Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . == Bioqrafiyası == 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Nuray Hafiftaş
Nuray Hafiftaş — (2 noyabr 1962, Çıldır, Qars ili – 14 fevral 2018, İstanbul), Azərbaycan əsilli Türkiyə xalq musiqisi sənətkarı və bəstəkarıdır. == Həyat və fəaliyyəti == Nuray Hafiftaş 2 noyabr 1962-cü ildə Çıldırda doğulub. İTU Dövlət Konservatoriyasını bitirdikdən sonra İstanbul Bələdiyyə Konservatoriyasının İcra Heyətində 4 il dövlət sənətçisi olaraq işləyib. Eyni illərdə İstanbul Radiosunda da işləyib. İndiyə qədər bir çox albom çıxaran sənətçinin 100-dən çox söz və bəstəsi özünə aid olan əsərləri var. Bunlardan "Ayrılık Nikahı", "Yalan Dünya" və "İsyan Ediyorum"u müğənni Kibariye, "Hasret" ve "Gurbet"i isə İzzet Yıldızhan oxuyub. Sənətçinin son albomuna isə özünə aid "Be Hey Gafil" və "Yavrular" adlı iki bəstəsi də daxildir. "Star Production"ın təsiri ilə bazara çıxan "Yazı Bir Dert Kışı Bir Dert" adlı son albomunun prodüserliyini Yusuf Savaş öz üzərinə götürüb. 12 əsərdən ibarət olan bu albom təxmini dörd il sonra çıxıb. Bir müddətdir xərçəngdən müalicə olunan sənətkar 14 fevral 2018-ci ildə dünyasını dəyişib.
Nuray Məhərov
Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi. İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır. == Həyat və yaradıcılığı == Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur. 2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir. 2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir. 2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür. 2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Digər Nurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Nurlat
Nurlat (tatar. Нурлат; rus. Нурлат) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Şurtan
Aşağı Şurtan
Kurtaj
Kurtaj (fr. courtage, ing. courtage) — komissiya. == Mənası == Birja işində birja əməliyyatlarında vasitəçiyə görə birja dəllalının və ya birja brokerinin aldığı mükafat. Dəyər bağlanmış alqı-satqı əməliyyatının həcminin 1000 payı ilə hesablanır və malı həm satıcı, həm də alıcı tərəfindən brokerə ödənilir. Təchizat qiymətli kağızların növünə görə (dövlət qiymətli kağızları, digər istiqrazlar, dividendli qiymətli kağızlar) və bazar dəyərindən və ya əməliyyatların növündən asılı olaraq fərqləndirilir. Pulsuz brokerlər üçün sabit dərəcələr müəyyən edilmir. Banklar brokerə ödənilən haqqı müştəriyə verilən qaimə-fakturaya daxil edirlər. Sığorta işində sığorta brokerinin sığortaçı üçün təşkil edilmiş əməliyyata görə aldığı mükafat. Vasitəçinin aralarında müqavilə bağlamaq üçün 2 tərəf arasında əlaqə qurduğu, bunun üçün müqavilənin icrasından asılı olmayan bir mükafat aldığı müqavilə.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Nuran
Nuran (Ağsu)
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Aşağı Şurtan
Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir. == Əhalisi == 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.
Dirili Surxay
Dirili Surxay (1902-1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı оğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul оlub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yоllarda ayaq döyüb, qоyun-quzu оtarıb. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еtdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Sinta Nuriya
Sinta Nuriya Vahid (həmçinin Sinta Vahid, 8 mart 1948) keçmiş İndoneziya prezidenti Abdurrahman Vahidin dul qadınıdır. 1999-cu ildən 2001-ci ilədək İndoneziyanın birinci xanımı idi. Sinta 1948-ci ildə Combanq inzibati ərazisində 18 uşağın ən böyük qızı olaraq dünyaya gəldi. 13 yaşındaykən İslam internat məktəbinə daxil olan Sinta orada müəllim olan Vəhidə aşiq olur. Peşəkar xəttat olan atası evlilik təklifini rədd etdi,atası Nəhdlətul Uləmanın lideri olan Vahid xaricə təhsil almaq üçün getdi. Vahidə Bağdaddan təklif edilərkən Sinta Vahidin babasının vəkil olaraq olduğu bir mərasimdə İndoneziyaya onun qayıdışından üç il əvvəl onları evləndirdi.. 1992-ci ildə Sinta beldən aşağısını şikəst edən qəza keçirdi. O qollarını hərəkət etdirmədən əvvəl bir il fiziki müalicə aldı. İndoneziya Universitetində universitet işçiləri tərəfindən binanin dördüncü mərtəbəsinə qədər qaldırılan Sinta qadın kurslarını bitirdi. Ərinin impiçmentindən sonra Sinta orta İslamın açıq bir müdafiəçisi idi.
Solomon Nortap
Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir) Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi. Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu. Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi.
Surxay Allahverdiyev
Surxay Allahverdiyev (Allahverdiyev Surxay Rəhim oğlu; 21 may 1941, İrəvan) — Rusiya alimi. Biologiya elmləri doktoru. M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin biologiya və ekologiya kafedrasının professoru. == Həyatı == Allahverdiyev Surxay Rəhim oğlu 1941-ci il mayın 21-də İrəvanda anadan olub. 1958-ci ildə Bakı şəhərində 26 saylı orta məktəbi bitirib. 1959-cu ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik fakültəsinə daxil olub və 1964-cü ildə ali təhsilini bitirib. 1964-1965-ci illərdə Xabarovskda sovet ordusu sıralarında xidmət edib. Bir il sonra SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun aspirantı olub və 1972-ci ildə “bitkilərin biokimyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1988-ci illərdə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb.
Surxay Cəfərov
Surxay Cümşüd oğlu Cəfərov (19 fevral 1986; Göygöl, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Surxay Cəfərov 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 1992-ci ildə Göyöl rayon Danayeri kənd ümumi orta məktəbin 1- ci sinfinə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Subaydır. == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
TLC Norway
«TLC Norway» — «Discovery Communications» şirkətinin sahibləndiyi Norveç telekanalı. Telekanalın əsas hədəfi 25-49 yaş arası qadınlardır. Telekanal 4 mart 2010-cu ildən yayımlanmağa başlayır. O, «Discovery Travel & Living Europe» kanalanın əvəzinə yaradılmışdır.
Surxay Mehdiyev
Surxay Zülfi oğlu Mehdiyev (7 dekabr 1985; Ağdam rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Surxay Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Surxay Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Surxay Mehdiyev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Mehdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Surxay Mehdiyevin şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Surxay Musayev
Surxay Novruz oğlu Musayev (1 fevral 1951, Füzuli, Samux rayonu – 29 aprel 2023) — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010) == Həyatı == Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir. Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir. 150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.
Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır. Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri == Ümumi məlumat == Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir. Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. == Həyatı == Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. == Əsərləri == === Kitabları === Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. === Məqalələri === "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.