Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazaxıstan
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur.
Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Qarabulaq (Qazaxıstan)
Qarabulaq (qaz. Қарабұлақ) — Qazaxıstanda qışlaq. Çimkəndin 45 km şərqində, Qarasu çayının sahilində yerləşir. Əhalisi 45 mindən çoxdur. Əhalinin 99 faizi özbəklər təşkil edirlər.. Qışlaqdə həmçinin qazaxlar və başqa millətin nümayəndələri də yaşayırlar. == Tarix == Karabulak qəsəbəsinin tarixi Böyük İpək Yolunun çiçəkləndiyi dövrə gedib çıxır. Karabulak ilkin Karabulak kəndinin başındakı bulaqlardan qaynaqlanan Karasu və Qaynarbulak çaylarının ətrafında yerləşir. Çindən qərbə və geriyə gedən tacirləri olan karvanlar bulaq sularının yaxınlığında müvəqqəti dayandılar. Keçmiş tacirlərin əlaqələri keçən karvanlarla ticarət mübadiləsinin inkişafına kömək edirdi.
Qazaxıstan 2030
Qazaxıstan 2030 (qaz. Қазақстан 2030) — birinci dəfə 1997-ci ildə, Qazaxıstanın prezidentın tərəfindən səsləndirilmiş Qazaxıstanın inkişaf proqramı.
Qazaxıstan Prezidenti
Qazaxıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qazaxıstanın, dövlət başçılarının siyahısı. Qazaxıstan Prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qazaxıstan Prezidenti vəzifəyə, Qazaxıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1990-cı ilin 24 aprel tarixindən təsis edilən vəzifəni, 2019-cu il 20 mart tarixinədək Nursultan Nazarbayev icra etdi. 2019-cu il 20 mart tarixindən təsis edilən vəzifəni həmin gündən etibarən Qasım-Comərd Tokayev icra edir.
Qazaxıstan Respublikası
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur.
Qazaxıstan SSR
Qazaxıstan Sovet Sosialist Respublikası (qaz. Қазақ Советтік Социалистік Республикасы) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq dövlətindən biri. 5 dekabr 1936-cı ildə təşkil olunmuşdur. 2.717.300 kvatrat kilometr (1.049.200 mil) ərazisi ilə Rusiya Sovet Sosialist Respublikasından sonra SSRİ-nin ən böyük ikinci Respublikasıdır. Paytaxtı Almatı olmuşdur. Bu gün Mərkəzi Asiyada müstəqil dövlətdir.
Qazaxıstan Senatı
Qazaxıstan Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası parlamentinin yuxarı palatası. Senatın qurulması qaydası Qazaxıstan Konstitusiyasının 50-ci maddəsi ilə müəyyən edilir. Senat, hər bölgədən, respublika əhəmiyyətli şəhərdən və Qazaxıstan Respublikasının paytaxtından iki nəfəri təmsil edən deputatlar tərəfindən qurulur. Senatın on beş deputatı, cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli mənafelərinin Senatda təmsil olunmasının təmin edilməsi zərurəti nəzərə alınaraq Qazaxıstan Prezidenti tərəfindən təyin edilir. == Tarixi == 7 oktyabr 1998-ci ildə Qazaxıstan Konstitusiyasına düzəlişlər qəbul edildi, ona görə Senat deputatının səlahiyyət müddəti 6 ilə qaldırıldı, seçilən deputatların yarısı hər 3 ildən bir yenidən seçilir. 1995-ci ildə 4 il müddətinə seçilmiş Senat deputatlarının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, 17 sentyabr 1999-cu ildə 6 il müddətinə Senat millət vəkilləri seçkiləri baş tutdu. 1997-ci ildə seçilmiş Senat deputatlarının səlahiyyətləri II çağırışda 2002-ci ilin dekabrına qədər davam etdi. 21 May 2007-ci ildə Qazaxıstan Konstitusiyasına dəyişikliklər qəbul edildi. Qazaxıstan Prezidenti tərəfindən təyin olunan Senat deputatlarının sayı 7-dən 15-ə yüksəldi.
