Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süleysin
Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növüdür. == Xarici görünüşü == Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Süleysinkimilər
Süleysinlər (lat. Gliridae və ya lat. Myoxidae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsidir. Əsasən Avropada yayılmışlar, lakin bəzi növlərinə Afrika və Asiyada da təsadüf olunur. Digər məməlilərdən qış yuxusunun uzunmüddətli olması ilə fərqlənirlər. == Ümumi xüsusiyyətləri == Orta və xırdaboylu gəmiricilərdir. Quyruqları bədəndən uzun olub, azca basıqdır. Yer formalarında quyruq seyrək tüklərlə örtülmüş, ağac formalarında isə yumşaq tüklüdür. Ön ətrafları dörd, arxa ətrafları beşbarmaqlıdır. Barmaqları uzun və çox hərəkətlidir.
Süleymin kitabı
Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — İslam tarixində yazılmış ilk kitab. == Haqqında == Süleym ibn Qeysin kitabı İslam aləmində qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir. == Tərcümə və nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur. Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.
Süleysün (personaj)
Süleysün - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Papaqçı və Mart pişiyi ilə çay içməyi xoşlayır.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Adilcan Süleyman
Adilcan Süleyman (uyğ. ئادىلجان سۇلەيمان; 21 avqust 1967, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur basketbolçu. == Basketbol karyerası == Adilcan 1983-cü ildə Sincandan Pekin İdman Universitetinə təhsil almaq üçün gəldi.1984-cü ildə Bayi Men Basketbol Komandasının məşqçisi Ju Çunlin Adilcanın basketbolda da bacarıqlı olduğunu aşkar etdi. 1986-cı ildə Bayi Kişi Basketbol Komandasına seçildi və 1989-cu ildə milli komandaya seçildi. 5 nömrəli forma geyərək, hücumları və müdafiəni təşkil etmək qabiliyyətinə görə xüsusilə driblinq və bölmə taktikasını yaxşı bacardı. "Basketbol meydançasındakı sehrbaz" kimi tanınır. 2000-ci ilin yazında Adilcan təqaüdə çıxdı və "Bayi Rokets"-in köməkçi məşqçisi oldu. Yarım il sonra keçmiş baş məşqçi Vanq Fei istefa etdi və Adilcan Bayi komandasının baş məşqçisi oldu. 2017-ci ilin fevralından Adilcan Çin Basketbol Assosiasiyası sədrinin müavini vəzifəsindədir. 7 dekabr 2018-ci il tarixində Sincan Uçan Pələng Ah Dejiangın baş məşqçi vəzifəsinə başladığını elan etdi.
Bəzmi-Süleyman
Bəzmi-Süleyman, ərəbcə: "Süleymanın məclisi" — Dinə görə, Süleyman peyğəmbər bütün heyvanların və quşların dilini bilirmiş, guya o istədiyi zaman onlar Süleyman peyğəmbərin məclisində hazır olarlarmış.
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. == Həyatı == === Taxta çıxışı === 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Meşə süleysünü
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu — rejissor. == Həyatı == Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. == Mənbə == Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.
Sultan Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Süleyman (Auırqazı)
Süleyman (başq. Сөләймән, rus. Сулейманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100%) üstünlük təşkil edir.
Süleyman (Avurğazı)
Süleyman (başq. Сөләймән, rus. Сулейманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100%) üstünlük təşkil edir.
Süleyman (Uçalı)
Süleyman (başq. Һөләймән, rus. Сулейманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 82 km, ən yaxın dəmiryol stansiyasından (Ustin stansiyası): 2 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Süleyman Abbasov
Abbasov Süleyman Əsəd oğlu (1910, Soltanlı – 25 fevral 1999, Bakı) — azərbaycanlı hüquqşunas, İkinci dünya müharibəsinin iştirakçısı, I dərəcəli Vətən müharibəsi ordeni mükafatçısı == Həyat və fəaliyyəti == Süleyman Abbasov 1910-cu ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olmuşdur. 1916-cı ildə Soltanlı kəndindəki 4 illik məktəbdə oxuyub Qaryagin bölgəsində sonradan 7 illik məktəbdə 7-ci sinfi bitirib. 1928-ci ildən 1930-cu ilədək ailənin təsərrüfatında əkinçiliklə məşğul olmuşdur. Əmək fəaliyyətinə Soltanlı kənd sovetinin katibi (1936–1937), Soltanlı kənd "Puşkin" adına kolxoz sədrliyi (1937–1939) ilə başlamışdır. 1939-cu ildə Bakı şəhərində Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin 2 illik hüquq məktəbində oxumuşdur. Bakıda hüquq məktəbində oxuyarkən 1941-ci il iyun ayının 22-də İkinci dünya müharibəsinin birinci günü ordu sıralarına səfərbərliyə alınmışdı. 22 iyun 1941-ci ildən noyabr 1945-ci ilədək müharibədə iştirak etmişdir. 1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər Bakıda Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin məhkəməsində təcrübə keçirmişdir. 1946–1950-ci illərdə Ümumittifaq Hüquq qiyabi institutu Bakı filialında oxumuş və hüquq ixtisası almışdır. 1946-cı ilin fevralından 1960-cı ilin dekabrına qədər Astara rayonu Xalq hakimi vəzifəsində çalışmışdır.
