Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qaraciyər serozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sirrozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Qaraciyər sorucusu
Qaraciyər sorucusu (lat. Fasciola hepatica)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Bu növ kiçik yarpaq formasında olub, enli və qısadır. Uzunluğu 20–30 mm, eni isə 8–12 mm-ə qədər olur. Bədənin ön tərəfindən xortum şəklində uzanmışdır. Onun üzərində ağız və qarın sormacı vardır. Ağız sormacının diametri 1 mm, qarın sormacınınki isə 1,5–1,6 mm-dir. Bədənin ön hissəsində yumurtalıq, ondan arxada isə yumurta vəzisi yerləşir. Fassiolanın yumurtaları uzunsov və açıq sarı rənglidir. Yumurtaların bir qütbündə qapaqlıq, içərisində isə küllü miqdarda sarılıq hüceyrələri görünür.
Qaraciyər transplantasiyası
Qaraciyər transplantasiyası və ya qaraciyər köçürülməsi — donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı. == Əməliyyatın gedişi == Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar. === Orqanın götürülməsi === Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur. === Orqanın köçürülməsi === Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir . Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. == Simptomlar == HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. == Risk faktorları == HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80-90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. == Diaqnostika == Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Qaraciyər absesi
Qaraciyər absesi — Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir. == Klinikası == Yüksək hərarət, üşütmə, qarında ağrı və intoksikasiya əlamətləri irinli abseslərdə rast gəlir. Zəif xəstələrdə və amöb abseslərində hərarət çox yüksək olmur. Xəstələrdə plevral maye, assit, qarında şişkinlik, gərginlik əlamətləri də ortaya çıxa bilir. == Diaqnostikası == Yerli və ümumi sepsis əlamətləri ilə yanaşı USM və ya tomoqrafiyada qaraciyərdə abses boşluğun görünməsi abses diaqnozunu kəskinləşdirir. Kistlərdən fərqli olaraq abseslərin sərhədi kəskin olmur, möhtəviyyatının sıxlığı yüksək, hətta nekrotik toxumalar olarsa, heterogen görünür. Absesdə qaztörədən bakteriyalar olduqda və ya bağırsağa açılarsa içərisində qaz görünür.
Qaraciyər regenerasiyası
Qaraciyər regenerasiyası — == Ümumi məlumat == Regenerasiya məzmunca hüceyrələrin proqramlaşdırılmış yeniləşməsi və çoxalması prosessi olub, mahiyyətcə orqanizmin özünütənzim, özünüyaşatma mexanizmlərindən biridir. Hüceyrə səviyyəsində baş verən dəyişikliklərin xüsusiyyətinə görə hüceyrə regenerasiyası və hüceyrədaxili regenerasiya ayrıd edilir. Birinci regenerasiya növünə hüceyrənin bölünməsi və çoxalması aid edilir ki, bu da zədələnmiş, istifadə edilmiş, itirilmiş toxuma və hüceyrələrin (zədələnmələrdə, yaralanmalarda, dəridə, selikli epitellərdə, sümük iliyində və s.) bərpasını təmin edir. İkinci növ regenerasiya adətən bölünmə qabiliyyətini itirmiş hüceyrələdə baş verir və hüceyrədaxili orqanellərin yeniləşməsi kimi təzahür edir.
Qaraciyər rezeksiyası
Qaraciyər rezeksiyası — Qaraciyər rezeksiyası iki məqsədlə həyata keçirilir: qaraciyərdəki törəməni çıxarmaq üçün və canlı donordan qaraciyər hissəsi almaq üçün. Rezeksiya əksər qaraciyər şişlərinin müalicəsində ilk seçim olan radikal müalicə üsulu sayılır.
Qaraciyər travmaları
Qaraciyər travmaları — Qaraciyər qarının kut və açıq travmalarında ən çox zədələnən orqanlardan biridir. Qaraciyər zədələnmələrinin müalicə tələb etməyən kiçik hematomalardan başlamış, geniş parenxima destruksiyası və magistral damarların zədələnməsinə qədər dəyişən müxtəlif ağırlıq dərəcələri vardır. Qaraciyər zədələnmələrinin təxminən 80% digər zədələnmələrlə birlikdə rastlanır və təxminən 70–80% yüngül dərəcəli olur. Şübhəsiz ki, zədələnmənin ağırlıq dərəcəsi klinik gedişi və müalicə taktikasını müəyyən edən ən əsas amildir.
