə 306-cı) Bu tarixdə ilin sonuna 60 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 oktyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1926 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1993 — Maastrixt sazişi qüvvəyə minir və rəsmi olaraq Avropa İttifaqını təsis edir. 1996 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1906 — "Füyuzat" jurnalı ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Qvatemala arasında diplomatik əlaqələr qurulmuşdur. 2015 — Azərbaycanda Parlament seçkiləri keçirilib. 2017 — "Metafizika" jurnalı təsdiq edilib.
2014-cü il noyabr ayında vəfat edənlər
=== 28 noyabr === Chespirito — 85 yaşında vəfat edib. === 19 noyabr === Həbibə Qasımova — 92 yaşında Bakı şəhərində vəfat edib.
2015-ci il noyabr ayında vəfat edənlər
=== 27 noyabr === Tofiq Hacıyev — 79 yaşında vəfat edib. === 26 noyabr === İsmayıl Tağıyev — 38 yaşında vəfat edib. Vüqar Nəsibov — 40 yaşında vəfat edib. === 13 noyabr === Marton Fülop — 32 yaşında vəfat edib. === 3 noyabr === Əhməd Çələbi — 71 yaşında vəfat edib.
2016-cı il noyabr ayında vəfat edənlər
=== 26 noyabr === Fidel Kastro — 90 yaşında vəfat edib. === 20 noyabr === Konstantinos Stefanopulos — 90 yaşında vəfat edib. === 16 noyabr === Fikrət Sadıq — 86 yaşında vəfat edib. === 1 noyabr === Taleh Həmid — 65 yaşında vəfat edib.
2018-ci il noyabr ayında vəfat edənlər
2018-ci il noyabr ayında vəfat edənlərin siyahısı.
20 Noyabr
20 noyabr — Qriqorian təqvimində ilin 324-cü günü. (uzun ildə 325-ci) Bu tarixdə ilin sonuna 41 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 284 — Diokletian Roma imperatoru seçilib. === 1601–1900 === === 1901–cari === 1985 — Microsoft tərəfindən hazırlanmış ilk qrafik fərdi kompüter əməliyyat sistemi olan Microsoft Windows 1.0 buraxılıb. === Azərbaycana aid hadisələr === 1975 — Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb. 1991 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus hərbi helikopter Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub. 1995 — Azərbaycan və Litva arasında diplomatik əlaqələr qurulmuşdur. 1998 — Azərbaycan Fotoqraflar Birliyi təsis edilib. 2020 — Ağdam rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılmışdır.
21 Noyabr
21 noyabr — Qriqorian təqvimində ilin 325-ci günü. (uzun ildə 326-cı) Bu tarixdə ilin sonuna 40 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1789 — Şimali Karolina ABŞ-nin 12-ci ştatı olub. === 1901–cari === 1962 — Çin Xalq Azadlıq Ordusu Çin-Hindistan sərhəd müharibəsində birtərəfli atəşkəs elan edib. 1965 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1957 — Neft Daşlarında qasırğa zamanı 21 nəfər həlak olmuşdur. 1992 — Yeni Azərbaycan Partiyası təsis edilib.
25 noyabr
25 noyabr — Qriqorian təqvimində ilin 329-cu günü. (uzun ildə 330-cu) Bu tarixdə ilin sonuna 36 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1487 — Yorklu Elizabet İngiltərə kraliçası olaraq taclanıb. === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1667 — Şamaxıda 80000 nəfərin həlak olduğu zəlzələ baş vermişdir. 1910 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab" operasının premyerası keçirilmişdir. 1983 — Ağdam şəhərində Çörək muzeyi açılmışdır. 2020 — Kəlbəcər rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılmışdır.
Kimi no Na wa.
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Co Nq
Co Nq (15 noyabr 1963) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Co Nq Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Co Nq Kanadanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Co Nq Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!