Süleyman İsmayılov

Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri.

Süleyman İsmayılov
bayraq
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
bayraq2
Vəzifədədir
19 iyul 2005-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyul 1957(1957-07-14) (67 yaş)
Doğum yeri

Təltifləri "Şöhrət" ordeni — 2017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012
"Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı

Süleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.[1]

1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982–1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986–1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991–1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992–1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri, 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Komissiyanın sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir.

2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyevin fəaliyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. 

Orden və fəxri adları

[redaktə | mənbəni redaktə et]

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci il iyunun 22-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2017-ci il iyulun 13-də "Şöhrət" ordeni,[2] 2019-cu il iyunun 22-də "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.

Ailə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ailəlidir. İki övladı var.

  1. "ADMİNİSTRASİYA: Struktur: İsmayılov Süleyman Abbas oğlu" (az.). president.az. 2014. 2015-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
  2. "Süleyman İsmayılov "Şöhrət" ordeni ilə təltif olundu". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]