Qazaxıstan almanları
Qazaxıstan almanları (alm. Kasachstandeutsche‎) - Qazaxıstanda yaşayan etnik almanlara verilən ümumi addır. Qazaxıstan almanları ölkənin şimal-şərq əraziləri başda olmaqla, əsasən Astana və Oskeman şəhərlərinin arasındakı ərazilərdə yaşamaqdadırlar. Almanların Qazaxıstanda məskunlaşmasının əsas səbəblərindən biri siyasi amillərlə bağlıdır. Nasist Almaniyasının Sovet Sosialist Respublikaları İttifaqına 1941-ci ilin iyun ayında hücum etməsindən sonra həmin ilin oktyabr ayında Qafqaz almanlarının mütləq əksəriyyəti Qazaxıstana köçürülmüşdür. Həmin hadisələr zamanı təkcə Azərbaycanda yaşayan 22 min alman Qazaxıstana köçürülüb. == Tarixi == Qazaxıstan almanları Volqa almanlarının törəmələri hesab olunur. Barbarossa əməliyyatının başlamasının ardından Volqa Alman Muxtar Sovet Respublikası ləğv edilərək ərazidə yaşayan almanlar Qazaxıstana sürgün edilirdi. Almanların xidmətlərindən daha çox QULAQ düşərgələrində istifadə olunmuşdur. Deportasiyadan sonra SSRİ rəhbərliyi tərəfindən imperiya daxilində yaşayan etnik almanların assimilasiya edilməsi üçün xüsusi dövlət siyasəti tətbiq edilməyə başlandı.
Qazaxıstan atı
Qazax atı — çöl atı olaraq müasir Qazaxıstan ərazisində formalaşmışdır. Qazax xalqının sleksiya yolu ilə yetişdirməsi nəticəsində meydana gəlmişdir. Hazırda belə ölkə daxilində yetişdirilir. Atları əsasən yerli çobanlar tərərindən saxlanılır. Onlar əsasən qoyun sürülərinin idarə edilməsinə cəlb edilir. == Yaranması == Növün yaranması müstəlif mərhələlərdən keçmişdir. Başqa cinslərin təsirinə məruz qalmışdır. Bəzi alimlər qazax atlarının monqol atlarından törədiyini bildirirlər. Onları formalaşmasında Monqol və Ərəb atları bir başa iştirak etmişdir. Rus işğalından sonra atların genefonduna ağır zərbələr dəymişdir.
Qazaxıstan azərbaycanlıları
Qazaxıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qazaxıstanda yaşayan hissəsinin adı, Qazaxıstanın bütün ərazisində məskunlaşmışdırlar. Qazaxıstanda yaşayan soydaşlarımızın əksəriyyəti XX əsrin 30-cu illərinin siyasi repressiya dövründə oraya məcburi köçürülənlər və onların övladlarıdır. Onların içərisində dövlət və hökumət strukturlarında, icra və seçkili orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər də az deyildir. Qazaxıstanın 16 vilayətindən 14-də azərbaycanlılar özlərinin icma və birliklərini yaratmışlar. 2007-ci ilə olan qeyri-rəsmi mənbələrə əsasən Qazaxıstanda 110,000-300,000 arasında etnik azərbaycanlı yaşayır. Rəsmi məlumata əsasən 1 yanvar 2012-ci il tarixinə Qazaxstanda 93,490 nəfər etnik azərbaycanlı yaşamaqdadır.
Qazaxıstan bayrağı
Qazaxıstanın bayrağı və ya Qazax bayrağı (qaz. Қазақстан туы) 4 iyun 1992-ci ildə qəbul edilərək Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağını əvəz etmişdir. Bayraq Şaken Niyazbəyov tərəfindən hazırlanmışdır. == Təsvir == Qazaxıstan Respublikasının dövlət bayrağı səma mavisi rəngli fon üstündə ucalan qızılı çöl qartalı və onun üzərindəki 32 şüalı qızıl günəşə malikdir. Bayrağın qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlanan milli naxış var. Mavi rəng türk xalqları üçün dini əhəmiyyət daşıyır və beləliklə mədəni və etnik birliyi simvollaşdırır. Bu rəng su ilə yanaşı sonsuz səmanı da təmsil edir. Həyat və enerji mənbəyi olan günəş isə zənginliyi və yüksəkliyi təmsil edir. Günəş şüaları bolluq və rifahın simvolu olan taxıl formasındadır. Qartal isə əsrlər boyu Qazax tayfalarının bayraqlarında peyda olaraq azadlığı, gücü və gələcəyə uçuşu təmsil etmişdir.
