Bilabənd

BlabandAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Blaband
38°44′19″ şm. e. 48°25′51″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.337 m
Saat qurşağı
Əhalisi
Əhalisi 809 (2009) nəfər
Xəritəni göstər/gizlə
Blaband xəritədə
Blaband
Blaband

Əhalisi 809 nəfərdir.[2]

Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.[3]

Blaband kəndində həkim məntəqəsi üçün bina tikilmişdir.[4]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.134
  4. Blaband kəndində səyyar-görüş keçirildi — lerik-ih.gov.az saytı Arxivləşdirilib 2014-08-04 at the Wayback Machine Yoxlanıldı: 02.05.2014