Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasif Məmmədov
== Siyahı ==
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Jan Rasin
Jan Rasin (dekabr 1639, La-Ferte-Milon[d] – 21 aprel 1699[…], Paris[…]) — XVI əsr Fransız ədəbiyyatının qabaqda gələn şairlərindən və faciə yazıçılarından olan Rasin yaxşı bir təhsil görmüşdür. Xüsusilə Yunan faciə şairi EURIPIDES (Öripid)dən təsirlənən Rasin, Fransız klassik tragediyasının inkişafında böyük rol oynamışdır. XIV Lui dövründə saray tarixçiliyi etmiş olan Rasin, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və İngilis saraylarından seçilmiş mövzulara yer vermişdir. Rasin, əsərlərində ümumiyyətlə ehtiraslarına əsir olmuş kəslərə yer vermişdir. Tənzimat Dövründə yaşayan Türk ədəbiyyatçılar üzərində də əkili olan Racinenin, Andromaque (Andromak), Berenice (Berenis), Bajazet (Bayazıt), Iphigénie (İfijeni) və Phaidra (Fedra) adlı əsərləri məşhurdur.
Radif Akçurin
Radif Qaley oğlu Akçurin (rus. Радиф Галеевич Акчурин; 1 iyun 1985) — kureş güləşi üzrə dünya çempionu. == Həyatı == Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur. Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur. 28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi. 16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur. 24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur. 12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.
Raqif Abbasov
Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021). == Həyatı == Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir. === Ailəsi === Ailədir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib. Ailəlidir, 2 qız, 1 oğlan övladı var. == Hərbi xidməti == 1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.
Rasim Abbasov
== Siyahı ==
Rasim Abdullayev
Rasim Yaqub oğlu Abdullayev (21 fevral 1975; Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR — 10 noyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərmişdir. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərmişdir. Yeni-yeni azad edilən, təhlükəli və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərmişdir. İkinci Qarabağ müharibəsinin son dəqiqələrində Komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində Ermənistan Ordusunun zabitləri tərəfindən pusquya düşürülərək aldığı yaralardan həlak olmuşdur. O, Azərbaycanın hərb tarixində və həmçinin, İkinci Qarabağ müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur. == Həyatı == Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində Yaqub Abdullayev və Nübar Qasımovaların ailəsində anadan olub. Onun nəsli 1918-ci ilə qədər Dərələyəzdə məskunlaşmış, 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlıların kütləvi şəkildə deportasiyası zamanı yurdlarından qovularaq Kəlbəcər rayonunun Milli kəndində məskunlaşmışlar. Rasim Abdullayevin ailəsində 7 nəfər olub – özü, atası Yaqub, anası Nübar, qardaşı Əvəz və bacıları Yeganə, Aybəniz, Əntiqə. 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi qaçqın həyat tərzi sürməli olur.
Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. == Həyatı == Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. == Bioqrafiya == 1980–1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985–1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. == Mənbə == Наш "Локомотив" вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka — Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале "Мир дзюдо" вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал "золото" в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Rasim Ağayev
Rasim Ağayev (17 mart 1940) — Azərbaycan jurnalisti və politoloqu. == Həyatı == Rasim Ağayev 17 mart 1940-cı ildə anadan olmuşdur. 1970-ci illərdə jurnalist kimi fəaliyyətə başlamış Ağayev müxtəlif illərdə "Mayak" radiosunda, "Trud" qəzetində, "RİA Novosti" agentliyində çalışmışdır. O, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürəhman Vəzirovun və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləmişdir. Ağayev 1994-cü ildə həbs edilmişdir. == Əsərləri == Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
Rasim Babayev
Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq rəssamı (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991). == Həyatı == Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirmişdir. == Yaradıcılığı == Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olmuş rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikas ı janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınmışdır. Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir. Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır.
Rasim Balayev
Rasim Balayev (8 avqust 1948, Ağsu rayonu) — Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) və keçmiş katibi (1990–2013). == Həyatı == Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
Rasim Başak
Rasim Başak (17 fevral 1980, Bakı) — Azərbaycan-Türk peşəkar basketbolçusu == Həyatı == Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.
