Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Xəramə
Xəramə- İranın Fars ostanının şəhərlərindən və Xəramə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,683 nəfər və 5,189 ailədən ibarət idi.
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Fəraməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000). == Həyatı == Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir. == Elmi fəaliyyəti == 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur. F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Əsas elmi nailiyyətləri == F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Fəraməz Məmmədov
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru. == Həyatı == Fəramiz Məmmədov 10 yanvar 1942-ci ildə Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur. 1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir.
Fəraməz Əkbərian
Fəraməz Əkbərian-Kalacahi (1949, Təbriz – 12 mart 2019, London) — Azərbaycan əsilli Britaniya nüvə alimi. == Həyatı == İngiltərədə məskunlaşan Azərbaycan diasporunun inkişafında böyük rol oynamışdır. === Şəxsi həyatı === Fəraməz Əkbərian İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. == Həyatı və fəaliyyəti == Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. == Karyerası == Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Kəramə (Miyanə)
Kəramə (fars. كرامه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (50 ailə).
Sərhəd Hüseynov
Sərhəd Fərhad oğlu Hüseynov (21 aprel 1996, Araz Yağlıvənd, Füzuli rayonu, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərhəd Hüseynov 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib. == Hərbi xidmətləri == Sərhəd Hüseynov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq əsgər olaraq xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərhəd Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olub. Füzulidə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sərhəd Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. == Siyasi fəaliyyəti == Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sərhəd Zöhrabbəyov
Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş igid döyüşçü. == Həyatı == Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalenin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir. S.Zöhrabbəyov son iş yerindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir. Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab, qızı Reyhanə Bərdə şəhərində yaşayırlar. Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır. Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordenli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur. == Şəkilləri == == Mənbə == Sərraf Şiruyə "Ölümdən sonrakı ömür", Gəncə-1997.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Xəramə şəhristanı
Xəramə şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xəramə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 57,372 nəfər və 13,731 ailədən ibarət idi.
Əs-Səlamə
Əs-Səlamə (ərəb. السلامة‎) — Suriyada, Hələb mühafəzəsində Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. Kəndin əvvəlki adı "Sucu"dur. 2004-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 269 ailədə 728 nəfəri kişilər və 680 nəfəri qadınlar olmaqla cəmi 1.408 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 45 km şimalda, Əzaz şəhərindən şimali–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə olduqca yaxın (2–3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 560–570 metr hündürlükdə yerləşir. == İstinadlar == == Xarici keçidlər == Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953-cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. == Azərbaycan == Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Sərhəd nəzarəti
Sərhəd nəzarəti dövlət və ya dövlətlər bloku tərəfindən sərhədlərinə nəzarət etmək, habelə bu sərhədlərdən insanların, heyvanların və malların keçməsini tənzimləmək üçün həyata keçirilmiş olan tədbirlərdir. Dövlətlər və dövlətləri idarə edən şəxslər həmişə öz ərazilərinə kimin daxil olub, kimin çıxdığını, kimin qaldığını müəyyən etməyi öz suverenliklərinin mühüm tərkib hissəsi saymışlar. Ancaq Birinci Dünya müharibəsindən əvvəl sərhəd nəzarəti həmişə deyil, bəzən həyata keçirilirdi. Müasir mənada sərhəd nəzarətini təmizləmək üçün zəruri olan pasportlar və səyahət sənədləri konsepsiyası İngiltərədə V Henrinin hakimiyyəti dövründə həyata keçirilmişdir. Sərhəd nəzarəti həmçinin hava limanlarında, dəniz limanlarında və konteyner limanlarında da həyata keçirilir.
Sərhəd zastavası
Sərhəd zastavası suveren dövlət tərəfindən özünün dövlət sərhədində saxlanılan postdur. Sərhəd nəzarəti, sərhəd mühafizəsi qonşu dövlətlə sərhədi müşahidə etmək və mühafizə etmək məqsədilə yaradılır. Sərhəd mühafizəçiləri və yaxud da digər adı ilə sərhədçilər bu cür missiyalar zamanı istifadə edilirlər və onların daimi olaraq təşkil etdikləri sərhəd patrulları radio əlaqələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Sərhəd zastavaları bəzən bir sıra inzibati binalarda, yaşayış binalarında və yaxud da çadırlarla ola bilər. Sərhəd zastavalarında silah-sursat anbarları, səngərlər, sığınacaqlar, məftillərlə və gözətçi qüllələri ilə möhkəmləndirilmiş olan pulemyot məntəqələri, gömrük keçid məntəqələri, sərhəd sədləri və insan postları ola bilər.
Sperased
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 3,46 km², əhalisi 1060 nəfərdir (2006) artım tendensiyası ilə: 1279 nəfər (2012), əhalinin sıxlığı 369,7 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1271 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1279 nəfər.
I Səlamət Gəray
I Səlamət Gəray (1558 – 1610) — 1608–1610-cu illər arasında Krım xanlığının hökmdarı idi. 1601-ci ildə Krım xanlığı daxilindəki daxili mübarizələrə görə Osmanlı imperiyasında qaçqın olaraq yaşamışdır. Daha sonra 1610-cu ildə Krımda öldü. Onun hakimiyyəti I Əhməd dövrünə təsadüf edir.
II Səlamət Gəray
II Səlamət Gəray (1691 – 1751, Bolqarıstan) — XXXVII Krım xanı. Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi. Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı.
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Sermet Yeşil
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Swire Seabed
Sermet Atay
Sermet Atay (29 iyun 1964, Qaziantep ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub. 90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub.