Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Russian Red
Russian Red - (rus qırmızısı - musiqiçinin sevimli dodaq boyasının adı) — əsl adı Lurdes Ernandes (isp. Lourdes Hernández; 20 noyabr 1985, Madrid) olan indie və folk janrlarının ifaçısı. İspaniyada ispan Feisti kimi tanınır. Bütün musiqilərini ingilis dilində yazır və səsləndirir. Eyni zamanda ingilis mahnılarına qulaq asır. Musiqiçinin səsi bir çox mahnılarda Kaliforniyadan olan ifaçı Djoannı Nyusomun səsi kimi uşaq səsini xatırladır. Russian Red proyekti Lurdesin musiqiçi Brayan Hantla (atası - ingilis, anası ispan idi) tanış olduğu vaxtdan başlayır. Onunla birlikdə demo-yazı (bura hələ də işıq özü görməyən «Reason», «The Night of the Paper» və «Sadie» trekləri daxil olmuşdu) buraxır ki, bunun sayəsində MySpace səhifəsində 70 000 baxış qeydə alınır. Russian Red "təxəllüsü" Lurdesin adətən işlətdiyi eyniadlı qırmızı pomadanın adından yaranıb.
Kritika: Explorations in Russian and Eurasian History
Kritika: Explorations in Russian and Eurasian History — "Slavica Publishers" tərəfindən nəşr olunan rüblük resenziyalı akademik jurnal. Rusiya və Avrasiyanın tarixini və mədəniyyətini əhatə edir. Baş redaktorlar Endrü Cenks (Kaliforniya Dövlət Universiteti), Suzen Morrissi (İrvayn Kaliforniya Universiteti) və Villard Sanderlenddir (Cincinnati Universiteti).
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. == Tarixi == 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. == İstinadlar == == Xarici keçidlər == Discovery Channel – MBG saytında.
Rusudan
Rusudan — Qadın adı.
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Acacia rossiana
Acacia cornigera (lat. Acacia cornigera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campecheana Schenck Acacia cornigera var. americana DC. Acacia cubensis Schenck Acacia furcella Saff. Acacia hernandezii Saff. Acacia interjecta Schenck Acacia rossiana Schenck Acacia spadicigera Schldl. & Cham. Acacia turgida Saff. Mimosa cornigera L. Tauroceras cornigerum (L.)Britton & Rose Tauroceras spadicigerum (Schldl.
Olivye Messian
Olivye Messian (fr. Olivier Eugene Charles Prosper Messiaen, 10 dekabr 1908[…], Avinyon – 27 aprel 1992[…], Klişi-la-Qarenn[d]) — Fransız bəstəkarı və pedaqoqu. == Həyatı == == İstinadlar == == Xarici keçidlər == BBC Messiaen Profile Online Messiaen resource by Malcolm Ball Infography about Olivier Messiaen oliviermessiaen.net, hosted by the Boston University Messiaen Project [BUMP]. Includes detailed information on the composer's life and works, events, and links to other Messiaen websites. www.philharmonia.co.uk/messiaen Arxivləşdirilib 2013-05-18 at the Wayback Machine, the Philharmonia Orchestra's Messiaen website. The site contains articles, unseen images, programme notes and films to go alongside the orchestra's series of concerts celebrating the Centenary of Olivier Messiaen's birth. David Schiff, Music for the End of Time, The Nation, posted January 25, 2006 (February 13, 2006 issue). Formally a review of Messiaen by Peter Hill and Nigel Simeone, but provides an overview of Messiaen's life and works. "Couleurs de la Cité Céleste d’Olivier Messiaen" Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine by Philippe Lalitte (Multimedia Analysis).
Rusudan Qoqinaşvili
Rusudan Xoperiya
Rusudan Xoperiya (d. 9 sentyabr 1972; Tbilisi, Gürcüstan) — Gürcüstanı təmsil edən batut gimnastı. Rusudan Xoperiya, 2000 və 2004-cü illərdə Gürcüstanı Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Rusudan Xoperiya, 2000-ci ildə Gürcüstan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xoperiya, 34.10 xal topladı və 8 idmançı sırasında 7-ci yeri tutdu. Rusudan Xoperiya növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xoperiya, 62.50 xal topladı və 16 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Astragalus lussiae
Astragalus cornutus (lat. Astragalus cornutus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Adilbek Mussin
Boschniakia rossia
Con Ruskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Lusian Burduyan
Luçan Burdujan (rum. Lucian Burdujan; 18 fevral 1984, Pyatra-Nyamts, Rumıniya) — Rumıniya futbolçusu, Ukraynanın Tavriya klubunun hücumçusu. == Həyatı == 18 fevral 1985-ci ildə anadan olub. == Karyera == Peşəkar karyerasını Çaxlaulda başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/2003 və 2003/2004 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan Rapid Buxarest sıralarına qatır. 2004-2008-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur. 2008-ci ilin yayında Vasluy klubuna keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. UEFA İntertoto Kubokunun Neftçi Bakı ilə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o Vasluyda 54 matçda 10 dəfə fərqlənib.
