Glis glis (lat. Glis glis) — Glis cinsinə aid heyvan növüdür.
Süleysin | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Süleysin |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşcə sincaba oxşayır. Lakin qulaqlarının kənarları sincabın qulaqlarından fərqli olaraq dəyirmi şəkildə olub, uclarında uzun tüklərdən ibarət qotazlar olmur. Bədənin uzunluğu 186 mm, quyruğun uzunluğu 161 mm, qulağın uzunluğu 23 mm, pəncənin uzunluğu isə 32 mm-ə qədərdir. Çəkisi 174 q-dır. Əmcəklərinin sayı 10 ədəddir. Bel hissəsinin tük örtüyü bozumtul-qonur, qarın hissəsininki isə ağ rəngdədir. Quyruğu uzun və tüklüdür. Bu tüklər sanki hər tərəfdə yana daranmışdır.
Süleysinin arealı Avropanın əksər hissəsini, Kiçik Asiyanı və Şimalı İranı və Qafqazı əhatə edir. Zaqafqaziya miqyasında Azərbaycanda və Gürcüstanda geniş yayılmışdır. Azərbaycan ərazisində əsas etibari ilə Talışın, Böyük və Kiçik Qafqazın aran və dağ meşələrində yayılmışdır. Bununla yanaşı süleysinlərə həmçinin Kür, Qabırrıçay, Alazan və Araz çaylarının tuqay meşələrində və eləcə də aran rayonlarının meyvə bağlarında təsadüf etmək olar. Azərbaycanda bu növün iki yarımnövü G.G. orientalis Nehring (1902), G.g.caspicus Satunin (1905) yaylmışdır. Birinci yarımnöv Böyük və Kiçik Qafqazda, ikinci yarımnöv isə Talış meşələrində yaşayır[2].
Əsas yemlərinin məhsuldarlğından asılı olaraq süleysinin sayı dəyişkən olub əlverişli yerlərdə hər hektarda 30 - 35 fərdi keçə bilər.
Süleysin ağaclarda yaşayır. Əsas etibarilə fıstıq, palıd, qoz, fındıq, alma, armud və başqa meyvələr bitən meşə və bağlarda yayılmışdır. Əsas yemini qeyd olunan ağacların meyvələri təşkil edir. Bundan başqa, süleysin ağacların cavan budaqları və cücülərlə də qidalanır. Yuvalarını ağacların koğuş və yarıqlarında, eləcə də meşə və bağlara yaxın olan tikintilərin daşları arasında qurur. Süleysinin qış yuxusu çox uzun müddət davam edir. Azərbaycanda onun qış yuxusu təxminən 7 – 8 ay çəkir. Qış yuxusu sentyabrın axırlarında və yaxud oktyabrın əvvəllərində başlayır, may-iyun aylarına isə qurtarır. Yaxşı mühafizə edilən koğuşlarda tək-tək və ya 4-6 fərddən ibarət qruplarla qışlayır. İldə iki dəfə çoxalır. Balavermə iyun-iyul və avqust aylarında müşahidə olunur. Hər dəfə dişi fərd 5-8 bala verir. Boğazlıq dövrü 20-25 gün davam edir. Süleysin qoz və fındıq bağlarına, meyvəçiliyə və bəzi yerlərdə üzümçülüyə olduqca ziyan vurur.