Rasim Cabbarov
Rasim Baba oğlu Cabbarov (06 oktyabr, 1969) — fizika elmləri doktoru, dosent, AMEA-nın fizika İnstitutunun əməkdaşı == Həyatı == 1969-cu il, oktyabrın 6-da Masallı rayon Ərkivan kəndində anadan olmuş, 1987-ci ildə kənd orta məktəbi bitirdikdən sonra elə həmin il, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1993-cü ildə oranı "fizik və fizikşünas" ixtisası üzrə bitirmişdir. 1988–1989 il ərzində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. == Təhsili == İnistutu bitirdikdən sonra, 1993-cü ildə AMEA Fizika İnstitunda "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş və 1996-ci ildə aspiranturanı bitirərək, institutun "yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri" laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətimə başlamışdır. 1996-cu ildə böyük elmi işçi, 2003-cu ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Fizika institinun bionanostrukturlar fizikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 1996-cu ildə, Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafıə etmiş və 1996-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülmüşdür. 2006-ci il Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adına layıq görülmüşdür. 2007-ci il Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiya müdafiə etmiş və 2008-ci il Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmlər doktoru elmi adına layiq görülmüşdür. R.Cabbarov yarımkeçiriciler fizikası və bərk cisim elektronikası sahəsinin inkişafında хidmətləri olan və bu elmi istiqaməti tədqiqatları ilə zənginləşdirən tanınmış fizik alim və mütəхəssisdir. Innovativ GaN tipli çoxqat kvant çuxurlarının alınma texnologiyası və onlar əsasında fosfor çevirici ağ LED işıqlarının yaradılması və inkişaf etdirilməsi, onların işıq parametirlərin artırılması istiqamətində apardığı elmi araşdırmaların nəticələri nüfuzlu xarici elmi jurnallarda dərc olunmuşdur.
Rasim Cəfər
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Pantomim Teatrı === "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Rasim Cəfərov
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). == Həyatı == Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Pantomim Teatrı === "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Rasim Gənzəli
Rasim Gənzəli (tam adı: Rasim Qulu oğlu Məmmədli; 9 fevral 1962, Gənzə, Ordubad rayonu – 12 avqust 2018, Bakı) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü == Bioqrafiya == Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur. Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir. Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bütün kitablarının adları “Q” hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır?
Rasim Hacı
Rasim Hacı və ya Rasim Hacıyev (10 iyun 1941 – 7 yanvar 2008, Mahaçqala) — Sovet və rus yazıçısı. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1974). Əsərlərində dağlıq Dağıstan sakinlərinin təbiəti və xarakterləri sevgi ilə təsvir olunur. == Bioqrafiyası == Rasim Hacıyev 1941-ci ildə Azərbaycanın Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir. Rasim Hacı gənc yaşlarından neft yataqlarında qazmaçı işləyir. Sovet ordusu sıralarında xidmət edir. Sonradan Mahaçqalaya köçür, limanda fəhlə, ayırıcı qurğu zavodunun inşaatında betonçu, sonra Dağıstan kitab nəşriyyatında korrektor işləyir. Respublika "Kommunist" qəzetində və "Dostluq" almanaxının ləzgi nəşrində nəşr olunur. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirir, "Sokolenok" jurnalının ləzgi dili üzrə sayının redaktoru işləyir.
Rasim Hacıyev
Rasim Hacıyev (10 may 1926-cı il - 23 noyabr 1999-cu il) — tibb elmləri doktoru, professor. Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri Rasim Hacıyevin dəri-zöhrəvi xəstəlilklərinin öyrənilməsi və müalicəsi sahəsində göstərdiyi xidmət və fəaliyyətləri tibb sahəsində onu öz dövrünün novator həkimi kimi tanıtmışdır. == Həyatı == Rasim Hacı oğlu Hacıyev 1926-cı il may ayının 10-u Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. Malıbəyli orta məktəbində orta təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Müalicə-profilaktika" fakültəsinə daxil olmuşdur. 1947-ci ildə R.Hacıyev Tibb institutunu əla qiymətlərlə başa vuraraq 3 il respublikanın müxtəlif tibb müəssisələrində çalışır. Rayonlarda həkimlərə daha çox ehtiyac olduğundan o, Salyana dermatoveneroloq göndərilir. 1950-ci ildə Moskva şəhərində müsabiqə yolu ilə Mərkəzi Dəri-Zöhrəvi Elmi-Tədqiqat İnstitutunun ordinaturasına qəbul olunur. Bu elm ocağında dünyanın ən məşhur mütəxəssislərindən olan Ovçinnikov, Rezontul, Maşgilleyson kimi tibb korifeylərindən təcrübə üsullarını öyrənir. == Elmi fəaliyyəti == Rasim Hacıyev Moskvada professor İ.M.Porudaminskinin rəhbərliyi altında namizədlik dissertasiya mövzusu götürür.
Rasim Həsənov
Rasim Həsənov — Prodüser. == Həyatı == Rasim Həsənov Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetində Səs texnikası ixtisası üzrə təhsil alıb. Prodüser kimi təhsilini artırmaq üçün İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə 2002-2004-cü illərdə Cənubi Qafqazda keçirilən "Avanti" layihəsində iştirak etmişdir.
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. == Həyatı == Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.