Ruslan Rövşən oğlu Əsədov (7 mart 2002, Samux rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ruslan Əsədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Samux, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2022 2020 2020 |
Ruslan Əsədov 2002-ci il martın 7-də Samux rayonunun İnstitut qəsəbəsində anadan olub.[1] 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.
Ruslan Əsədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Əsədov oktyabrın 20-də Murovdağ döyüşləri zamanı şəhid olub. Samux rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]