Qarakənd

QarakəndAzərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Qarakənd
39°50′51″ şm. e. 47°01′49″ ş. u.HGYO
Ölkə
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 656 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.480 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Qarakənd xəritədə
Qarakənd
Qarakənd
Qarakənd xəritədə
Qarakənd
Qarakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[3]

Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər. Bu barədə 1919-cu ilin yanvar ayının 3-də teleqram vuran Gəncə qubernatoru bildirir ki, Qarakənd erməniləri yanvar ayının birində Ağdam-Karyagino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq kənddəki ermənilər silahlanır, kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzdlu əsgərlər gəlir. 1991-ci ildə bu kəndin səması üzərində ermənilər tərəfindən Mİ-8 N72 helikopteri vurulur. Azərbaycan tarixində Qarakənd faciəsi kimi adlandırılan bu hadisə zamanı Azərbaycanın çox sayda yüksək rütbəli dövlət məmuru qətlə yetirilir. Kəndi ermənilərdən azad etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə hücuma keçir, lakin bunlar hər dəfə uğursuzluqla başa çatır. Sonuncu belə hücum 1994-cü ilin əvvəlində Qarakənd əməliyyatı zamanı həyata keçirilsə də, bu hücum da uğursuzluğa düçar olub.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Qarakənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4353 Albanberd kilsəsi[4] Qeyd olunmayıb Qarakənd kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] XXXX XXXX XXXX
2009[6] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-11.
  3. Qarakənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 111" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]