Qaraciyər venaları
Qaraciyər venaları — qaraciyər parenximasında portal elementlərə çəp şəkildə (iki əl barmaqlarının iç-içə keçirilmiş vəziyyətinə bənzər şəkildə) yerləşən damarlar olub, qaraciyərin pay və sektorlarının sərhədlərinin müəyyən olunmasında həlledici rol oynayırlar. İki qrup qaraciyər venaları var: böyük yuxarı venalar və kiçik aşağı venalar.
Qaraciyər yetməzliyi
Qaraciyər yetməzliyi (QcY) — rezeksiyalardan sonra, xüsusən, sirrotik qaraciyərlərdə aparılan böyük həcmli rezeksiyalardan sonra baş verən, müalicəsi çətin və həyatı təhlükəsi yüksək olan ağırlaşmadır. Bu ağırlaşma rezeksiyalardan sonra təxminən 12% (3–75%) hallarda rast gəlir, 80–90% hallarda ölümlə nəticələnir və rezeksiyalardan sonrakı ölüm hallarının başlıca səbəbidir. Rezeksiyadan sonrakı qaraciyər yetməzliyinin inkişaf mexanizmi tam aydınlaşdırılmamışdır.
Qaraciyər şişləri
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir . Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur. == Simptomlar == HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir. == Risk faktorları == HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80-90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır. == Diaqnostika == Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər.
Nəhəng qaraciyər sorucusu
Nəhəng qaraciyər sorucusu (lat. Fasciola gigantica) — Yastı qurdlar tipinin Sorucu qurdlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin uzunluğu 33 – 76 mm, eni 5 – 12 mm – dir. Bədənin ön hissəsi konusvari qurtarır. “Çiyinlər” bunlarda yoxdur. Bədənin yan kənarları paralel gedir. Bədənin son hissəsi dairəsi (kor) qurtarır. Qarın sormacı dairəvidir, bədənin arxa hissəsinə qədər uzanaraq kor torba əmələ gətirir. Farinks qida borusundan uzundur. Bağırsağın lateral çıxıntıları F.hepatica – nınkına uyğundur.
Kəskin qaraciyər yetməzliyi
Kəskin qaraciyər yetməzliyi — Qaraciyərin bir və ya bir neçə funksiyasında klinik və laborator olaraq pozulma varsa hepatosellular disfunksiya adlanır (sarılıq, koaqulopatiya). Qaraciyər disfunskiyası ensefalopatiya ilə müşayət olunarsa, bu vəziyyət qaraciyər yetməzliyi adlanır. Kəskin qaraciyər yetməzliyi qaraciyər toxumasının böyük hissəsinin (>80%) nekrozu, kəskin distrofiya-disfunksiyası və ya geniş rezeksiyası nəticəsində meydana gəlir.
Metastatik qaraciyər şişləri
Metastatik qaraciyər şişləri — Qaraciyər orqanizmdə limfa düyünlərindən sonra ən çox metastaz olan orqandır. Metastatik şişlər qaraciyərin birincili bəd xassəli şişlərindən 20 dəfə çox rast gəlir. Mədə-bağırsaq şişlərinin hamısı, diğər şişlərin yarısından çoxu qaraciyərə metastaz verir.
Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. == Təsnifat == Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) Alkoqol mənşəli hepatit Alkoqol mənşəli sirroz Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər. == Etiologiya == Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun yaranması ilə nəticələnə bilər . Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji amillər əhəmiyyətlidir. == Klinik mənzərə == Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, ümumi diskomfort hislərindən şikayətlənir. Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.
Qarayilər
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraçimən
Aşağı Qaraçimən
Qaraçinar
Qaraçinar — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaraçinar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Ağcaqaladır. Bu da kəndin yaxmlığında divarları ağımtıl rəngə çalan qala xarabalıqlarımn olması ilə bağlıdır. Kəndin indiki adı orada mövcud olmuş çinar ağacı ilə əlaqadar yaranmışdır. Qaraçinar isə çinar bitkisinin növlərindən birinin adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri. == Adlandırma == Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır. "Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.
Aşağı Qaraçimən
Aşağı Qaraçimən — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşmişdir. Toponim türk dilində «böyük, geniş» mə’nasında işlənən qara sözü ilə «yaşıllıq, otluq» mə’nasında işlənən çimən (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən əmələ gəlib «böyük çəmənlik» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 nəfər, 1904 - cü ildə 216 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin dekabrın axırlarında ermənilər azərbaycanlıları qırğınlarla qovmuş və yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 210 nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. İndi ermənilər yaşayır.
Qaraçinar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.