Qazaxıstan coğrafiyası

Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, ÖzbəkistanQırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır.

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır. Şərqdə Altay, Tarbaqatay dağları var. Şimalda isə Sibir düzənliyi var.

Qazaxıstanın relyefi

[redaktə | mənbəni redaktə et]
Qazaxıstanın çöllükləri

Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyildir. Düzənliklər daha geniş sahəni tutur. Qərbdə Xəzəryanı ovalıqÜstürt yaylası, şərqdə isə Qazaxıstan xırda təpəliyi diqqəti cəlb edir. Cənubda Turan ovalığının bir hissəsi Qazaxıstan ərazisinə daxil olur. Şimalda Torğay çökəkliyi Qazaxıstan ərazisi ilə Qərbi Sibir ovalığını birləşdirir. Ölkənin ən hündür yeri şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil olduğu hissədir. Ən alçaq yer isə qərbdə Xəzər sahillərində yerləşən Karagiye çökəkliyidir (-32 metr).[1]

A. Humbolt öz səyahətlərində müşahidə etdiyi müxtəlif yerlərin, o cümlədən Uralın, Altayın, Qazaxıstan çöllərinin və s. təbiətini müqayisəli təsvir etməklə təbii hadisələrin (iqlimin, relyefin, torpağın, bitki örtüyünün) əlaqələrinin qanunauyğunluqlarını tapmışdır. O, təbiətin birliyini yer səthinin müxtəlif formalarının qarşılıqlı əlaqələrində və qarşılıqlı yaranan birlikdə görürdü.

Alim landşaftların və zonaların təşəkkülündə üzvü aləmin, xüsusilə bitki örtüyünün, iqlimin roluna çox böyük qiymət verirdi. O yazırdı ki, üzvü aləm yer kürəsinin hər bir sahəsinə xüsusi xarakter və görünüş verir. Yalnız müqayisə metodu vasitəsilə hər hansı bir landşaftda bu xarakteri və görünüşü müəyyən etmək olar. O, ayrı-ayrı ölkələri bir-birindən fərqləndirən xüsusiyyətlərin müqayisəsini və bu müqayisənin nəticələrinin qısa şəkildə təsvirini verməyi ümumi yerşünaslığın vacib vəzifəsi hesab edirdi.[2]

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Qazaxıstanın çox zəngin neft resursları var. Qazaxıstan 4 milyard ton neft və 2000 kub metr qaz ehtiyatlarına malikdir. Hesablamalara görə Qazaxıstan 2015-ə qədər həe gün 3 million barel neft çıxarda bilər. Buda Qazaxıstanı dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biri edir. Burada neft əsasən Yeralıyev və Aktaudan çıxarılır. Qazaxıstanda çox zəngin daş kömür yataqları var. (Karaqanda, Ekibastus) Qazaxıstan xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3-cü yerdədir. Xrom əsasən Qazaxıstanın şimal regionu Aqtobe və Xromatuda cəmləşib. Xrom istehsalı əsasən Qərbin investisiyası və maraqlarına görə işləyir. Qazaxıstanda böyük mis ehtiyatları var. Bu ehtiyatlar əsasən Artemonskoye, Zaman-Aybat, Aktogay, Saryoba rayonlarında yayılıb. Mis istehsalında “kazakhmys” şirkətinin böyük rolu var. Burada ildə təxmini 28000 ton mis və 98000 ton sink çıxarılır. Bunla yanaşı Qazaxıstanda böyük miqdarda qurğuşun çıxarılır.(Leninoqorsk, Kamenogorsk) Qazaxıstan Uran istehsalına görə dünyada 4-cü yerdədir. Qazaxıstanın Kazatomprom şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

Qazaxıstan ərazisində bir sıra faydalı qazıntıların zəngin yataqları vardır. Bunlardan Qarağandı,Ekibastuz və Torğay daş kömür yataqlarını, Cezqazğan,Sayık,Bozşakul,Balxaş və Kounrad,Qazaxıstan xırda təpəliyi mis mədənlərini, Torğay,Kostanay vilayətindəki dəmir filizi yataqlarını xüsusi qeyd etmək olar. Qazaxıstan ərazisi çox zəngin alüminium yataqlarına, eləcə də qurğuşun, sink, gümüş, volfram, fosforit(Manğıstau,Karatau), nikel, qızıl və başqa nadir metal yataqlarına malikdir. Respublika ərazisinin qərb (Xəzərsahili) hissələrində zəngin neft(Tengiz,Torğay,Manğıstau) və qaz yataqları(Manğıstau,Qaracanbas,Özen) da vardır. Beləliklə, demək olar ki, Qazaxsıtan yanacağa və ən başlıca sənaye sahələri üçün lazım olan bütün xammal ehtiyatlarına malikdir.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Burada iqlim əsasəm kontinentaldır. Səbəb isə okeanlarda çox uzaqda yerləşməsidir.

Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir. Arktik hava kütlələrinin əraziyə maneəsiz daxil olması nəticəsində şimal və mərkəz hissələrdə şaxtalar daha güclü (şimalda -45 °C, mərkəzdə -35 °C) olur.[3] Yay isə çox isti keçir. Orta iyul temperaturu şimalda +24 °C, cənubda +28 °C-dir. Bəzən istilar +44 °C-yə kimi çatır. Yağıntıların miqdarı azdır. Geniş düzənlik sahələrdə illik yağıntılar cəmi 200–400 mm-dir. Xəzər sahillərində və mərkəzin düzənlik hissələrində isə daha azdır (50–100 mm). Bu yerlərdə səhra və yarımsəhra landşaftları üstünlük təşkil edir. Yalnız dağların ətəklərində və yamaclarda (cənub-şərqdə) yağıntılar xeyli artır (400–1600 mm).[4]

Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Oral, Embi, İle, Ertis, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur. Çaylar böyük suvarma əhəmiyyətinə malikdir. İri göllərindən BalxaşZaysan göllərini göstərmək olar. AralXəzər dənizinin də bir hissəsi Qazaxıstan ərazisindədir. Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır. Cənuba getdikcə yarımsəhralarsəhralar bir-birini əvəz edir. Süni suvarma şəraitində bu torpaqlarda da müxtəlif kənd təsərrüfatı bitkiləri (pambıq, üzüm, çəltik, alma, ərik, nar) becərmək olur.

Qazaxıstanın Manqıslaq yarımadasında yerləsən Aktau səhərinin Sevçenko limanında fəaliyyət göstərən eyniadlı AES isə istehlakı nəinki elektrik enerjisi ilə təmin edir, habelə Xəzər dənizinin sor sularını içməli hala salaraq onu istifadə üçün ayrı-ayrı təsərrüfat sahələrinə, həmçinin əhalinin tələbatma istiqamətləndirir.

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Qazaxıstanda Şımkənd (əvvəllər Çimkənd) şəhərinin torpağında ən təhlükəli inqrediyentlərdən biri sayılan qurğuşunun miqdarı YVK-nı 340 dəfə; Qırğızıstanın torpağında civənin miqdarı YVK-dan 100 dəfə artıq olmuşdur.

  1. "Қазақстанның физика-географиялық орны". 2015-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  2. Гумболдт А. Картины природы – М, 1959.
  3. ClimateTemp.info Arxivləşdirilib 2016-01-01 at the Wayback Machine What is the Climate, Average Temperature/ Weather in Kazakhstan?
  4. "Қазақстан климаты". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]