Qazaxıstan belarusları
Qazaxıstan belarusları - Qazaxıstan ərazisində yayılmış belarus diasporası. == Statistika == 12 yanvar 2012-ci il məlumatına görə Qazaxıstan ərazisində 63 694 belarus yaşayır. Belarusların böyük qismi Kostanay (21 min), Karakanda (18 min), Akmola (16 min), Şimali-Qazaxıstan (9 min) vilayətlərindı yaşayır. Qazaxıstan ərazisində aparılan siyahıya alınma (belarusların say dinamikası): 1926 il — 25584 nəfər, 1939 il — 31 614, 1959 il — 107 309, 1970 il — 198 430, 1979 il — 181 821, 1989 il — 178 325, 1999 il — 111 924, 2009 il — 66 476. == Tarix == Qazaxıstan ərazisində ilk belarus diasporası Konstantin Semyonoviç Kalinovskinin üsyanından sonra meydana gəlmişdir. Üstəlik XX əsrin əvvəllərində Stolıoinin həyata keçirdiyi aqrar islahatlar zamanı belarusların bir qismi Qazaxıstana köçürülmüşdür. Onlar özləri ilə birlikdə mədəniyyətlırini gətirirdilər. İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq Qazaxıstan ərazisinə 10,7 min dövlət işçisi ailəsi ilə birlikdə köçürülmüşdür. Bura Belarus opera və balet, dramaturgiya teatrlarının kollektivləri belə köçürülmüşdür. 4 sentyabr 1941-ci ildən 1942-ci ilin aprelinədək onlar 8 konsert, 12 tamaşa və 21 hərbi qospital konserti vermişlər.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. == Tarixi == 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
Qazaxıstan coğrafiyası
Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. == Sahəsi və sərhədləri == Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır.
Qazaxıstan energetikası
Qazaxıstan energetikası— Qazaxıstanda enerji və elektrik enerjisi istehsalı, istehlak və idxalı təsvir edir. Qazaxıstanın enerji siyasəti Qazaxıstanın enerji ilə əlaqəli siyasətini təsvir edir. Qazaxıstan böyük enerji ehtiyatlarına (neft, qaz, kömür, uran) malikdir və enerji dövlətidir. 2017-ci ilin sonunda Qazaxıstanda elektrik enerjisi istehsalının həcmi 103,14 milyard kVt / saat (2018-ci ilin sonunda 106,8 milyard kVt / saat [1]) təşkil etdi. Qazaxıstan elektrik enerjisinin xalis ixracatçısıdır. 2017-ci ildə elektrik enerjisi istehsalında profisit 4,53 milyard kVt / saat təşkil etmişdir. == Baxış == Qazaxıstan xalis enerji ixracatçısıdır. Qazaxıstanda neft, qaz, kömür və uran ehtiyatları var. Qazaxıstan Müstəqil Dövlətlər Birliyində (MDB) lider enerji istehsalçısıdır. Dünyanın ən böyük uran filizi istehsalçısı və ixracatçısı olmaqla yanaşı, əsas neft, qaz və kömür istehsalçısıdır.
Qazaxıstan futbolu
Qazaxıstanda futbol — Qazaxıstanda idmanın aparıcı növlərindən biri
Qazaxıstan gerbi
Qazaxıstanın gerbi — 4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi. == Xülasə == Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırakın (qaz. Шаңырақ, şañıraq; daha çox rus transkripsiyası ilə rus. Шанырак təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanırak ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir. Qazax şanırakına çox oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir.
