Surxay Cümşüd oğlu Cəfərov (19 fevral 1986; Göygöl, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Surxay Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl, Azərbaycan |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Təltifləri | 20202020 |
Surxay Cəfərov 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur.[1] 1992-ci ildə Göyöl rayon Danayeri kənd ümumi orta məktəbin 1- ci sinfinə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Subaydır.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.