Sərhəd Hüseynov

Sərhəd Fərhad oğlu Hüseynov (21 aprel 1996, Araz Yağlıvənd, Füzuli rayonu, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Sərhəd Hüseynov
Sərhəd Fərhad oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Araz Yağlıvənd, Füzuli rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Füzuli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərhəd Hüseynov 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib.[2][3]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Sərhəd Hüseynov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq əsgər olaraq xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərhəd Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olub. Füzulidə dəfn edilib.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Sərhəd Hüseynov". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  3. "Yaralı yoldaşlarını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalan Sərhəd Hüseynov". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  4. "Yaralı yoldaşlarını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalan Sərhəd Hüseynov". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.