Qazaxıstan himni
Mənim Qazaxıstanım (qaz. Менің Қазақстаным / Meniñ Qazaqstanım) – Qazaxıstan Respublikası dövlət himni. Qazaxıstan Respublikasının Himni Qazaxıstan Respublikasının Dövlət rəmzidir. Qazaxıstanın müstəqilliyindən sonra ilk dəfə 1992-ci ildə qəbul olunan himn 2006-cı ildə yenisi ilə əvəzləndi. Himnin dəyişdirilməsinin səbəbi Qazaxıstan Sovet Respublikasının himninin musiqisi ilə müstəqilliyin ilk himninin musiqisinin eyni olması idi.
Qərbi Qazaxıstan
Qərbi Qazaxıstan (qaz. Батыс Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi region. Onun bir hissəsi Mərkəzi Asiyada, başqa hissəsi isə Şərqi Avropada yerləşir. O Aqtöbe, Qərbi Qazaxıstan, Manğıstau və Atırau vilayətlərdən ibarətdir. Şimaldan Rusiya, cənubda Özbəkistan və Türkmənistan, şərqdən isə Qazaxıstanın Şimalı, Mərkəzi və Cənubi regionları ilə həmsərhəddir, qərbdən Xəzər dənizi, cənub-şərqdən isə Aral dənizi ilə yuyulur. == Əhali == Qərbi Qazaxıstanın bütün vilayətlərində qazaxlar əhalinin tam əhalinin 3/4-ü təşkil edirlər. Beləliklə, bu Qazaxıstanın ən monoetnik regionudur.
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Qazaxıstan hökuməti
Qazaxıstan Respublikasının hökuməti (qaz. Қазақстан Республикасының Үкіметі) — Qazaxıstan Respublikasının icra hakimiyyətini həyata keçirən kollegial orqan icra orqanlar sisteminə rəhbərlik edir və onların fəaliyyətinə rəhbərlik edir. Hökumət, Konstitusiyada müəyyən edilmiş qaydada Qazaxıstan Respublikasının Prezidenti tərəfindən qurulur. == Tarixi == 30 avqust 1995-ci ildə ölkənin yeni Konstitusiyasının qəbulu ilə əlaqədar bir referendum keçirildi. Ölkənin yeni əsas qanunu müstəqil Qazaxıstanın dövlət qurumlarının yaradılmasına zəmin yaratdı. Beləliklə, referendumdan sonra Konstitusiya normalarının və yeni dövlət orqanlarının fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün onların səlahiyyətlərini və funksiyalarını tənzimləyən bir sıra konstitusiya qanunları qəbul edildi. Məsələn, "Qazaxıstan Respublikasında Seçkilər haqqında" Konstitusiya Qanunu, "Qazaxıstan Respublikasının Prezidenti haqqında" Konstitusiya Qanunu , "Qazaxıstan Respublikası Parlamenti və Deputatlarının statusu ", o cümlədən" Qazaxıstan Respublikası Hökuməti haqqında ” Konstitusiya Qanunu da daxil olmaqla 18 dekabr 1995-ci ildə qəbul edildi. 21 fevralda Qazaxıstan Prezidenti hökuməti buraxdı. == Hökumət == === Hökumətin funksiyaları === Qazaxıstan Respublikası Hökuməti aşağıdakı funksiyaları yerinə yetirir: dövlətin sosial-iqtisadi siyasətinin, onun müdafiəsinin, təhlükəsizliyinin, ictimai qaydanın əsas istiqamətlərini hazırlayır və onların həyata keçirilməsini təşkil edir; respublika büdcəsini və icrası barədə hesabat hazırlayır və Parlamentə təqdim edir, büdcənin icrasını təmin edir; qanun layihələrini Məclisə təqdim edir və qanunların icrasını təmin edir; dövlət əmlakının idarə edilməsini təşkil edir; Respublikanın xarici siyasətinin həyata keçirilməsi üçün tədbirlər hazırlayır; nazirliklərin, dövlət komitələrinin, digər mərkəzi və yerli icra orqanlarının fəaliyyətinə rəhbərlik edir; respublikanın nazirliklərinin, dövlət komitələrinin, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarının qüvvəsini tamamilə və ya qismən ləğv edir və ya dayandırır; hökumətə daxil olmayan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir; beş il müddətinə Respublika Büdcəsinin İcrasına Nəzarət Hesablama Komitəsinin dörd üzvünün vəzifəsinə təyin edir; Konstitusiya, qanunlar və Prezidentin aktları ilə ona həvalə edilmiş digər funksiyaları yerinə yetirir. === Hökumət üzvləri === Qazaxıstan Respublikası Hökumətinin üzvü Qazaxıstan xalqına və Prezidentinə aşağıdakı andı verir: Qazaxıstan Respublikası Hökuməti üzvlərinin aşağıdakı hüquqları yoxdur: nümayəndə heyətinin müavinləri olmaq; tədris, elmi və ya digər yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifələrdə çalışmaq; ticarət fəaliyyətini həyata keçirmək; kommersiya təşkilatının rəhbər orqanının və ya müşahidə şurasının üzvü olmaq.