Süleyman İsmayılov
Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri. == Həyatı == Süleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982–1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986–1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991–1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992–1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri, 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Komissiyanın sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir. 2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır. === Elmi fəaliyyəti === Heydər Əliyevin fəaliyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir.
Süleyman Şah
Süleyman Şah və ya Süleyman Şah Qaya Alpoğlu (təq. 1167, bilinmir – təq. 1227, Hələb) — Qaya Alpın oğlu, Ərtoğrul Qazinin atası, Osman Qazinin babasıdır. Oğuzların Qayı boyundandır. Doğum yeri və tarixi haqqında dəqiq məlumatlar yoxdur. XII əsrin sonlarında doğulduğu və Qayı boyunun rəisi olduğu bilinir. Monqol hökmdarı Çingiz Xanın Orta Asiyadakı istilası zamanı, XIII əsrdə Türküstandan qərbə doğru köç etməyə qərar vermişdir. Türküstandan 50 min nəfərlə Şimali Qafqaz üzərindən Şərqi Anadoluya gələrək, 1214-cü ildə Ərzincan və Ahlat bölgəsində yerləşdi. Eyni boya mənsub bəzi tayfalar da Diyarbəkir, Mardin və Urfaya yerləşdilər. == Ölümü və məzarı == Süleyman Şah Qayı boyundan bir neçə bəy ilə Cabere gedərkən Fərat çayında boğulub.
Süleyman Şirəlizadə
Süleyman İlham oğlu Şirəlizadə (d. 6 iyun 2001; Padar, Oğuz, Azərbaycan — ö. 11 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Süleyman Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış İkinci Qarabağ müharibəsi başlamış və döyüşlərə qatılmışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində həlak olmuşdur.
Süleyman Şərifov
Şərifov Süleyman Qasımoviç (20 iyul 1911, Tiflis – 14 dekabr 1992, Bakı) — Azərbaycan SSR yeyinti sənayesi naziri. == Həyatı == Süleyman Şərifov 20 iyul 1911-ci ildə Tiflis şəhərində doğulmuşdur. 1942-ci ilə qədər Azərbaycanın bir sıra sənaye müəsissələrində məsul vəzifələrdə çalışmışdır. 1942-ci ildə Azərbaycan KP MK-nın tövsiyəsi ilə Qafqaz Siyasi İdarəsinin sərəncamına göndərilmiş və 396-cı Krım atıcı diviziyasının 803-cü atıcı alayının 3-cü atıcı batalyonunun komandiri vəzifəsinə təyin edilmişdir. Kerç şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmış və ordudan tərxis edilmişdir. 1946-cı ildən Azərbaycan SSR yeyinti sənayesi naziri, ət və süd məhsulları sənayesi naziri və digər məsul vəzifələrdə işləmişdir. Müxtəlif çağırışlarda Bakı Şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK plenumunun üzvü seçilmişdir. İki dəfə 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" və bir sıra döyüş medalları ilə təltif edilmişdir. 14 dekabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, Bakı şəhərindəki qəbiristanlıqda dəfn edilmişdir.
Süleyman Əhmədov
Süleyman Əhmədov (futbolçu) — peşəkar Azərbaycanlı futbolçu. Süleyman Əhmədov (rejissor) — Azərbaycan kinorejissoru. Süleyman Əhmədov (şəhid) — batolyon komandiri.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor == Həyatı == 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. === Təhsili === 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. === Elmi fəaliyyəti === 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
Süleyman Ələsgərov
Süleyman Ələsgərov (aktyor) — Azərbaycan aktyoru. Süleyman Ələsgərov (bəstəkar) — Azərbaycan bəstəkarı.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. == Həyatı == 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.