Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalakənd
Qalakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və Qalakənddə 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Qalakənd misəritmə zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1887-ci ildə Zaqafqaziyada birinci olaraq Qalakənd HES işə salındı və burada iri balıqçılıq təsərrüfatı yaradıldı. Qalakənd Misəritmə Zavodunda dünyada birincilər sırasında Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı və bu üsulla təmiz mis əldə edilməyə başlanıldı. 1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunurdu.
Qalakənd qalası
Qalakənd Qalası — məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən, bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 hektar ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur. Qalakənd Qalasının daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə, kompleksin ucaldılma tarixi VI–IX əsrlərə təsadüf olunur.
Qalakənd qızıllı-mis kolçedan təzahürü
Balakənd
Balakənd (Loru)
Bilabənd
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
Calakənd
Calakənd (Lçkadzor) — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində «çay ətrafında kiçik ağaclıq, qalın meşə», «kiçik meşə» mənasında işlənən cala sözünə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün qoşulması əsasında əmələ gəlmimşdir. «Çala» sözü dialektlərdə həm də «daimi sulu otlu yer» mənasını bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı dəyişdirilib Liçkazor qoyulmuşdur.
Qahavənd
Qəhavənd — İranın Həmədan ostanının Həmədan şəhristanının Şara bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,407 nəfər və 616 ailədən ibarət idi.
Qarakənd
Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. == Toponimikası == Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır. == Tarixi == Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər.
Qayakənd
Qayakənd — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Qayakənd oyk., mür. Qusar rayonunun Qusar şəhəri i.ə.v.-də kənd. Qusarçayın sahilində, düzənlikdədir. Kənd Qusarçayın sahilindəki qaya yaxınlığında salındığına görə belə adlanmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki qaya sözü qədim türk tayfalarından olan qayıların adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 509 nəfər əhali yaşayır.
Quləbənd
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1080 nəfərdir. == Toponimikası == Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.
Talakənd
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir. Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur. == Əhalisi == == Toponim == Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Balakənd (Loru)
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Balakənd (Saatlı)
Balakənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Balakənd (Sabirabad)
Balakənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qalaqayın inzibati ərazi vahidində kənd. == Tarixi == Balakənd kəndi Muğan düzündədir. Oykonim bala və kənd komponentlərindən düzəlib, "kiçik yaşayış məntəqəsi" deməkdir.
Qalakəndi (Hurand)
Qalakəndi (fars. قلعه كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 293 nəfər yaşayır (55 ailə).
Qalakəndi (Kəleybər)
Qalakəndi (fars. قلعه كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 817 nəfər yaşayır (193 ailə).
Qarakənd (Bukan)
Qarakənd (fars. قره كند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (54 ailə).
Qarakənd (Marağa)
Qarakənd (fars. قره كند‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (56 ailə).
Qarakənd (Xocavənd)
Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. == Toponimikası == Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır. == Tarixi == Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər.
Qarakənd (Çaroymaq)
Qarakənd (fars. قره كند‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (17 ailə).
Qarakənd (Çaypara)
Qarakənd (fars. قره كندي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.018 nəfər yaşayır (242 ailə).
Qarakənd (Əsədabad)
Qarakənd (fars. قراکند‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 61 nəfər yaşayır (19 ailə).
Qarakənd faciəsi
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. == Tarix == 1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi.
Qayakənd rayonu
Qayakənd rayonu — Rusiya Federativ Respublikasının Dağıstan Muxtar Respublikasında rayon. Xəzər dənizinin sahilində yerləşir. == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 52,739 nəfər , ərazisi isə 692 km²-dir . Rayonda 20 yaşayış məntəqəsi vardır . Ən iri yaşayış məntəqələri Qayakənd kəndi (11.027 nəfər) , Pervomaysk kəndi (8,475 nəfər) , Yeni Qayakənd kəndi (5,596 nəfər) , Qerqa kəndi (3,529 nəfər) , Utamış kəndi (3,469 nəfər) və Drujba kəndidir (3,382 nəfər) . Rayonun inzibati mərkəzi Yeni Qayakənd kəndidir . 1989-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən rayon əhalisinin 53%-ni qumuqlar, 43%-ni dargilər, 4%-ni digər xalqlar təşkil edir. == Rayondakı qəsəbələr == Stepnoy RBB Sanatoriya Qayakənd == Rayondakı kəndlər == Alxacıkənd Başlıkənd Qaşa Qerqa Deybuk Cavankənd Drujba Qayakənd Karanay Aul Yeni Qayakənd Usemikənd == Xarici keçidlər == Федеральное казначейство (Казначейство России) : Управления федерального казначейства по Республике Дагестан.
Qarakənd (dəqiqləşdirmə)
Qarakənd