Qazaxıstan iqtisadiyyatı
Qazaxıstan İqtisadiyyatı — həm Asiya, həm də adambaşına nisbətdə Orta Asiyada ən böyükdür, lakin valyuta 2013 ilə 2016 arasında kəskin bir dəyər itkisini yaşadı. Neft ehtiyatlarına, minerallara və metallara da sahibdir. Həm heyvandarlıq, həm də taxıl istehsalını təmin edən geniş çöl torpaqları ilə kənd təsərrüfatının potensialına malikdir. Cənubdakı dağlar alma və qoz üçün vacibdir; hər iki növ orada vəhşi olur. Qazaxıstanın sənaye sektoru bu təbii ehtiyatların hasilatı və emalı üzərində dayanır. SSRİ-nin dağılması və Qazaxıstanın ənənəvi ağır sənaye məhsullarına tələbatın azalması, 1991-ci ildən bəri 1994-cü ildə ən yüksək illik enmə ilə iqtisadiyyatın kəskin tənəzzülü ilə nəticələndi. və özəlləşdirmə sürətləndi, nəticədə aktivlərin özəl sektora əhəmiyyətli dərəcədə daxil olması. Qazaxıstanın Tengiz yatağından Qara dənizə qədər yeni bir boru kəməri çəkmək üçün 1996-cı ilin dekabrında Xəzər Boru Kəməri Konsorsiumu müqaviləsinin imzalanması bir neçə il ərzində əhəmiyyətli dərəcədə daha böyük neft ixracı perspektivlərini artırır. Qazaxıstan iqtisadiyyatı 1998-ci ildə neft qiymətlərinin aşağı düşməsi və Rusiyadakı avqust maliyyə böhranı səbəbiylə ÜDM-in artımının 2,5% azalması ilə aşağıya doğru döndü. 1999-cu ildəki parlaq bir məqam, beynəlxalq neft qiymətlərinin bərpası idi, bu zamanlı bir devalvasiya və bamper taxıl məhsulu ilə birlikdə iqtisadiyyatı tənəzzüldən çıxartdı.
Qazaхıstan
Qazaxıstan (qazax. Қазақстан/Qazaqstan; rus. Казахстан) və ya rəsmi adı ilə Qazaxıstan Respublikası (qazax. Қазақстан Республикасы/Qazaqstan Respublikasy; rus. Республика Казахстан) — Mərkəzi Asiyada ərazisinə görə ən böyük dövlət. Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə, dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olmuşdur.
Zazaistan
Zazaistan — Türkiyənin şərqində zazaların yaşadığı əraziyə verilən ad. Mərkəzi Tuncelidir, şimalda Ərzincana qədər uzanır. Tunceli ilində zazalar çoxluq təşkil edir, lakin yaşadıqları digər bölgələrdə 50%-ə çatmırlar. Zaza xalqının ana dili zaza dilidir. Zazaların əksəriyyəti özlərini kürd hesab edirlər və beynəlxalq statistikada adətən kürdlərin tərkibində göstərilirlər. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Zazaistan ilə əlaqəli mediafayllar var.