Ruslan Nüsrət oğlu Rüstəmov (23 oktyabr 1981; Şorbaçı, Hacıqabul, Azərbaycan SSR — 3 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Ruslan Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şorbaçı, Hacıqabul, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Tapqaraqoyunlu, Goranboy, Azərbaycan |
Dəfn yeri | Hacıqabul |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Murovdağ döyüşləri |
Təltifləri |
Ruslan Rüstəmov 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində (indi Hacıqabuldadır) ziyalı ailəsində anadan olub..[1] 1989-1999-cu illərdə Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində təhsil alıb. Atası həmin məkdəbdə rus dili və ədəbiyyatı müəllimi və hərbi rəhbər işləyib. Ruslan 2000-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.[2] Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində müdətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-ci ildə ehtiyata buraxılıb. Evə döndükdən sonra 2004-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Evli və 5 övlad atası idi[3]
2014-cü ildə Ruslan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinə müraciət edib. Həmin ildən Ağcabədi rayonun N saylı hərbi hissəsində sürücü-elektrik vəzifəsində xidmətə başlayıb.[4] 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunu bitirib. Əvvəlcə leytenant, sonra isə baş leytenant hərbi rütbəsi alıb.[5] 2016-cı ildən Tərtər və Goranboy rayonunun N saylı hərbi hissələrində motatıcı taqım komandiri, motatıcı bölük komandiri vəzifələrində xidmət edib. Sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı'na layiq görülüb. Xidməti işində fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib.
Azərbaycan Ordusunun leytenantı olan Ruslan Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Murovdağ döyüşlərində savaşıb. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ruslan 2020-ci ilin oktyabrın 2-də Ağ uçuq deyilən ərazidə qəhrəmancasına şəhid olub. Nəşi neytral ərazidən 22 noyabrda çıxarılıb və aparılan DNT analizlərinin nəticələrinə uyğun olaraq 4 dekabrda ailəsinə təhvil verilib. Hacıqabulda dəfn olunub.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rustamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Rustamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Rüstəmov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[9]