Rasim Abdullayev

Rasim Yaqub oğlu Abdullayev (21 fevral 1975; Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR — 10 noyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Rasim Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Çanaqçı, Xocalı rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Səadət İbrahimova
Uşaqları Miryaqub, İslam
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2000–2020
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərmişdir. Yeni-yeni azad edilən, təhlükəli və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərmişdir.

Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində Yaqub Abdullayev və Nübar Qasımovaların ailəsində anadan olub.[1] Onun nəsli 1918-ci ilə qədər Dərələyəzdə məskunlaşmış, 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlıların kütləvi şəkildə deportasiyası zamanı yurdlarından qovularaq Kəlbəcər rayonunun Milli kəndində məskunlaşmışlar.[2] Rasim Abdullayevin ailəsində 7 nəfər olub – özü, atası Yaqub, anası Nübar, qardaşı Əvəz və bacıları Yeganə, Aybəniz, Əntiqə. 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi qaçqın həyat tərzi sürməli olur.

Rasim Abdullayev 1982-ci ildə Kəlbəcər rayon Milli kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-ci illərin sonu, 90-cı illərin əvvəli Ermənistanın Qarabağla bağlı iddiaları nəticəsində Azərbaycanla Ermənistan arasında qarşıdurma – Birinci Qarabağ müharibəsi başlayır. Müharibənin yeni-yeni alovlandığı 1990-cı ildə Rasim Kəlbəcər şəhər 1 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibənin ən qızğın vaxtları olan 1992-ci ildə Rasim məktəbi bitirərək Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Kəlbəcər işğal olunan zaman Rasim universitet tələbəsi idi. 1998-ci ildə ATU-dan məzun olan Rasim Abdullayev 2000-ci ilə qədər Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında interna keçmişdir.

Rasim Abdullayev 2003-cü ildən Səadət İbrahimova ilə ailəli idi. Bu evlilikdən Miryaqub və İslam adında 2 övladı vardır

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında interna keçdikdən sonra 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır. İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2005-ci ildə bu hospitalda xidmət etdikdən sonra 2005–2015-ci illərdə Mərkəzi Hərbi Poliklinikada terapiya şöbəsində müxtəlif vəzifələri, o cümlədən, şöbə rəisi vəzifəsini yerinə yetirmişdir. 2010-cu ildə 10 illik qüsursuz xidməti dəyərləndirilmiş və Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildə 15 illik qüsursuz xidməti dəyərləndirilmiş və o, Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.

Aprel döyüşləri

[redaktə | mənbəni redaktə et]

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rasim Abdullayev hərbi tibb qulluqçusu və Gəncə Hərbi Poliklinikasının rəisi idi. O, döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdur.[3]

2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və İkinci Qarabağ müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.

İkinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[4] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[5]

Qarabağ münaqişəsi tarixinə münaqişəyə son qoyan İkinci Qarabağ müharibəsi kimi yazılan bu hərbi əməliyyatları zamanı polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri idi. O, Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərirdi. Şəhid olduğu günə, yəni İkinci Qarabağ müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi. Həmçinin, Abdullayev qarşı tərəfin işğalından yeni-yeni azad olunan, təhlükəli ərazilərə gedir, oradakı yaralılara tibbi yardım göstərirdi.

Ailəsi ilə canlı olaraq 26 sentyabrda, telefonla isə 9 noyabrda sonuncu dəfə əlaqə saxlamışdır.

Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını qarşı tərəfin zabitləri və əsgərləri tərəfindən pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev həlak olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6][7]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8][9]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[11]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Abdullayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Tarixinizi TV. "Şəhid tibb-xidməti polkovnik leytenantı Abdullayev Rasim Yaqub oğlu". www.youtube.com ( YouTube portalı / "Tarixinizi TV" səhifəsi) (az.). 02.01.2021. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
  3. Tarixinizi TV. "Şəhid tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu". www.youtube.com ( YouTube portalı / "Tarixinizi TV" səhifəsi) (az.). 02.01.2021. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
  4. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  5. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Silahlı Qüvvələrin hərbi qulluqçuları "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub". www.azertag.az. 29.12.2020. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
  10. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  11. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  12. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  13. AZTV. "Şəhid polkovnik-leytenant Rasim Abdullayev". www.youtube.com ( YouTube portalı / "AZTV" səhifəsi) (az.). 21.02.2021. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
  14. AZTV. "Şəhid polkovnik-leytenant Rasim Abdullayev". www.youtube.com ( YouTube portalı / "AZTV" səhifəsi) (az.). 21.02.2021. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.05.2021.
  15. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  16. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  17. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  18. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2021.
  19. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  20. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.