Ruslan Qəhrəmanov
Ruslan Mehman oğlu Qəhrəmanov (6 oktyabr 1988; Almaniyanın Maqdeburq şəhəri— 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rüstəmov
Ruslan Rəcəbov
Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984; Sumqayıt, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Rəhimov
Ruslan Tanrıverdi oğlu Rəhimov (7 iyul 1986; Beyləqan rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Rəhimov 1986-cı il iyulun 7-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Elmir adında oğlu və Əsmər adında qızı ​yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ruslan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəhimov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Sabirli
Ruslan Sadıqov
Ruslan Amiraslan oğlu Sadıqov (31 dekabr 1987; Şəki rayonu, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Sadıqov 31 dekabr 1987-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. 1994-1995-ci illərdə Şəki rayon Təpəcənnət kənd natamam orta məktəbində, 1995-2004-cü illərdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə başa vurmuşdur. Fidan Sadıqova ilə ailəli idi, Nuray və Aylin adlı 2 qızı və Ehsan adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Ruslan Sadıqov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər üzrə Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurmuş, Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq xidmətə başlamışdır. Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. O, 2020-ci ildən başqa bir hərbi hissədə xidmətini davam etdirirdi.
Ruslan Tağıyev
Ruslan Fuad oğlu Tağıyev (12 iyun 1982, Azərbaycan – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ruslan Xasbulatov
Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942, Qroznı – 3 yanvar 2023, Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri. == Həyatı == 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir. Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi. 1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını, 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir. Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.
Ruslan Xayxoroyev
Ruslan Xayxoroyev (1963 – 8 sentyabr 1999, Urus-Martan) — Çeçen səhra komandiri, Çeçen İçkeriya Respublikası ordusunun briqada generalı, Birinci Çeçenistan müharibəsi zamanı Bamut kəndinin müdafiə rəisi. Rusiya hakimiyyətinə görə terrorizm və Rusiya vətəndaşlarını qaçırmaqda ittiham olunan şəxs. == Bioqrafiyası == Bir sovxoz işçisi kimi ilk fəaliyyətinə başlamışdır. Sonra Çeçenistanın qərbində bir dəstənin lideri olur. O, hərəkətlərini Rusiyanın İçkeriyaya təzminat borclu olması ilə əsaslandırır, lakin borcun ödənilmədiyi üçün silahlılar hər bir qaçırılan əsgər üçün təzminatı hissə-hissə almalı olduğunu bildirir. Xayxoroyevin "Nevskoe Vremya" qəzetinin jurnalistləri Maksim Şablin və Feliks Titovun itkin düşməsində iştirak etdiyi, eyni zamanda 11 və 12 iyul 1996-cı ildə Moskva trolleybuslarında iki partlayışın, 1996-cı ildə Nalçikdə şəhərlərarası sərnişin avtobusunda partlayışın sifarişçisi olduğu ehtimal edilir. 1998-ci ilin yazında, Qafqaz Mücahidlərinin Birləşmiş Qüvvələrinin Ali Hərbi Məclisi Şurasının qərarı ilə, milliyyətcə çeçen olan briqada generalı Ruslan Xayxoroyevə İçkeriyanın Qərb Cəbhəsinin cənubunda genişmiqyaslı hərbi əməliyyatları gücləndirmək tapşırılır. Əslində İnquşetiya və Osetiya sərhədindəki münaqişə vəziyyəti ətrafında, Mozdok — Vladiqafqaz istiqamətində təxribat hərəkətlərinin aparılmasına cavabdeh təyin edilir. 1998-ci ilin aprelində Rusiya Baş Prokurorluğunun Şimali Qafqazda federal təhlükəsizlik və millətlərarası münasibətlər haqqında qanunların icrasına nəzarət edən Baş idarə Xayxoroyevi federal axtarışa verir. O, 17-si üçün 1.7 milyon dollar fidyə aldığı 24 Şimali Osetiya vətəndaşının qaçırılmasında günahlandırılır.
Ruslan Əlizadə
Ruslan Arif oğlu Əlizadə (19 noyabr 1993; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əlizadə 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə hərbi qulluqçu olmuşdur. == Hərbi xidməti == Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, 7 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ruslan Əlizadə 8 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Əsədov
Ruslan Rövşən oğlu Əsədov (7 mart 2002, Samux rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdağ döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruslan Yamadayev
Ruslan Yamadayev (10 dekabr 1961, Qudermes, Çeçen-İnquş MSSR – 24 sentyabr 2008, Moskva) — Rus siyasətçisi. 90 -cı illərin əvvəllərində Çeçenistan Respublikasındakı quldur dəstəsinin birinin üzvü, sonra federal qoşunlarla birlikdə vəhabiliklə fəal mübarizə aparmış şəxs. Dördüncü çağırış Dövlət Dumasının deputatı (2003-2007), Vahid Rusiya fraksiyasının, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin və Mandat Məsələləri və Deputat Etikası Məsələləri Komissiyasının üzvü. Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasını bitirib; İdarəetmə və Biznes İnstitutu. == Bioqrafiya == 10 dekabr 1961-ci ildə indiki Çeçenistan Respublikasının Qudermes şəhərində anadan olmuşdur. Milliyətçə çeçen olmuşdur. Ali təhsil aldıqdan sonra inşaatçı işləyir. Kiçik qardaşları Sulim Yamadayev və Cəbrayıl Yamadayev də Rusiya Federasiyası Qəhrəmanlarıdır. == Birinci Çeçenistan müharibəsi == 1990-cı illərin əvvəllərində Çeçenistan Respublikasının müstəqilliyi uğrunda mübarizədə Çeçenistanın ilk Prezidenti Cövhər Dudayevi dəstəkləyir. Birinci Çeçenistan müharibəsində Çeçen qoşunlarının bir dəstəsinin komandiri olur.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.